Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Braziliya parlamenti Ermənistanı qınayan qətnamə qəbul edi

Tarix 14.09.17, 0:00

Font ölçüsü : - / +
bitmap-img6


Qətnamədə Braziliya Milli Konqresi ilə Azərbaycan Milli Məclisi arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin zəruriliyi də vurğulanıb

Braziliya Milli Konqresinin Deputatlar Palatasının Xarici Əlaqələr və Milli Müdafiə Komitəsi tərəfindən parlamentə təqdim edilən, Ermənistanın hərbi aktlarını pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 2017-ci il tarixli 217 saylı qətnamə təsdiqlənib.

Sputnik Azərbaycan Braziliya parlamentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan parlamentinin Ermənistan silahlı birləşmələrinin 2017-ci ilin 4 iyun tarixində Zəhra Quliyeva və nənəsi Sahibə Allahverdiyevanı, onların simasında Azərbaycanın mülki əhalisini qətlə yetirməsilə bağlı dünya ölkələrinin parlamentlərinə ünvanladığı müraciətə Braziliya Milli Konqresi müsbət reaksiya verib.

Braziliya-Azərbaycan dostluq qrupunun sədri, Braziliya Milli Konqresinin Deputatlar Palatasının üzvü Klaudio Kajadonun (Mr.Claudio Cajado) Azərbaycanın mülki əhalisinin Ermənistan silahlı birləşmələri tərəfindən qətlə yetirilməsinin qınanması və Azərbaycan ərazilərinin işğalının dayandırılması ilə bağlı təqdim etdiyi qətnamə parlamentdə qəbul edilib.

Britaniya parlamentinin qəbul etdiyi qətnamədə Ermənistanın azyaşlı uşaq və qadınların da içində olduğu Azərbaycanın mülki əhalisini qətlə yetirməsi qətiyyətlə pislənib. Eyni zamanda Braziliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd olunub. Qətnamədə tərəflər sülhə, münaqişənin dinc yolla həllinə çağırılıb.

Qətnamədə Braziliya Milli Konqresi ilə Azərbaycan Milli Məclisi arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin zəruriliyi də vurğulanıb.



Xəbərin oxunma sayı : 121




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap