|
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Utanc və korrupsiya tablosu: Bakı küçələrinə ayrılan 2.300 ton duzu kimlər “yeyib“?
Avropa İttifaqında daxili ziddiyyətlər artır - TƏHLİL
Tarix elmləri namizədi olan Prezident – İlham Əliyev hansı mövzuda elmi işi müdafiə edib?
Güləddin Dadaşovu korrupsiya və çoxsaylı şikayətlər bitirir: “Azərkontrakt” ASC sədri kim olacaq?
Prezident nöqtəni qoydu - “Dediyim marşrut açılmasa, biz Ermənistanla...”
Dövlətə 15 milyardlıq xəyanət - Cahangir Hacıyevin talanı və yalanı...
Tarix 17.09.17, 3:58 |
|
Hacıyev Moskvada milyonları çirkli hovuzda və zibillikdə necə “yuyub?
Cahangir Hacıyev bankın London nümayəndəliyinin rəhbərinə 1 milyon funt-sterlinq “yüklədiyi” üçün ürəyi partlayıb.
Bu yaxınlarda Azərbaycan Beynəlxalq Bankının keçmiş sədrinin cinayət işi üzrə məhkəmənin yekunlaşması və onun 15 illik həbs həyatının birinci ili tamam olacaq.
Sual yaranır: nə dərəcədə ədalətli oldu bu cəza? Ölkənin oğurlanan və xaricə daşınan hər 1 milyard manat sərvətinə görə cəmi 1 il həbs?! Bu hesabla, məsələn, 10 min manat mənimsəyən vəzifəli şəxs 4,3 dəqiqə həbs olunmalıdır? Absurd kimi görünür…
Keçmiş bankir “burjuy” kamerasında 2-3 il “dincəlib” azadlığa çıxa bilər
Ehtimal etmək olar ki, Cahangir Hacıyevin sabiq nazir qudası əziyyət çəkib məhkəmənin belə qərar verməsinə nail ola bilib. Milyardları talayan şəxsə məhkəmədə bir-iki milyon manat mənimsəmə cəzasının verilməsinin başqa izahı varmı?! Bundan sonra keçmiş bankir “burjuy” kamerasında 2-3 il “dincəlib” azadlığa çıxa bilər.
C.Hacıyevin mənimsədiyi pullar bir tərəfə, dövlətin təminat verdiyi xarici tərəfdaşları qarşısında da “gözü kölgəli” etdi. Dövlət Beynəlxalq Bankı uçurumdan qorumaq və batmış kreditlərdən təmizləmək üçün 10 milyard manatlıq istiqrazlara zamin durmuşdu ki (“Aqrokredit” ASC vasitəsilə), dərhal bankın xarici sələmçiləri baş qaldırdı və dövlət onlara olan 3 milyard dollardan çox borca da zamin durdu.
Maraqlı bir müqayisənin də yeri var: son illər ölkəyə ən böyük zərər Kür çayının daşması nəticəsində dəymişdi – 700 milyon manat. Belə çıxır ki, C.Hacıyev 21 dəfə daha artıq pulu heç “uf” demədən Kürə axıdıb. Bir az da iş başında qalsaydı, onun vurduğu zərər nəyinki daşqınlarla, hətta zəlzələ və sunamilərin vurduğu maddi zərərlə müqayisə oluna bilərdi.
Azərbaycanın maliyyə tarixinə “əsrin firildağı” kimi düşəcək bu hökmün “yubiley”i ərəfəsində bu mövzuya qayıdaraq bir daha vurulan zərəri yada salmaq zərurəti yaranır. Xüsusilə C.Hacıyevin “sağ əli” olan sabiq deputat Dunyamin Xəlilovun məhkəmə prosesinin bu günlərdə başa çatması fonunda bu cinayətdə hər gün yeni-yeni faktlar da üzə çıxır.
Real pul qarşısında – “konfet kağızı”
Uşaqlıqda hər birimiz yəqin ki, zarafatla konfeti yeyib onun parıldıyan kağızının arasına zir-zibil doldurub dosta vermişik: açsın və “sevinsin”. Kim bilərdi ki, bu primitiv uşaq zarafatını Cahangir Hacıyev özünün həyat fəlsəfəsinə, əsas fırıldaq üsüluna çevirəcək. Təbii ki, əvvəl boş “konfet kağızı” tapmaq lazımdır ki, bu məqsədlə C. Hacıyev 100-dən artıq offşor şirkətlər açır. Sonra həmin şirkətlər “konfeti” zir-zibil və ya hava ilə doldururlar – heç bir dəyəri olmayan qiymətli kağızlar (veksel, səhm və s.) buraxıb, Beynəlxalq Banka satırlar və ya girov qoyurlar. Fırıldaqçıların xərcləri cüzidir – offşor şirkəti açmaq və bir-iki yemək-içmək. Əldə edilən oğurluq gəlir isə fantastik səviyyədə-milyonlar…
Ümumiyyətlə, Cahangir Hacıyev və onun çetesi Beynəlxalq Bankın vəsaiti ilə 3,4 milyard ABŞ dolları və 1 milyarda yaxın avro həcmində veksel (“konfet kağızı”) alıblar.
Sonra “konfet kağızı” əməliyyatının ikinci mərhələsi başlayıb – C. Hacıyevin nəzərətində olan həmin offşor şirkətlər bankın vəsaitini alaraq, onunla sərbəst davranmaq imkanını əldə ediblər. Faktiki olaraq bankın vəsaiti nəğdləşdirilib və birbaşa Hacıyevin dəstəsinin ixtiyarına keçib.
Üçüncü mərhələdə (dələduzlar üçün ən ləziz mərhələ) həmin vəsait qiyməti süni şəkildə şişirdilmiş layihələrə yönəldilib və fərq “yeyilib”. Dələduzlar öz oğurluq gəlirlərini artırmaq üçün bəzi hallarda heç həyatda mövcud olmayan, ya da əvvəlcədən qeyri-real və ya zərərli layıhələr maliyyələşdirib. Nəticə isə aydındır – “Cahangirın dəstəsi” əldə olunan pulları xaricə daşıyaraq çırpışdırıblar.
Dələduzların fantaziyası sərhəd tanımırdı. Ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılmasına pul səpələyərək, mənimsəyiblər. Məsələn, guya İsraildə enerji istehsalı layihəsinə 38 milyon dollar xərclənib. Həmin vəsaitin real olaraq hara sərf edildiyi isə məlum deyil. Və ya, C.Hacıyev Qazaxıstanda neft layihəsinə 95 milyon dollar yönəldib – pul isə geri qayıtmayıb. Ya da, təminatsız veksel fırıldağını işə salaraq Rusiyada loqistik mərkəz tikdirmək adı ilə 77 milyon dollar mənimsənilib. 45 milyon dollar isə sintetik brilyantların istehsalı adı ilə yoxa çixıb.
Beynəlxalq Bankın “beynəlxalq” sərgüzəşləri
Bəzi hallarda isə C.Hacıyev ümumiyyətlə, heç bir təminatsız, sənədləşmə və elementar araşdırma aparmadan yüz milyonlarla dolları “xarici layihələrin maliyyələşdirməsi” adı ilə mənimsəyib. Belə ki, C.Hacıyev Albaniyanın kriminal dairələrində yaxşı tanınan Rezart Tacı adlı bir şəxsə ona məxsus olan neft emalı zavodların alınmasına 340 milyon ABŞ dollar həcmində vəsait ayırıb. Daha doğrusu – kriminal dostlar bu pulu banka “atıblar” və aralarında bölüblər. Çunki zavodların hələ həmin dövrdə Albaniya dövlətinə, üçüncü şəxslərə külli miqdarda borcları yaranmışdır. Nəticə kimi, həmin zavodlar Albaniyada satışa çıxarılıb və Beynəlxalq Bankın ayırdığı vəsaitin qaytarılması qeyri-mümkündür. C.Hacıyevın “kriminal qardaşı” Rezart Tacı da dələduzluq və vergi borcu səbəbindən həbs olunub. İndi bu iki “podelnik” türmələrdən ancaq “Skype” ilə danışa bilərlər…
Cahangir Hacıyev qondarma “Abxaz Respublikasına” investisiya yatırıb
C.Hacıyev ümumiyyətlə, hər zaman kriminal dairələrlə iş görməyə həvəsli olub. Belə ki, Rusiyada “maliyyələşdirilən” (mənimsənilən) bir çox layihələrdə bankirin partnyorları keçmişdə müxtəlif cinayətlərdə iştirak etmiş şəxslər olub, bunların əksəriyyəti də Gürcüstanın kriminal dairələrinin yetirmələri idi.
Bu da fakt: Cahangir Hacıyev özü kimi dələduzlardan biri, Levan Tujba adlı şəxslə 440 milyon ABŞ dollarlıq krediti qondarma “Abxaz Respublikasına” investisiya yatırmaq adı ilə mənimsəyib. Tanınmamış Abxaziyanın illik dövlət büdcəsinin xərcləri orta hesabla 150 milyon dollar təşkil edir. Bu kreditlə üç Abxaziya almaq olardı. Təbii ki, keçmiş bankirin “ustalıqla” həyata keçirdiyi bu əməliyyatın bir məqsədi var idi – bankın vəsaitini dağıdaraq özü pul qazansın. Həmin Levan Tujba bu mənimsəməyə görə Moskvada saxlanıb dindiriləndə dedi ki, bu puldan ancaq 130 milyon dolların “üzünü” görüb. Qalan 310 milyon dolları Cahangir onun ayağına yazıb, öz cibinə qoyub. “Oğru oğruya atar da…”
Sual olunur: separatizmdən neçə illərdi əziyyət çəkən Azərbaycanın vətandaşı hansı mənəvi əsasla qondarma “Abxaz Respublikası”na pul yatırır? Dövlətin payı olan bankın rəhbəri, başqa sözlə birbaşa ölkəni təmsil edən vəzifəli şəxs və o vaxtlar “bərkgedən” bir nazirin yaxın qohumu nə ixtiyarla Azərbaycanın regionda strateji partnyoru olan Gürcüstanın separatçı bir vilayətinə investisiya yatırır?! C.Hacıyevın bu kimi əməlləri təkcə Azərbaycan iqtisadiyyatına yox, həm də ölkənin xarıci siyasətinə və imicinə zərbə vurub.
Moskvada zibilliklərə tikinti layihəsi adı ilə 1 milyard 180 milyon dollar yatırıb
Daha bir şok fakt: C.Hacıyev Moskvada bir sıra tikinti layihələrinə 1 milyard 180 milyon dollar yatırıb (əslində, basdırıb). Həmin layihələr üzrə bankın pulunun heç olmasa bir hissəsinin qaytarılması belə indi böyük sual altındadır.
Təqdim edilən fotoya diqqət edin: sizcə. Bu çirkli hovuz nədir? Bu şəkil Cahangir Hacıyevın Moskvadakı “ümumi sahəsi 26 min kv. m olan yüksək gəlirli investisiya layıhələrindən” birinın təsviridir. Ən azından Cahangir Hacıyevin saxta sənədlərində belədir – müasir biznes kompleks. Bəs, bu çirkli hovuzun qiyməti nə qədərdir? 250 milyon dollar!!! Fırıldağın miqyasına baxın!
Daha bir şəkildəki Moskva şəhərində 55 min kv.m sahəsi olan yaşayış kompleksidir, hətta bir neçə min adam da yaşayır. “Axı bura it pişik qəzdirmək üçün zibillikdir” deməyin. 2006-ci ildən C.Hacıyev bu it-pişik məkanına nə az, nə çox, bankın düz 116 milyon dollarını “yatıraraq” mənimsəyib.
Qeyd etmək lazımdır ki, xaricdə səpələnən kreditlərin əksəriyyəti C.Hacıyevin birbaşa göstərişləri əsasında heç bir təminat olmadan, habelə müvafiq sənədləşmə aparılmadan ayrılırdı. Bundan əlavə, o, öz əməllərini ört-basdır etmək məqsədilə bankın ali orqanı olan Səhmdarların ümumi yığıncağına, Müşahidə Şurasına, Mərkəzi Banka yalan və təhrif olunmuş məlumatlar təqdim edib. C.Hacıyev pulları nə səhmdarları (əsasən dövlətin), nə əmanətçilərı, nə müştəriləri saya salmadan sağa-sola səpələyib və mənimsəyib.
Milyonçu sürücülər, cangüdənlər, dostlar, qohumlar…. və yarıda qırılmış ömür
Bu barədə mətbuat kifayət qədər yazıb – C.Hacıyevın rəhbərlik etdiyi cinayətkar qrup fiziki şəxslərə milyonlarla girovsuz kreditlər yazaraq pulları mənimsəyib və beləliklə də həmin adamları (içərisində cinayətkarların yaxın dostları və qohumları da var) qurban veriblər.
Adi vətəndaş Beynəlxalq Bankdan 1000 manat kredit alanda min cür sənəd istənildiyi, həftələrlə get-gələ salındığı halda C.Hacıyev şəxsi sürücüsünə, təkcə şəxsiyyət vəsiqəsi ilə 12 milyon dollar kredit yazdırıb. Cahangir Hacıyev və vəkilləri isə hələ də utanmadan günahsız olduqlarından danışırlar.
Nağd kreditlərlə yanaşı C.Hacıyev özünün və ailə üzvlərinin adına plastik kartlar açaraq dövlət bankının xəzinəsini də talayıblar. Açılan hesablar üzrə 16 ədəd plastik kartlar vasitəsi ilə 30.628.727 dollar və 9.368.007 avro, 3.433.931 ingilis funt sterlinq, eləcə də 8.616.062 manat mənimsənilib. Rəqəmlər sözün əsl mənasında insanı şoka salır. 5-6 il ərzində 100 milyon manata yaxın vəsaiti necə şəxsi ödənişlərə xərcləmək olar?! “İnvestisiya layihələri” adı altında milyardları oğurlayaraq xaricə ötürərək mənimsəyən C.Hacıyevin nəfsi və kirli əlləri birbaşa bankın kassasına da soxulub.
C. Hacıyevin nəfsi və pula qurban verilmiş vicdanı hətta insan həyatını da yarıyolda qırıb. Məlumata görə, Beynəlxalq Bankın London nümayəndəliyinin rəhbəri C.Hacıyevin nəfsinin qurbanı olub. Belə ki, C.Hacıyev ənənəvi London səfərlərin birində bankın nümayəndəliyinin rəhbəri Rüfət İmamverdiyevə əmr edir ki, o, bankın Mərkəzi İdarəsinə müraciət etsin və açılan kredit kartı üzrə limiti 1 milyon funt sterlinq həcminə çatdırsın. London nümayəndəliyinin rəhbəri dərhal əmri icra edir. Pullar R. İmamverdiyevin kredit hesabına otuzdurulur. Bu pulları isə nə R. İmamverdiyev, nə də London nümayəndəliyi tərəfindən xərclənmir. C.Hacıyev və ailə üzvləri bahalı şəhər olan Londonda super luks həyət tərzi sürməyə öyrəşmişdilər. Məsələn, dünyanın ən bahalı ticarət mərkəzlərindən biri olan “Harrods”da C.Haciyevin xırda bazarlığı 50-80 min dollar civarında olub. Vaxt keçir, kredit kartdan pul xərclənib (kredit də İmamverdiyevın ayağına bağlanıb), həmin krediti ödəmək lazım gəlir.
London nümayəndəliyinin rəhbəri kredit məsələsini C.Hacıyevin yadına salır. Bir neçə israrlı müraciətdən sonra BB rəhbəri “məsələdən xəbərim yoxdu, pulu özün xərcləmisən, özün da bağla…”, deyib. 1 mln funt sterlinq R.İmamverdiyev üçün təbi ki, fantastik və əlçatmaz məbləğ olub. Bunun stresi gənc yaşına baxmayaraq R.İmamverdiyevin sonunu gətirir. O, dünyasını dəyişir, iki azyaşlı uşağı yetim qalır. C. Hacıyev “suçsuzam” deyəndə bu faktı ən azı yadına salsın, “insani keyfiyyəti”, işçilərə göstərdiyi “qayğı”nı unutmasın…
Oğurluğun 40 gün ömrü
C. Hacıyevin cinayət əməllərinə aid qalın bir kitab yazmaq olar. Xüsusiylə, Hacıyevin dələdüz partnyoru Dünyəmin Xəlilovla törətdiyi cinayətlərdən və Azərbaycandan milyardla manatı oğurlayıb xaricdə yerləşdirilməsinə aid ayrıca kitab. Həmin kitabda Hacıyevin havalanmış başı və sərhədsiz iddiaları ilə Londonda kral cəmiyyəti açmaq, Rusiyada kino çəkmək, təzə moda evi yaratmaq, “xeyrəçilik” adı ilə bankın pulunu yemək və sair “projelərindən” bəhs etmək olar.
İndi, həbs həyatının birinci ilində “Cahangir Hacıyevə və Dünyəmin Xəlilova çox sərt cəza verilib”, “iqtisadi cinayətə görə belə cəzalandırmazlar”, “Cahangir Hacıyev kreditləri qaytara bilərdi” və s. kimi iddialar ortaya atılır. Hətta C.Hacıyevi “siyası məhbus” kimi tanınmasına cəhdlər də var.
Hazırda da C.Hacıyevin dəstəsindən olan cinayətkarlardan azadlıqda olanlar var. Eyni zamanda, C.Hacıyevin hələ də yüksək rütbəli himayədarlarının olması şübhə doğurmur. Amma bu adamlar dərk etməlidirlər ki, Cahangir Hacıyev 15 illik həbsini hələ bir istiqamətdə törətdiyi cinayətlərə görə aldı - kredit kartları və fiziki şəxslər ilə bağlı fırıldağlarına görə. Onun daha ağır cinayətlərinə çox güman bu yaxınlarda hüquqi qiymət veriləcək. Onu da nəzərə almaq lazımdır ki, Cahangir Hacıyevin törətdiyi əməllər təkçə Cinayət Məcəlləsinın maddələri ilə ölçülmür.
Bu cinayətkar təkçə Azərbaycanın maliyyə və bank sektoruna ağır zərbə vurmayıb - ölkənin bütün iqtisadiyyatı, cəmiyyət, hər bir vətəndaş onun əməllərindən hələ uzun müddət əziyyət çəkəcəklər. Ölkənin daxili və xarici borcları məhz onun “fəaliyyəti” nəticəsində ən azı 15 milyard manat həcmində artdı. Və azı 10-12 il bu borcları bağlamaq məcburiyyəti qarşısındayıq. Bu hər bir vətandaşımız, o cümlədən hər bir ailə, hər bir nəsl üçün ağır bir yükdür. Bundan əlavə - dələduzun çirkin əməllərinə görə dinamik inkişaf edən Azərbaycanın dünyada işgüzar imicinə də ləkə dəydi. Bu ümumiyytlə dövlətə, ölkəyə, millətə xəyanət deyilmi?! (“Yeni Müsavat”)
Xəbərin oxunma sayı : 1411
Gündəm
Xəbərlər
-
Bayram günlərində bölgələrdə qar yağacaq - Proqnoz
-
FHN Bakının mərkəzindəki məşhur kafeni bağladı – VİDEO
-
“Azərbaycan Çinlə əlaqələrin inkişafına böyük önəm verir” - Hikmət Hacıyev
-
Bayramda rayonlarda istirahət neçəyə başa gələcək? - QİYMƏTLƏR
-
Nərimanov sakinlərini boğaza yığan keçilməz yol problemi - VİDEO
-
Aİ Ukraynaya hərbi yardım fondunu artırır: Milyardlarla dollar ayrılacaq
-
Xəzər dənizində əməliyyat: Silahlı qaçaqmalçı narkotiklə tutuldu - FOTO
-
“Bu, müharibəyə gətirib çıxaracaq...“ - Paşinyan
-
Azərbaycanlı müğənniyə toyda 70 min qonorar ödənilib - VİDEO
-
Xam nefti ən baha qiymətə Fransaya satırıq – Ölkələrin tam siyahısı
-
Novruz bayramı öncəsi bazarda vəziyyət necədir? - VİDEO
-
İcra başçısı üçün 57 minə xidməti avtomobil - Seymur Orucov maşınını yeniləyir
-
Fermerlərin heyvan saxlamağa marağı niyə azalıb? - ARAŞDIRMA
-
Azərbaycanda tapılan qədim sikkələrin görüntüləri - VİDEO
-
“Bank of Baku“dan narazılıq: Keşbek limitini 3 dəfə azaldıb
-
Niger hakimiyyətindən ABŞ hərbçilərinə şağırış - “Ölkəni tərk edin...“
-
Taksilərlə bağlı yeni qaydalar: Bundan sonra... (VİDEO)
-
AXCP Daşkəsən rayon şöbəsinin sədri niyə saxlanılıb? - DİN açıqladı
-
Novruz tətili başlayır - Neçə gün qeyri-iş günü olacaq?
-
Rayonlara qar yağıb, şaxta olub - FAKTİKİ HAVA
-
Çin hava taksilərinin satışına başlayıb - VİDEO
-
Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım etdi - FOTO
-
Bakıda sakinlər uçmaq təhlükəsi olan binada yaşayırlar - VİDEO
-
Polisdən Saatlıda əməliyyat - Saxlanılan var
-
“İsrail məhv ediləcək“ - Tramp
-
Füzulidə dəhşətli cinayət: Arvadını kabab yediyinə görə öldürdü
-
Cənub bölgəsində satılan balıqların qiyməti artdı - VİDEO
-
Ramazanda Novruz şirniyyatlarından yemək orqanizmə necə təsir edir? - VİDEO
-
Yens Stoltenberqin Bakı səfəri NATO-Azərbaycan münasibətlərinə töhfə verəcək
-
NATO ilə davam edən uğurlu dialoq
-
Cənubi Qafqazda müasir çağırışlara əsaslanan yanaşma
-
Novruz bayramının İlaxır çərşənbəsi qeyd olunur
-
Xalq artisti görünüşü ilə təəccübləndirdi - VİDEO
-
Futbolumuzun yeganə xilas yolu - Yalnız o gəlməlidir
-
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”: Generalın istintaqı bitdi
-
Səfirin qardaşı oğlu yüzlərlə insana qarşı dələduzluq edib: Bulut Bağcı kriptovalyuta işini necə “qurub?”
-
Dərman vasitələrinin farmakonəzarət qaydası ilə bağlı YENİLİK
-
Paytaxtda 600 manata səməni satılır? - VİDEO
-
Sərnişindaşımaya dair müsabiqələrdə iştiraka görə ödəniləcək məbləğlər - SİYAHI
-
Ramazan ayının doqquzuncu gününün duası - İmsak və iftar vaxtı
-
“Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram” - Prezident
-
AFFA 4 nəfəri futboldan ömürlük uzaqlaşdırdı - RƏSMİ
-
Nura Suridən Xəyyam Nisanov barədə şok sözlər - VİDEO
-
Jurnalsit İstanbul Klinikasını ittiham etdi: “Anamı öldürdülər“
-
Ermənistanın keçmiş müdafiə naziri: “Hindistandan alınan silahlar yararsız vəziyyətdədir”
-
Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır
-
Əfv və amnistiya olacaq! - Hüquq müdafiəçisi tarixi açıqladı
-
Azərbaycanda ilk dəfə cəzaçəkmə müəssisəsində üztanıma sistemi yaradılıb - FOTO
-
“Biz bir daha göstərdik ki, öz yolumuzdan dönməyəcəyik” - İlham Əliyev
-
Zəngilanın bu kəndi yenidən qurulacaq - 1,1 milyon ayrıldı
-
Hikmət Hacıyev Çinə niyə gedib? - TƏHLİL
-
“Azpetrol“ məntəqələrində yolxlama: İnsanların həyatı təhlükəyə atılıb!
-
Yerli və idxal kərə yağları cüzi bahalaşıb – Son qiymətlər
-
Xalası onu təhqir etdiyini deyən müğənnini məhkəməyə verdi: 30 min təzminat istədi
-
Özəl universitetlərdə tibb təhsili bərpa olunacaqmı? - VİDEO
-
Azərbaycan NATO ilə əməkdaşlıq alətlərindənsəmərəli şəkildə istifadə edir
-
Rumıniyada NATO-nun ən böyük hərbi bazası tikilir: Minlərlə hərbçi yerləşdiriləcək
-
“Bu gün Azərbaycan dünyada nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir” - Prezident
-
Adı iki nəfərin ölümündə hallanan məmur 50 min təzminat verib? - “Rang Rover“lə qəza...
-
Sabahın iş günü ilə bağlı RƏSMİ AÇIQLAMA
-
Rusiyada səslərin 100 faizi sayıldı: Putindən mütləq qələbə
-
“Əfsuslar olsun ki, bu, Ermənistana dərs olmadı“ - Azərbaycan lideri
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Strateji əməkdaşlıq və dostluq münasibətləri Azərbaycan ilə Gürcüstan üçün həmişə prioritet olub
-
“Azəriqaz”da Cahid Hüseynov ruzigarı: direktor müavininin bacısı oğlu yeni vəzfəyə təyin edildi
-
Xətai rayonunda saxlanılan narkokuryerlərdə 10 kq marixuana aşkar edilib - VİDEO
-
“İnflyasiya ilə əlaqədar zəruri tədbirlər davam etdiriləcək“ - Nazirlər Kabineti
-
Tenderə nəzarət edən dövlət qurumunun özü qanunsuz tender keçirir? – FOTOFAKT
-
Ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olmuşdur
-
Prezident Azərbaycan xalqını təbrik etdi - MƏTN
-
Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə - Nəticələr elan olundu
-
Polis gücləndirilmiş iş rejimində çalışacaq - DİN
-
Azərbaycanda işsizlərin sayı artdı – Son 20 ilin statistikası
-
İkitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürü
-
“Manatın məzənnəsi Mərkəzi Bankdan asılı olacaq“ - Millət vəkili
-
Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb - Xalqı təbrik edib + FOTOLAR
-
Nazirlik “Araz Supermarket”i cərimələdi - Məhsulu üzərində göstərilən qiymətdən baha satıb
-
İşdən çıxarılan Ruslan Əliyev Badamdardakı villasını satışa çıxarıb - FOTOLAR
-
Martın 20-də geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
NATO-nun baş katibinin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Dünyanın ən isti yeri: burada hətta bakteriyalar belə yaşaya bilməz
-
İlham Əliyev Vladimir Putini təbrik etdi - Prezident seçkisində qələbəsinə görə
-
Xırdalan dairəsində ev adı altında tikilən obyekt restoran kimi fəaliyyət göstərəcək - FOTOLAR
-
“Bakı otis lift“ valyuta vəsaitini xaricdən geri qaytarmayıb - PROTOKOL
-
Füzuli şəhərinə daha 34 ailə yola salınıb - FOTOLAR
-
Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri arasındadır - REYTİNQ
-
Xocalıda kütləvi məzarlıqda qalıqları aşkar edilənlərlə bağlı brifinq keçirilib - VİDEO
-
Hikmət Hacıyev Pakistanın Çindəki səfiri ilə görüşüb - FOTO
-
“Putin prezident seçkilərində qalib gəldi“ - Rusiya MSK
-
Dövlətə məxsus 10 avtomobil hərraca çıxarılır – Qiymətlər 1 300 manatdan başlayır (SİYAHI)
-
Bakıda həll yolunu tapmayan səki problemi - VİDEO
-
Məktəb təhsili əlavə hazırlıqlara sövq edir? - VİDEO
-
Deputat Erkin Qədirlinin köməkçisi ölkədən qaçıb? - İDDİA
-
Əli Əsədovdan qeyri-müntəzəm sərnişin daşınması ilə bağlı QƏRAR
-
“Rusiya ilə NATO arasında müharibə mümkündür“ - Putin
-
Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər - ARAŞDIRMA
-
“Ukrayna üçün hərbçilərin göndərilməsi, silah və sursat təchizatı yoxdur“ - Avstriyanın XİN
-
Novruz Bayramı ərəfəsində Azərbaycana turist axını gözlənilir - VİDEO
-
“Biz onu dəyişmək istəyirdik, amma o, öldü“ - Putin
-
Lənkəranda sərnişin avtobuslarının əksəriyyəti istismara yararsızdır - VİDEO
-
Mehriban Əliyeva Saida Mirziyoyeva ilə sərgi açılışında - FOTOLAR
-
Binəqədidə söküntü problemi: Mənzil sahibləri tikinti şirkəti ilə razılaşmırlar - VİDEO
-
“Rəsmi nikahım yoxdur“ - Vəfa Şərifova
-
“Görsək ki, Azərbaycan futboluna faydası var, lazımi addımı atacağıq” - Qurban Qurbanov
-
“Azərbaycan-NATO tərəfdaşlığının uzun tarixi var“ - Prezident İlham Əliyev
-
Rusiyada prezident seçkisinin ilkin nəticələri: Putin qalib gəlir
-
“Biz sülhə heç vaxt olmadığımız qədər yaxınıq“ - Prezident
-
Gəncə sakinləri mavi yanacaq problemi yaşayırlar - VİDEO
-
Prezidentin NATO-nun Baş katibi ilə şam yeməyi əsnasında geniş tərkibdə görüşü olub - VİDEO
-
Mənzil almaq istəyənlər bankların daxili ipotekasından niyə istifadə edə bilmir? - VİDEO
-
“COP-29 dönüş nöqtəsi olacaq“ - Stoltenberq
-
Dövlət Baxçalı Ərdoğana çağırış etdi - “Ayrıla bilməzsən! Türk millətini yalnız buraxa bilməzsən!
-
Ramazan ayının səkkizinci gününün duası - İmsak və iftar vaxtı
-
“Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik“ - NATO-nun Baş katibi
-
Xocavəndin əsrarəngiz Tuğ kəndi: Yeni görüntülər - VİDEO
-
Messi Argentina millisinin qarşıdakı oyunlarını buraxacaq - SƏBƏB
-
Prezident İlham Əliyevin Yens Stoltenberqlə təkbətək görüşü başlayıb - FOTOLAR
-
Ukraynaya hərbi yardım ABŞ-nin silah ehtiyatlarını azalda bilər - Ağ Ev
-
Xəzər dənizi yox olacaq? - “Proses 2050-ci ilə qədər davam edəcək“
TOP 10
ARXİV