|
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Yüz milyon büdcəsi olan Dövlət Fondunu kimlər idarə edir? - Araşdırma
MSK növbədənkənar prezident seçkilərinə yekun vurdu - İlham Əliyev 92,12 % səslə qalib oldu
Bir qərinəlik sədrin müəmması - Vahid Novruzovun Auditorlar Palatasında baş verənlərdən xəbəri yoxdur?
İrəvan bu istiqamətdən savaşa başlayacaq - Fransanın Azərbaycanla bağlı sensasiyalı planı (VİDEO)
Akim Bədəlov “Xəzər“i necə ələ keçirib? - Şok sənədlər
Tarix 02.10.17, 6:44 |
|
Mərhum Dövlət katibi Tofiq İsmayılovun qızı Səbinə İsmayılova Akim Bədəlovun qanunsuz əməllərindən Prezident İlham Əliyevə şikayət etdi…
«Saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib…»
Sabiq Dövlət katibinin ailəsinə məxsus əmlaklar Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlovun ailəsinin əlinə necə keçib?
…Prezident İlham Əliyevin 21 oktyabr 2004-cü il tarixli, 462 №-li sərəncamı ilə «Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı» təsdiq olunanda hamı sevinirdi ki, nəhayət, bizdə də ucuz və ekoloji cəhətdən təmiz enerji istelakı mümkün olacaq. Amma istehsal yoxdursa, islehlak hardan ola bilərdi. Bs niyə yoxdur???
«Təzadlar» qeyd edir ki, əslində, Dövlət Proqramında da qeyd edilib ki, «Ənənəvi enerji mənbələrinin tədricən tükənməsini və onlardan istifadə zamanı ətraf mühitə vurulan külli miqdarda ziyanı nəzərə alaraq, dünyanın inkişaf etmiş ölkələrində ekoloji cəhətdən təmiz alternativ (bərpa olunan) enerji mənbələrindən (günəş və külək enerjisi, kiçik SES-lər, termal sular, biokütlə enerjisi) geniş istifadə olunur…».
Niyə bizdə hər şeyin alternativi olur, təkcə enerjidən başqa?
Bu suala qısa cavab verək ki, səbəblər çoxdur. Və bu səbəblərin hamısının baiskarı, əslində, bu sahəyə rəhbərlik edəndir. Uzun illərdir xarici ölkələrdən milyonlarla dollar vəsait hesabına alınıb gətirilən külək generatorları, günəş batareyaları magistral yollarımızda, təpələrin başında uşaq oyuncağı kimi, göz dağı olaraq pas atıb qalıbsa, daha nə deyəsən? Təsəvvür edin, Prezidentin sərəncamı ilə 2004-cü ildə alternativ enerji mənbələri üzrə Dövlət Proqramı qəbul olunur, sonra Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılır, Akim Bədəlov həmin agentliyə direktor təyin olunur… Alternativ enerji istehsalımız isə ölü nöqtədən tərpənmir…
Bəs nə etməli ki, Akim Bədəlov özünün potensial enerjisini alternativ enerji istehsalında meydana qoysun???
Vəziyyət yaxşılığa doğru dəyişmir, amma dəyişməlidir, bu zamanın tələbidir. İl boyu günəşli və küləkli bir ölkədə alternativ enerjidən istifadə edilməməsinə görə adam bu sahəyə rəhbərlik edilənlərin, etimad göstərilənlərin yerinə utanmaq istəyir… Bəs nə etməli ki, Akim Bədəlov özünün potensial enerjisini alternativ enerji istehsalında meydana qoysun??? 2013-cü ilin 1 fevral tarixindən isə Akim Bədəlov Prezidentin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri təyin edilir.
Lakin yenə də Bakı kimi küləkli və günəşli bir paytaxta belə arzulananlar reallığa çevrilmir… Bu dəfə Prezident İlham Əliyev Agentliyin statusunu dəyişməyə qərar verir ki, bəlkə bir iş görüldü. Prezidentin 24 noyabr 2016-cı il tarixli “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin bazasında Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılır. Yenə də «köhnə hamam, köhnə tas…».
Deməli, toplananların yerini dəyişəndə cəm dəyişmədiyi kimi, adın, hüquqi statusun dəyişməsi də vəziyyətin dəyişməsi mümkün deyil. Qalır bu sahəyə rəhbərlik edənin, yəni Akim Bədəlovun dəyişməsi… Amma Akim Bədəlov da, onu müdafiə və mühafizə edənlər də bilməlidir ki, Prezident İlham Əliyevin də səbri tükənməz deyil…
Başı sabiq Dövlət katibinin ailəsinin mülk qalmaqalına qarışmış direktor…
Səbinə İsmayilova
«Təzadlar»a sabiq dövlət katibi, mərhum Tofiq İsmayılovun qızı Səbinə İsmayılovanın Prezident İlham Əliyevə ünvanlı müraciəti daxil olub. Müraciəti olduğu kimi təqdim edirik:
Çox hörmətli cənab Prezident!
13 mart 1987-ci il tarixdə SSSR-i Nazirlər Sovetinin, Professional Birliklərin Ümumittifaq Mərkəzi Sovetinin və Ümumittifaq Lenin Kommunist Gənclər Birliyinin Mərkəzi Komitəsinin ”Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması barədə” 321 saylı qərarı çıxmışdır. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin (mətndə sonra-Mərkəz) yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Bu ondan irəli gəlirdi ki, Mərkəzlərə geniş iqtisadi, o cümlədən xarici ölkələrlə fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdir. Mərkəzlər yalnız gəlirlərinin 3(üç)% ümumittifaq və 27(iyirmi yeddi)% yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdilər.
Bütün proqressiv yeniliklərə həssas olan T.İsmayılov 1989-cı ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə (mətndə sonra-Birlik) rəhbərlik edən dövrdə keçmiş Kirov (indiki Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç. 68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur.
Cənab Prezident!
Həmin dövrdə Birlikdə elmi işçi olan Bədəlov Akim Bədəl oğlu 1989-ci ilin may ayında “Xəzər”ə direktor seçilir. Bilavasitə ümumittifaq büdcəsindən maliyyələşən Birlikdən “Xəzər”in hesabına bağlanmış müxtəlif müqavilələr üzrə külli miqdarda vəsaitlər köçürülürdü, kommersiya əməliyyatları və müxtəlif quraşdırma işləri aparılırdı, elmi və istehsal işləri üçün müasir və qiymətli qurğular və avadanlıqlar alınırdı. T.İsmayılovun rəhbərliyi ilə alternativ energetika üzrə elmi və eksperimental layihələr həyata keçirilirdi. Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”in gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı.
1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edildi. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”in Komsomol komitəsi nəzdindən çıxarılaraq müstəqil şəkildə fəaliyyətinə qərar verildi. Yaradılmasında və fəaliyyətində atam həlledici şəxs olduğuna görə onun qərarı ilə kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”də əsas pay mənə verilmişdi və 6 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun müəssisənin nizamnaməsi tərtib olunmuşdur (Qoşma-1). A.Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilmişdi. 23.08.1991-ci il tarixdə yeni təşkil edilən “Xəzər” Kirov rayonu Xalq Deputatları Sovetində qeydiyyatdan keçdi və A.Bədəlov direktor vəzifəsində təsdiq edildi (Qoşma-2). Həmçinin həmin müddətdə A.Bədəlov bu vəzifə ilə bərabər, Birliyin yeni yaradılmış Ekologiya İnstitutunda ödənişsiz direktor müavini vəzifəsinə təyin edildi (Qoşma-3) və Birliyin baş direktoru T.İsmayılov Ekologiya İnstitutu ilə “Xəzər”in birgə fəaliyyət istiqamətləri barədə əmr verdi (Qoşma-4).
20 noyabr 1991-ci il tarixdə atam T.İsmayılov Qarabağ səmasında faciəvi şəkildə həlak oldu. Atamın vəfatından sonra bütün bu müddət ərzində “Xəzər” podratçı şəkildə iri tikintilər apardığına baxmayaraq Akim Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi və bildirirdi ki, guya iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizə olduğu bütün öhdəlikləri ödəyəcək. “Xəzər”in apardığı tikintilər sırasında eks-deputat Dünyamin Xəlilova məxsus “Qlobus Plaza”, eks-Beynəlxalq Bankın sədri Cahangir Hacıyevə məxsus Zaqatala stadionu, Ali Məhkəmənin binası, tikintisi yarımçıq qalan Respublika Uşaq Diaqnostika Mərkəzi və bir çox digər tikintilər. Lakin 2013-cü ilin fevral ayından Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə sədr vəzifəsinə təyin olunandan sonra A.Bədəlov ailəyə pul ödəməkdən imtina etdi. Anam Lalə İsmayılova A.Bədəlovun iş yerinə gedərək ondan bu məsələlərə aydınlıq gətirilməsini istədi. Lakin A.Bədəlov ona hədə-qorxu gələrək aşağıdakıları bildirmişdir: «…Tofiq İsmayılovun “Xəzər”in yaradılmasında heç bir rolu olmayıb. Mənə, A.Bədəlova o vaxtlar Moskvanın Siyasi Bürosu Bakıda T.İsmayılovu güdməyi tapşırmışdı. İşimi yaxşı gördüyümə görə Siyasi Büro “Xəzər”i mənə bağışlayıb. Mənim kim olduğumu heç kəs bilmir, mənim möhkəm arxam var və “Xəzər”in məsələsini qaldırsanız sonradan peşiman olaçaqsınız…».
Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov
Cənab Prezident!
Bildirirəm ki, Akim Bədəlov keçmiş MTN-nın cinayətkar dəstəsinin aktiv üzvü olan bacısı oğlu, MTN-nin hava limanı üzrə keçmiş idarə rəisi Pərviz Vəliyevə arxalanaraq ailəmizə hədə-qorxular gəlirdi. Biz məcbur olub vəkillər vasitəsi ilə araşdırmalar apardıq və “Xəzər”in saxtakarlıq yolu ilə mənimsənildiyini aşkar etdik. “Xəzər”də baş verən saxtakarlıqlar aşağıdakı ardıcıllıqla həyata keçirilib:
-1995-ci ildə Nazirlər Kabineti bütün müəssisələrin Ədliyyə Nazirliyində təkrar qeydiyyatdan keçməsi barədə qərar qəbul edir. “Xəzər”in 03.03.1995-ci il tarixli 1 nömrəli saxta iclas protokolunu əldə etmişik. Bu protokolda iclasda “Xəzər”in 6 (altı) nəfər müdiriyyətinin, yəni payçıların iştirakı göstərilib, lakin onların adları və imzaları yoxdur. Protokolda həm də “Xəzər”in nizamnaməsinin Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilməsi qərarının qəbul edildiyi göstərilir (Qoşma-5). Bundan sonra isə 10.08.1995-ci il tarixdə “Xəzər”in təsisçiliyi ilə əlaqədar ortalığa bir müəmmalı sənəd çıxır. A.Bədəlov və üç nəfər qohumu “Xəzər”ə dair təsis müqaviləsi bağlayır, müqaviləni bağlayanlar təsisçi elan edilir. Müqavilə üzərində Bakı şəhəri 34 saylı notariat kontorunun 29.08.2015-ci il tarixli ştampı var (Qoşma-6). Bu müqavilə ilə əlaqədar vəkillərimizin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyinin Notariat Arxiv İdarəsindən aldığımız məktubda və notariat reyestr kitabından çıxarışda göstərilir ki 34 saylı notariat kontorunun müqavilə üzərində olan ştampı ilə təsdiqlənən 3654 saylı hüquqi hərəkət təsis müqaviləsinin təsdiqi yox, müqavilə iştirakçılarından biri olan və yuxarıda qeyd edilən Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyevin imza nümunəsinin düzgünlüyünün təsdiq olunmasına görədir. Notarial qaydada təsdiq olunmayan bu təsis müqaviləsi “Xəzər”in 06.03.1991-ci il tarixdə 8 saylı iclas protokoluna əsasən qəbul edilmiş nizamnaməsinə tam ziddir və müəssisənin qanuni sahiblərinin hüquqlarının mənimsənilməsi deməkdir. Lakin bu saxta təsis müqaviləsi Ədliyyə Nazirliyində əsas kimi qəbul edilir, 25.09.1995-ci il tarixdə “Xəzər”in yeni saxta nizamnaməsi (Qoşma-8) Bədəlov və onun qohumlarının təsisçiliyi ilə qeydiyyatdan keçir və müəssisəyə qeydiyyat şəhadətnaməsi verilir (Qoşma-9). “Xəzər”in qanuni 1991-ci ildə qəbul edilmiş və 1995-ci ildəki saxta nizamnamələrindən aydın görünür ki, müəssisənin adı, hüquqi ünvanı və bank hesabı eynilik təşkil edir. Hüquqi ünvanların bir olduğunu A.Bədəlovun 11.02.1993-cü il tarixdə “Xəzər”ə məxsus obyektdə mağaza açılmasına icazə üçün Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanlanan məktub və məktuba verilən müsbət cavab sübut edir (Qoşma-10). “Xəzər”in hüquqi ünvanı yalnız 08.12.2004-cü il tarixdə dəyişdirilmişdir (Qoşma-11). “Xəzər”in hüquqi ünvanı dəyişdirildikdən sonra müəssisəyə məxsus torpaq və tikili qanunsuz olaraq balansından çıxarılmışdır.
«Həmin saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsusdur…»
Cənab Prezident!
Atamın vəfatından sonra “Xəzər”in bank hesabında da külli miqdarda maliyyə vəsaitləri qalmışdır. “Xəzər”in təsisçiliyi ilə əlaqədar saxtakarlıqlar növbəti illərdə davam etmişdir. Belə ki 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır (Qoşma-12) və 11.08.2010-cu il tarixdə “Xəzər”in yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına alınmışdır (Qoşma-13). Hal-hazırda həmin saxta sənədlərə əsasən “Xəzər”də 50% pay Akim Bədəlovun həyat yoldaşı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şami oğluna məxsus edilib.
Yuxarıda göstərilən faktlar tam çılpaqlıqla subut edir ki, hazırda fəaliyyət göstərən “Xəzər” 1991-ci ildə təşkil edilən müəssisədir və saxtakarlıq yolu ilə qanuni sahiblərindən alınıb. “Xəzər”in qanuni sahiblərinin adları, o cümlədən əsas payçı kimi mənim adım, 1991-ci ilin nizamnaməsində qeyd edilən 8 saylı protokoldadır. Lakin atam Vətən yolunda, dövləti vəzifəsini yerinə yetirərkən faciəvi şəkildə həlak olduğuna görə protokolun nüsxəsini ailəsinə vermək imkanı olmamışdır. Ailəmiz A.Bədəlovun sözləri və vədlərinə inanaraq, onu mərhum atama sadiq insan kimi tanıyırdı və ondan heç bir sənəd tələb etmirdi. A.Bədəlov ailəmizin ona olan etibarından yararlanaraq 8 saylı protokolun nüsxələrini aradan çıxarıb.
Bütün instansiya məhkəmələrində biz vəsadət qaldıraraq A.Bədəlovdan o dövrdə “Xəzər”in direktoru olduğu üçün müəssisənin əsl təsis sənədi olan 8 saylı protokolu məhkəməyə təqdim edilməsini tələb etmişik. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri adekvat arayışlar təqdim edilib (Qoşma14).
«Biz hələ də inanmırıq ki, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev qudasının hərəkətlərinə bəraət qazandırsın…»
Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunduğundan və cinayət əməllərini subuta yetirən faktlar olduğundan işin prokuror istintaqına göndərilməsi ilə əlaqədar vəsadətlərimizə baxmayaraq qətnamələrdə saxtakarlıq faktları barədə bir kəlmə belə yazılmamışdır və vəsadətlərimiz rədd edilmişdir. Çünki onun qudası Ali Məhkəmənin sədri Ramiz Rzayevdir. Məhkəmə hakimləri qorxularından ədalətə qılınc çəkirdilər.
Bundan başqa, məhkəmələr “Xəzər” yaradılan dövrdə Birlikdə işləyən və “Xəzər”də mənim əsas pay sahibi olduğum barədə dəqiq məlumatı olan şahidlərin ifadələrini qəbul etməmişdir və iddiam təmin edilməmişdir. Məhkəmələrin bu qanunsuzluqlara göz yummasının əsas səbəbi isə, yuxarıda qeyd etdim, Ali Məhkəmənin sədri Ramiz Rzayevin A.Bədəlovla quda olmasıdır.
Hörmətli cənab Prezident!
Onsuz da ailəmiz Tofiq İsmayılov kimi bir vətənpərvər insanı itirib, onun adı Azərbaycan xalqının ürəyində belə də qalıb. Tofiq İsmayılov canını Azərbaycanın azadlığı yolunda qurban verməyə qıymadı, özünü oda vurdu. Necə ola bilər ki, belə bir insanın-vətənpərvərin ailəsi bu gün dövlət məmuru Akim Bədəlovun əndazəy2ə sığmayan hərəkətinin qurbanı olsun?! Biz niyə maddi sıxıntıların məngənəsində əziyyətlər çəkməliyik? Ona görə ki, haqq və ədalət mücəssiməsi olan məhkəmələrdə Akim Bədəlovun qudası durur? Biz hələ də inanmırıq ki, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev qudasının hərəkətlərinə bəraət qazandırsın. Amma çox istərdik ki, o, qudası Akim Bədəlova izah etsin ki, Tofiq İsmayılov kimi bir ailəni bu vəziyyətə salmağı nə göydə Allah bağışlayacaq, nə də yerdə Prezidentimiz İlham Əliyev!
Cənab Prezident!
Müraciətdə göstərilən və saxtakarlıqları sübuta yetirən sənədləri Sizə təqdim edirəm. Həyatını vətənimizin və xalqımızın yolunda qurban vermiş vətənpərvər alimin-Tofiq İsmayılovun yadigarı olan ailəsi ədalətin bərqərar olunmasını istəyir. Bizə köməklik göstərməyinizi Sizdən Xahiş edirik.
Böyük hörmətlə:
Səbinə Tofiq qızı İsmayılova”
Xəbərin oxunma sayı : 1420
Gündəm
Xəbərlər
-
Nəsrindən bikini və əzələ şousu - Fotolar
-
Zinəddin Zidan axır ki, razılıq verdi - Bu klubu çalışdıracaq
-
Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - VİDEO
-
Səs-küy salıb, qonşularını narahat edənləri hansı cəza gözləyir? – HÜQUQİ İZAH
-
Məktəb direktoru icra başçısına müavin təyin olundu - FOTO
-
Ağdaş sakininin adına şirkət açıldı, 105 min manat vergi borcu gəldi - VİDEO
-
Banklar 3 ayda faizlərdən nə qədər qazanıblar? – Tam siyahı
-
“Qərb Zelenskini aradan götürəcək” – Medvedev
-
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
-
İsmayıllının bu kəndinin sakinləri alış-verişə atla gedirlər - VİDEO
-
Buraxılış imtahanının nəticələri elan olundu - DETALLAR
-
Rusiya və Azərbaycan prezidentləri Moskvada görüşəcək - Bu tarixdə
-
Uşaqlara peyvənd vurulacaq - Nazir əmr imzaladı
-
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
-
“Hakimiyyət hücumun arxasında İsrailin dayandığını gizlədir“ - İran rəsmisi
-
Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO
-
Evlənmək istəyənlər psixoloji müayinədən keçməlidirlər? - VİDEO
-
Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
İran və Türkiyə XİN başçıları arasında telefon danışığı olub - FOTO
-
Maliyyə Nazirliyindən büdcədən vəsait alan qurumlara MÜRACİƏT
-
FHN əməliyyat görüntüləri yayıb - VİDEO
-
Azərbaycan Prezidenti Almaniyaya səfər edəcək - Şoltsla danışıqlar aparacaq
-
“Rusiya hərbi əməliyyatları dayandırmayacaq” - Lavrov
-
Şirkət rəhbərinə hökm oxundu - Bu nazirliyin vəsaitini mənimsəmişdi
-
Üzərinə həbs qoyulmuş əmlaklar... - Prezident qanuna dəyişikliyi təsdiqlədi
-
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnəni açıqlandı
-
“İsrail və İran fərqli şeylər deyir“ - Ərdoğan
-
“Özəl məktəblərdə təhsil haqları kosmik rəqəmlərə çatıb” - Deputat
-
Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ
-
20 min manat borca görə qəssab HƏBS EDİLDİ
-
Deputat nazirliyin fəaliyyətini tənqid etdi: “Özündən qanun düzəldib...”
-
Azərbaycanda marketlərdə 19 manata satılan kərə yağı Rusiyaya 9,6 manata ixrac edilir – RƏSMİ
-
Hal şahidləri əvəzinə videoçəkiliş: İXM-ə dəyişiklik edilir
-
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - RƏSMİ
-
Megastore və Hiperstore-nin saxta rəqabət oyunları - Onları külli miqdarda cərimə gözləyir...
-
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
-
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA
-
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
-
“Ukraynaya dəstək artırılmalıdır“ - Donald Tramp
-
Naxçıvanda 120 milyon manatdan çox maliyyə pozuntusu - Bəzi materiallar DTX-yə göndərilib
-
Bakıda evdə partlayış: Ölən var
-
Fransanın növbəti diplomatları Azərbaycandan qovulub - “Observer Online“ yazır
-
“Ən çox ciddi nöqsan sahəsi satınalmalar və tender fəaliyyətidir“ - Deputat
-
Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb - FOTO
-
“Putin indi Finlandiyaya fokuslanıb“ - Von der Leyen
-
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə təyinat - FOTO
-
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
-
Hər 100 manatdan 51 manatı ərzağa xərclənir – 3 ayda yeyib-içməyə 7 milyard xərclənib
-
Rusiyada kütləvi tədbirlər ləğv edildi - 1 mayda yürüşlər və 9 may paradı olmayacaq
-
Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanıldı - FOTO/VİDEO
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 14 məsələ var
-
Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı
-
Hansı hallarda qonşulara vurulan zərəri sığorta şirkəti ödəyir? - ARAŞDIRMA
-
Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO
-
Rusiya Ukraynaya aviazərbələr endirib - Ölən və yaralananlar var
-
“Bu yaxınlarda parlament seçkisi olacaq” - Deputat
-
Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
-
Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO
-
Yaylaqda vəzifəli şəxs çobanın arvadına sataşdı - Qətlin TƏFƏRRÜATI
-
Kosmik silahlara malik ölkələr - Siyahıya ABŞ başçılıq edir
-
Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda - VİDEO
-
Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - İDDİA + VİDEO
-
Qayalar yarılaraq Kəlbəcərə qaz xətti çəkilir - VİDEO
-
Verilən bütün vədlər hər zaman yerinə yetirilir
-
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm“
-
Arda Güler üçün rəsmi təklif gəldi:“Sevilya”nın heyətində oynayacaq?
-
“NATO ölkələri Ukraynanı altı “Patriot” sistemi ilə təmin edə bilər” - Şolts
-
Qobustanın problemlərlə dolu kəndi: “Burada beş-altı adam qalmışıq”
-
Bakıda məmur olmaq istəyən qadına qarşı DƏLƏDUZLUQ
-
“Yaxın Şərqdə genişmiqyaslı münaqişə təhlükəsi mövcuddur” - Quterreş
-
Binə sakini: “Elə bil Somalidə yaşayırıq”
-
Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir - MƏHKƏMƏ
-
Röya Ayxan ailə quracaq - Toya hazırlaşır (VİDEO)
-
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ + VİDEO
-
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək? - FOTO
-
“ABŞ və müttəfiqləri İrana qarşı sanksiyalar tətbiq edir“ - Bayden
-
“Dönər bıçağı ilə atamın ayağını kəsəcəyini dedi” - TƏFƏRRÜAT
-
Uşaqlar neçə yaşdan sonra idmanla məşğul olmalıdırlar? - VİDEO
-
Aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə
-
Azərbaycana minik avtomobilləri hansı ölkələrdən və neçəyə gətirilir? – Siyahı
-
“Rabitəbank” kiçilir: 70 milyon geri çəkilib
-
Vergi ödəyicilərinin nəzərinə - VİDEO
-
Türkiyənin 14 əyalətində FETÖ əməliyyatı - 60 şübhəli şəxs saxlanıldı
-
Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO
-
Respublika Pediatriya Mərkəzi yaradıldı, direktoru təyin edildi - FOTOLAR
-
Üç rayonda ağaclar qanunsuz kəsilib - Təbiətə 13 min manatdan çox ziyan dəyib
-
Əfv olunanlar arasında niyə qadınlar azdır? - Komissiya üzvündən açıqlama
-
Rəqsanə İsmayılovanın əmlaklarına həbs qoyulub? - AÇIQLAMA + VİDEO
-
Qubad İbadoğluya yekun ittiham elan edildi - İstintaq bitir
-
“Azərbaycan satıcısı hələ də əlini lazımi şəkildə yuya bilmir” - Qoşqar Təhməzli
-
“Xalq Bank”ın kapitalı 8%-dən çox azalıb - Kredit və depozit portfeli kiçilib
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Qərb Cənubi Qafqazı hərbiləşdirməyə davam edir“ - Rusiya XİN
-
8 min manatlıq spirtli içki oğurladı, saxlanıldı - VİDEO
-
Avtomobillərin şüşəsini tündləşdirmək neçəyə başa gəlir? - VİDEO
-
Regionların inkişafı dövlətimizin iqtisadi siyasətinin əsasıdır
-
Keçid balları qaldırılır? - VİDEO
-
Baş nazirdən motosikletlərlə bağlı QƏRAR
-
“Azərbaycanlıların Ermənistana qaytarılması üçün böyük həcmdə işlər görülməlidir“ - Zaxarova
-
Polis qanunsuz miqrasiyaya qarşı keçirilən tədbirlərlə 21 əcnəbini saxlayıb - VİDEO
-
Bakının Türkan qəsəbəsindəki məhəllədə 30 ildir qaz yoxdur - VİDEO
-
Şirvan kanalının əhəmiyyəti göz önündə olacaq
-
Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat
-
“Ermənistana yalnız Qərbin əlində alət rolu verilir” - Zaxarova
-
345 məktəbdə yoxlama aparıldı - 55 nəfər işdən çıxarıldı
-
İcra Hakimiyyətindən narazı qalan fermer söyüş söydü - Həbs edildi
-
Türkiyə-Rusiya Monitorinq Mərkəzi də bağlanır - Türkiyə Milli Müdafiə Nazirliyi
-
Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO
-
Bu il I siniflərə qəbulda tətbiq olunacaq YENİLİKLƏR - RƏSMİ
-
Sabah Bakıda 27 dərəcə isti olacaq - PROQNOZ
-
40-a yaxın bağça müdiri işdən çıxarılıb: 200-nə töhmət verilib
-
“Victory Construction Group“ MMC məhkəməyə verildi - Öhdəliyi yerinə yetirmədiyinə görə
-
“Amaras monastırında monitorinqlər aparılıb” - Dövlət Xidməti
-
Bakıda viza fırıldağı - Şirkət rəhbərlərinə cinayət işi açıldı
-
Prezident yeni nazir müavini təyin etdi - Foto + DOSYE
-
Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO
-
Azərbaycanlı aktrisa yeni sevgilisi ilə görüntüləndi - FOTO/VİDEO
-
Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq
-
“Başlıbel sakinləri kütləvi şəkildə qətlə yetirilib, bəziləri diri-diri yandırılıb“ - Ombudsman
TOP 10
ARXİV