Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“STRATFOR” Kremlin Suriyadan çıxma planından yazdı:“Rusiyada bu bahalı hərbi kampaniyadan çəkilmək çağırışları güclənir“ – TƏHLİL

Tarix 07.10.17, 21:14

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya hərbi təyyarələri Xmeymim bazasında

Stratfor (ABŞ), 06.10.2017


Rusiya 2015-ci ildə Suriya münaqişəsinə girdiyi andan bəri ölkədə vətəndaş müharibəsinin gedişini dəyişdirib. Rusiya İranla birlikdə döyüşlərin gedişini Suriya hökumət qoşunlarının xeyrinə dəyişməyə nail olub. Və indi bu baş verəndən sonra “döyüş meydanını tərk etməyə” yol axtarır.

Moskva Suriya münaqişəsində batıb qalmaq istəmir, amma ölkədə iştirakını möhkəmləndirərək bölgədə çox mühüm rol oynamağa imkan verən mövqe tutaraq, orada əldə etdiyi uğurlardan da məhrum olmağı arzulamır.

Rusiya bu məqsədlə iranlı və suriyalı müttfəqilərinin “parçala, hökm sür” strategiyasından istifadəni fəal dəstəkləyir. O, döyüş əməliyyatları bölgəsində əsas sahələri dondurmaq üçün əvvəlcə üsyançılara və onları dəstəkləyənlərə təhlükəsizlik zonaları yaratmağı təklif edərək Suriya hökumətinə müqaviməti boğacaq. Təhlükəsizlik zonaları yaradan kimi, yetərincə şəxsi heyət sərbəst qalandan sonra Rusiya ölkədə fəaliyyət göstərən İŞİD kimi barışmaz mübarizəyə köklənmiş ekstremist qruplaşmalara qarşı hücuma gedəcək.

Bu strategiya indiyədək Rusiya qoşunlarına və Dəməşqə loyal, İranın dəstəklədiyi güclərə diqqəti Qərbi Suriyada müxalif güclərlə mübarizədən ölkənin şərq hissəsində İŞİD yaraqlılarının tərk etdiyi daha çox ərazini ələ keçirməyə yönəldəcək. Amma Moskva anlamağa başlayır ki, Suriyada öz məqsədlərinə çatmaq gözlənildiyindən çətin olacaq.

Rusiyanın Suriyada aşkar üstünlüklərinə baxmayaraq, onun “çıxmaq planı”nın qüsurları da bəlirlənməyə başlayır. Qazaxıstanda sülh danışıqlarının ilk raundlarında əldə olunmuş sazişlərə uyğun yaradılmış təhlükəsizlik zonaları öz funksiyasını praktik olaraq dayandırıb – orada atəşkəs rejiminə daha əməl olunmur. Problem qismən budan ibarətdir ki, müstəqil üsyançı qruplar bu rayonda  xarici basqılara tabe olmağa hazırlaşmırlar. Məsələn, hərbiləşdirilmiş “Həyyat Təhrir əş-Şam” təşkilatı atəşkəs haqda danışıqları tanımaqdan imtina edib və qonşu İdlibdəki dayaq məntəqəsindən rejim tərəfdarlarının Həma əyalətindəki  mövqelərinə hücum əməliyyatlarına başlayıb. Bir də Rusiyanın öz müttəfiqləri də onun planının gerçəkləşməsinə mane olurlar. İran və Surya hökumətləri Rusiya strategiyasının məntiqini anlasa da, müxalif güclərin tutduğu ərazilərə iddialarından əl çəkmək istəmir və orada döyüş əməliyyatlarını dayandırmağa çox da tələsmir. Bu müharibə Moskvadan fərqli olaraq, Tehran və Dəməşq üçün ciddi və uzunmüddətlidir və onlar tam qələbəyədək vuruşacaqlar. Buna görə də Dəməşqə loyal Suriya birləşmələri qərbdə üsyançıların mövqelərinə zərbələri davam etdirirlər – xüsusən Cobarda və Qutanın şərq bölgəsində.

Rusiya təhlükəsizlik zonasındakı uğursuzluqdan başqa Əsədə loyal güclər onun dəstəyi ilə şərqə – İraq sərhədinə sarı irəliklədikcə meydana çıxan problemlərlə də üzləşir. Məsələn, Deyr-əz-Zora doğru irəliləyən Dəməşqə loyal birləşmələrin Xabur çayı boyunca sıçrayış edərək Birləşmiş Ştatların dəstəklədiyi Suriya Ərəb Koalisiyasını (SƏK) mühasirəyə ala biləcəyi Moskvanı əsəbiləşdirir.

SƏK dəstələri hələlik uğurla irəliləyir, Dəməşqə loyal birləşmələr İŞİD döyüşçülərinin əks-hücumlarını dəf edir ki, bu da şərqdə hərbi əməliyyatların bütün geniş zonası boyu önəmli itkilərə səbəb olub. Rusiya buna görə baha bədəl ödəyib – terrorçuların zərbəsi nəticəsində Rusiyanın yüksəkçinli zabitləri, o cümlədən bir general-leytenant həlak olub. Bundan başqa, İŞİD oktyabrın 3-də iki rusiyalı əsirin videosunu göstərib – ehtimal ki, özəl hərbi şirkətin müqaviləçilərini. Terrorçuların iddasına əsasən, ruslar bu yaxınlardakı hərbi əməliyyatın gedişində əsir götürülüb.

Durum Rusiya üçün həm də bununla qəlizləşir ki, rusiyalılar içində  “Suriyaya müdaxilə”nin populyarlığı azalır. Sosioloji araşdırmalarla məşğul olan müstəqil təşkilat “Левада-центр”in sentyabrın əvvəlində keçirdiyi sorğunun məlumatlarına əsasən, Rusiyanın Suriya vətəndaş müharibəsində iştirakını rusiyalıların üçdə birindən azı dəstəkləyir, halbuki 2015-ci ildə üçdə ikisi bunu bəyənirdi. Bütün Rusiya üzrə nümayişlərdə plakatlarla etiraz edənlər, hökuməti bu bahalı hərbi kampaniyanı dayandırmağa və vəsaiti öz ölkəsinin xalqını yedizdirmək üçün yönəltməyə çağıranlar meydana çıxır. Rusiya liderləri 2018-ci il seçkiləri öncəsi öz mövqelərini möhkəmləndirməkdən ötrü Suriya missiyasının önəmini vurğulayır, qeyd edirlər ki, FTX bunun sayəsində Rusiyada teraktlar keçirməyi planlaşdıran İŞİD döyüşçülərini üzə çıxarıb həbs edir.

Və hər halda Suriyadan çıxmaq planının gerçəkləşdirilməsinə mane olan – və bundan sonra da mane olacaq – çətinliklərə baxmayaraq, çətin ki, Moskva ən yaxın vaxtlarda bu strategiyadan əl çəkər. Rusiya münaqişəyə təsir etmək üçün üsyançılara hərbi təzyiqlə bu gücləri dəstəkləyənlər, həmçinin müttəfiqləri içində diplomatik işi uyğunlaşdıracaq. Hətta bu qayda ilə də Suriyada savaşı dayandırmaq mümkün olmasa, Moskva, heç olmasa, münaqişəni elə bir həddə çatdırmağa cəhd edər ki, bu qədər irımiqyalı hərbi vəzifələri icra etməli olmasın.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 166




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap