Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Separatçılar və standartlar

Tarix 06.10.17, 17:21

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 25-də İraqdakı kürd muxtar bölgəsi müstəqillik referendumu keçirdi. Səsverməyə gələnlərin 92,7 faizi Kürdüstan regionu və ondan kənardakı kürd ərazilərində müstəqil dövlət yaratmağa tərəfdar çıxdı.

Rəsmi Bağdad və beynəlxalq güclər referendumu qanunsuz sayır, nəticələri tanımır.

Oktyabrın 1-də Kataloniya Muxtar Vilayətində İspaniyadan ayrılıb müstəqil dövlət qurmaq niyyəti ilə referendum keçirildi. Referenduma gələnlərin 90 faizindən çoxu Kataloniyanın müstəqil dövlət elan edilməsinə tərəfdar oldu.

Rəsmi Madrid və dünya birliyi referendumun nəticələrini tanımır.

Novator.az xatırladır ki, son illər ərazi bütövlüyü mövzusunda ən kəskin böhran Kosovo problemi ətrafında yaranıb.

Serbiyada muxtar diyar statusunda olmuş Kosovo 2008-ci ilin fevralında müstəqillik elan edib. Dünya birliyinin bu məsələdə fikri haçalanıb. ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Yaponiya, Kanada, Səudiyyə Ərəbistanı, Pakistan kimi aparıcı dövlətlər Kosovonun müstəqilliyini tanıyıb. Hazırda Kosovonu müstəqil dövlət kimi tanıyan ölkələrin sayı 111-ə çatıb.

Əks mövqedə olan dövlətlərin sayı isə 60-dan bir az çoxdur. Aparıcı dövlətlərdən Braziliya, İsrail, Hindistan, İran, Argentina, Meksika bu siyahıdadır.

Avropadan İspaniya, Rumıniya, Yunanıstan, Bosniya və Herseqovina, Slovakiya, Vatikan Kosovonun müstəqilliyini tanımır.

Keçmiş SSRİ məkanından Rusiya, Belarus, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan Kosovonu müstəqil dövlət kimi tanımayanlar siyahısına daxildir.

Kosovo müstəqil elan olunandan bir neçə ay sonra, 2008-ci ilin avqust ayında Rusiya Gürcüstan torpaqları Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb. Abxaziya Gürcüstanın tərkibində muxtar respublika, Cənubi Osetiya muxtar vilayət olub. Hər iki bölgə 1990-cı illərdən separatçı rejimlərin əlindədir.

2014-cü ilin martında isə Rusiya hərbi güclə tutduğu Ukraynanın Krım vilayətini özünə birləşdirib. Ukraynanın Donbas bölgəsində özünü müstəqil elan etmiş iki separatçı rejim də Rusiyanın dəstəyini alır.

Rusiyanın dəstəklədiyi daha bir separatçı rejim Moldova torpaqlarında hökmranlıq edir. Bu ölkənin Dnestryanı bölgəsi 1990-cı illərin əvvəllərində müstəqillik elan edib. Bununla bağlı yaranan silahlı münaqişədə Rusiya qoşunları separatçı rejimin tərəfini tutub. O zamandan işğalçı rejimi Rusiya ordusu qoruyur.

2008-ci ildə Azərbaycan Kosovonun müstəqilliyini tanımaqdan qəti imtina edib və Kosovoda beynəlxalq sülhməramlı qoşunların tərkibində xidmət keçən hərbi qulluqçularını dərhal geri çağırıb.

Gürcüstan, Ukrayna, Moldova torpaqlarına münasibətdə də Azərbaycan eyni mövqe tutur, hər üç ölkənin ərazi bütövlüyünü tanıyır.

İraq və İspaniyanı çalxalayan son separatçı referendumlarda da Bakının mövqeyi eyni olub. Rəsmi Bakı sentyabrın 29-da İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tam şəkildə dəstəklədiyini bəyan edib. Oktyabrın 2-də isə Azərbaycanın Xarici İşlər Nazirliyi İspaniya Krallığının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə və suverenliyinə hörmət etdiyini açıqlayıb.

Oktyabrın 4-də Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyətini qəbul edən prezident İlham Əliyev ölkələrin ərazi bütövlüyü məsələsinə də toxunub: “Biz hər bir dövlətin ərazi bütövlüyünü tanıyırıq və bu mövqe BMT Baş Assambleyasında və Avropa Şurasında keçirilən səsvermələrdə açıq ifadə olunur. İstənilən ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşırıq. Hesab edirik ki, ölkənin rəhbərliyinin və xalqının razılığı olmadan onun sərhədləri dəyişdirilə bilməz. Bu gün biz İspaniyada və İraqda nələrin baş verdiyini görürük və nəhayət ki, beynəlxalq ictimaiyyət separatizmlə bağlı məsələlərə daha çox diqqət ayırmağa başlayır. Çünki separatizm böyük təhlükədir”.

Azərbaycan 30 ildir separatçılıqdan əziyyət çəkir. 1988-ci ildən erməni separatçıları Dağlıq Qarabağ bölgəsini Azərbaycandan qoparmaq üçün təcavüzə başlayıb. 1991-ci ildə separatçılar Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca aparılan işğalçı müharibədə Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon işğal olunub.



Xəbərin oxunma sayı : 172




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap