Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bərdədə şok: Təhsil şöbəsinin müdirinin oğlu məktəbin maşınıyla adam vurub öldürdü

Tarix 14.09.17, 4:45

Font ölçüsü : - / +
bitmap-img6


Təhsil naziri Mikayıl Cabbarov özünü reformist kimi təqdim edir. Nazir təhsil sektorunda islahatların memarı rolunda çıxış etməkdədir. Amma bu islahatçı nazirin kadrları köhnə təfəkkür, qaydalar və bazar şərtləri ilə fəaliyyətdədirlər. Onlardan biri Bərdə rayon Təhsil Şöbəsi müdiri Rzaqulu Şərifovdur ki, bu sahədə nazirin üzqarasıdır.

Cumhuriyyet.az bildirir ki, media üzərindən apardığımız araşdırma, yerli sakinlərin söylədiklərindən hasil olan nəticə ondan ibarətdir ki, Bərdə təhsili uçuruma sürüklənir. Lakin islahatçı adı çıxarmış nazir R.Şərifovun yerinə gənc, xarici təhsili olan bir perspektivli kadr təyin etmir ki, reformist obrazı qismən həqiqi görünsün.
Axı bazarkom üsul-idarəçiliyi ilə Bərdə təhsilini altını üstünə çevirən şöbə müdiri ilə işləmək M.Cabbarovun nəyinə lazımdır?!
Eyni zamanda prezidentin islahatların yeni konsepsiyası olan “Yol xəritəsi”ndə nəzərdə tutulan müddəalar təhsil sektorunda çox ciddi reformaları şərtləndirir. Dövlət başçısı müasir, texniki bilikləri olan, zamanla ayaqlaşan kadrların qabağa çəkilməsinin tərəfdarıdır. Lakin M.Cabbarov sosial şəbəkələrin, texnologiyanın, müasir təhsil metodlarının inkişaf etdiyi bir dövrdə R.Şərifovla işləməyə üstünlük verir. Bu da gənc nazirin fəlakətli idarəçilik prinsipi…
Bəs faktlar nədən danışır? – diqqət edək!!!
I Bərdə təhsil şöbəsi məktəbləri xəracyığma məntəqələrinə çevirib.
II Şagirdlərdən təmir pulu, süpürgə pulu, müəllimlərin maaşından fond pulu ənənəvidir.
III Bərdədəki 80 orta məktəbdə işləyən 5 min müəllimin hər ay maaşından tutulan 10 manat böyük korrupsiya piramidasından xəbər verir.
IV R.Şərifovun oğlu harınlamış məmur övladları kimi davranaraq məktəbə məxsus 09 AA 089 dövlət nömrə nişanlı avtomobillə qəza törədir.
Təhsil şöbəsinə rəhbərlik edən oliqarxlaşmış məmurun 5-ci əməli haqda təfsilatı ilə yazmağa keçməzdən əvvəl qeyd etmək yerinə düşər ki, R.Şərifov prezidentin tapşırıqlarını qulaqardı edir. Onun oğlu xidməti maşınla törətdiyi qəza ilə “Qaçqınkom” sədrinin nəvəsi Nail Allahverdiyevdən, Səbail icra hakiminin oğlundan, digər vəzifəlilərin qudurğanlıq edən “Qalendvagen”li balalarından geri qalmayıb.
Bir müddət əvvəl Bərdə Rayon Təhsil Şöbəsinin müdirinin oğlu idarə etdiyi avtomobillə bir nəfəri vuraraq, onun ölməsinə səbəb olub. Lakin bu hadisənin üzərindən xeyli vaxt keçməsinə baxmayaraq, nə onunla bağlı hər hansı bir tədbir görüblər, nə də həbs ediblər.
Bu olaydan sonra Bərdə Rayon Təhsil Şöbəsinin müdiri az qala hər yerdə arxasında yüksək çinli məmurun dayandığını və buna görə də heç kimin ona gücünün çata bilməyəcəyini bəyan edir.
Ölkə başçısı müşavirələrdə sərt şəkildə xəbərdarlıq edib ki, hansı məmur balası harınlıq eləsə, cəzalandırılacaq. Necə ki, məlum hadisələr zamanı vəzifəli şəxslərin övladları həbs olundu, cəzalandırıldı.
R.Şərifov isə Bərdə təhsilini məhv etmək azmış kimi, oğluna rayonda özbaşınalıq etməyə şərait yaradıb. Bu da ciddi şəkildə narazılığa səbəb olub.
Lakin şöbə müdiri övladının bu əməlini gizlətməyə, ört-basdır etməyə, xərc töküb işi bağlamağa nail olub.
Amma özünə sual verməyib ki, xidməti maşını uşağına niyə verib və onun harınlıq etməsi kimlərin həyatı bahasına başa gələ bilir.
Birinci sinif şagirdləri qış mövsümünə məktəb otaqlarını isitmək üçün dərs çantalarında kitab yox, odun və ya neft gətirirlər. Hər ay jurnal pulu, təmir pulu, təhsil şöbəsindən gələn inspektorları yola salmaq üçün şagirdlərdən pul yığılır.
Məktəb direktorları büdcədən təhsilə ayrılan 60 min manat təsərrüfat xərci ayrılsa da, onu həzm rabedən keçiriblər.
Mediada yayılmış məlumatlarda vurğulanır ki, təhsil şöbəsinin müdiri nazirlikdən gələn qonaqları qarşıladığını və onların «qulluğunda» dayandığı zaman 40 min manat xərcə düşdüyünü dilinə gətirib.
Vurğulanır ki, Rzaqulu Şərifov bütün məktəb direktorlarını başına yığaraq, həmin 40 min manatı cibindən verdiyini deyil. Üstəlik, bu pulun ona qaytarılmasını tələb edib.
Bəzi iddialara görə, həqiqətən də Təhsil Nazirliyinin işçiləri Bərdədə yoxlama apararkən xeyli sayda qanunsuzluqlar aşkarlayıblar. Təhsil şöbəsinin müdiri də bu işləri ört-basdır etmək üçün qonaqlara sözügedən məbləğdə rüşvət verməli olub. Amma bir başqa məlumatlarda isə iddia olunur ki, nazirlik işçilərinə pul vermə məsələsi müzakirə predmeti deyil və bu oyun Rzaqulu Şərifovun öz «əməliyyatların»dan biridir.
Bərdə rayonunun əsasən kənd məktəblərində dərsə davamiyyət çox aşağı səviyyədədir. Yuxarı siniflərin bəzi şagirdləri var ki, məktəb üzü görməsələr də adları sinif jurnalında əksini tapıb və sonda bir sıra yollarla attestata sahiblənirlər.
Ümumiyyətlə, rayonda fəaliyyət göstərən əksər təhsil ocaqlarında çalışan gənc müəllimlərin bir qismi özəl təhsil müəssisələrinin məzunlarıdırlar.
Bundan başqa, bu gün rayonda yerləşən orta məktəb müəllimlərinin bir çoxu öz ixtisası üzrə deyil, digər bir fənn üzrə dərs keçirlər.
Bunun da acı nəticəsi olaraq orta məktəbi bitirmiş şagirdlərin böyük bir qismi ali məktəbə daxil ola, imtahanlarda uğurlu nəticə göstərə bilmirlər. Bu isə özlüyündə Bərdə təhsilinin hansı vəziyyətdə olmasından xəbər verir.

Bu iddia və ittihamlarla bağlı R.Şərifovun mövqeyini işıqlandırmağa hazırıq.



Xəbərin oxunma sayı : 889




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap