Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“NATO S-400 almaq haqda sazişimizdən ağlını itirib” – Ərdoğan (TƏHLİL)

Tarix 17.09.17, 20:45

Font ölçüsü : - / +
bitmap-img6


Əndryu Hanna

Politico (ABŞ), 15.09.2017

Demokratik partiyadan Amerika senatoru xəbərdarlıq edib ki, 2,5 milyard dollarlıq Rusiya-Türkiyə sazişi Trampın əleyhinə çıxış etdiyi sanksiyalar haqda yeni qanunu pozmaqla bağlana bilərdi.

Türkiyə bu yaxınlarda Rusiyanın ən yeni zenit raketlərini əldə edib və bu, Amerika qanununun pozulması ilə baş tuta bilərdi və NATO üzvü bu ölkəyə qarşı avtomatik şəkildə sanksiyalar tətbiq oluna bilər. Merilenddən senator Ben Kardinin Tramp administrasiyasına göndərdiyi məktubda deyilir ki, Ankaranın Rusiyanın S-400 zenit-raket komplekslərinin alqısı haqda çərşənbə axşamı bağladığı saziş keçən ay yeni qanun çərçivəsində tətbiq edilmiş antirusiya sanksiyalarını pozmaqla imzalanıb. Senatın beynəlxalq münasibətlər üzrə komitəsində rəhbər vəzifə tutan Kardin yazıb ki, bu qanun “Rusiya Federasiyasının müdafiə və kəşfiyyat sektorları ilə böyük sazişlər bağlayanlara qarşı sanksiyalar” nəzərdə tutur.

Ağ Ev sanksiyalara qarşı çıxış edərək bunu konqresin prezidentin diplomatik fəaliyyətinə qəsdi adlandırıb.

Kardinin ABŞ dövlət katibi Reks Tillerson və maliyyə naziri Stiv Mnuçinin adına göndərdiyi məktubda deyilir: “Bunlar ABŞ-ın Rusiyanı Birləşmiş Ştatlara hücumdan saxlamaq cəhdlərini əks etdirən icrası məcburi sanksiyalardır”.

Kardin qeyd edib: “Çox təəssüf ki, Türkiyə ABŞ-ın müttəfiqi ola-ola böhranlı məqamda Moskvanın tərəfində durub”.

S-400 – Rusiyanın ən müasir zenit-raket sistemidir, əzəldən Amerika strateji aviasiyasını yaxalamaq üçün nəzərdə tutulub. Raketin buraxılış mənzili 400 km təşkil edir. Kompleks eyni zamanda 80 hədəfi bura bilər.

Kremlin maliyyələşdirdiyi RT və Sputnik kimi kütləvi informasiya vasitələri bu sövdələşməni diplomatik sıçrayş kimi təqdim edib. Moskva son aylarda 1952-ci ildən NATO üzvü Türkiyəyə hər cür nəvaziş göstərir, onu qərbli hərbi müttəfiqlərindən uzaqlaşdırmağa çalışır. NATO rəhbərliyi 2,5 milyard dollarlıq sazişin imzalanmasıyla bağlı narahatlıq ifadə edərək onun mənfi diplomatik nəticələri və Rusiya texnikasının NATO üzvünün silahlanmasında ola biləcəyi faktını qeyd edib.

S-400 hazırda Şimali Atlantika alyansına daxil olan ölkələrin heç birində silahlanmada deyil. NATO rəsmi təmsilçisi bildirib ki, alyans sazişin ayrıntıları haqda məlumatlandırılmayıb, amma vurğulayıb: “Hansı texnikanı alacağını müttəfiqlərin özləri müəyyən edir”.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan çərşənbə günü Ankarada çıxış edərkən deyib ki, bunda NATO-nun özü günahkardır, çünki Türkiyəyə gərəkən silah sistemlərini tədarük etməyə tələsmirdi.

Türkiyə kütləvi informasiya vasitələri Ərdoğanın sözlərini misal gətirir ki, NATO “bizim S-400 almaq haqda sövdələşməyimizdən ağlını itirib”.

Türkiyə başçısı deyib: “Bəs bizə nə etmək qalırdı? Sizi gözləmək? Özümüz öz qayğımıza qaldıq”.

O, xəbər verib ki, Türkiyə bütünlükdə 2,5 milyard dollara başa gələsi bu sistemə görə beh verib.

Dövlət Departamenti bildirib ki, bu bazarlıq NATO-nun döyüş texnikasının funksional uyarlığına müvafiq deyil, lakin bunun hansı nəticələr doğuracağını deməyib.

Dövlət Departamentinin mətbuat katibi Hizer Noyret tək günü bildirib ki, S-400-ün alqısı haqda müqavilə NATO üzvlətrinin sovet dövrünün texnikasını silahlanmadan çıxartmaq haqda 2016-cı il sazişinə uyğun gəlmir.

Pentaqonda bu alqı ilə bağlı narahatlığını ifadə edib. Pentaqon rəsmi təmsilçisi Conni Maykl öz bəyanatında qeyd edib: “Biz S-400-ün mümkün alqısı ilə bağlı Türkiyə hökumətinə öz təşvişimizi ifadə etmişik. NATO sistemləri ilə funksional uyarlı zenit-raket kompleksi Türkiyəni bu bölgədə var olan mümkün hər cür təhlükədən qorumaq üçün ən yaxşı variantdır”.

Kardin administrasiyadan S-400 alqısının Türkiyənin NATO üzvlüyünə və Amerikanın Ankaraya silah tədürkünün də daxil olduğu hərbi yardımına necə təsir göstərəcəyini incələməyi xahiş edib. Senatın silahlı qüvvələr üzrə komitəsində keçən həftəki dinləmələrdə Amerika silahının Türkiyəyə tədarükünə qadağaya dair məsələ müzakirə olunub.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 394




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap