Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Samsunda Arzu İsmayılovanı zorlamaq istədi, sulfat turşusu ilə yandırdı…

Tarix 08.10.17, 22:04

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Samsun vilayətində iki uşaq anası olan azərbaycanlı qadın “borc pul isətmək üçün” evinə getdiyi tanışı tərəfindən cinsi zorakılığa məruz qalıb, üzünə sulfat turşusu atılaraq yandırılıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu dəhşətli hadisə Samsun vilayətinin Çərşənbə İlçəsində meydana gəlib.

Təxminən 4 il əvvəl Azərbaycandan gedib bu qəsəbəyə yerləşən və orada yaşamaqda olan 41 yaşlı Arzu İsmayılova adlı qadın daha əvvəldən tanıdığı R.P. adlı şəxsdən borc pul xahiş edib. Həmin şəxs pul vermək adı altında qadını evinə çağırıb, orada ona hücum edib və zorlamağa çalışıb. Qadın müqavimət göstərəndə həmin şəxs onun üzünə sulfat turşusu ataraq yandırıb.

Sifəti yanan qadın özünü evdən bayıra atıb və qonşulardan yardım istəyib, qonşular  polisə və təcili yardıma məlumat veriblər. Qadın təcili yardım avtomobili ilə Samsun Tədris və Araşdırma Xəstəxanasına aparılıb və oraya yerləşdirilib. Cinayətkar isə polis tərəfindən saxlanılıb, lakin onun ifadəsini alandan sonra sərbəst buraxıblar.

Azərbaycanlı qadın da polisə ifadə verib. “Borc pul almaq üçün evinə getdim. Məni zorlamağa çalışdı, müqavimət göstərməyə çalışdım, üzümə sulfat turşusu tökdü”-o ifadəsində deyib.

Azərbaycanlı qadının ağır xəsarət aldığı, üzünün və qollarının yandığı, ölümdən döndüyü bildirilir. Arzu İsmayılova bildirir ki, cinayətkar onu bu hala salsa da əl çəkmir, azadlıqda dolaşır və təhdid mesajları göndərir. “Səni izləyirəm, öldürəcəyəm” deyə mesajlar atır. “Mən yardım xahiş edirəm və bu şəxsin tutulub cəzalandırılmasını istəyirəm”-o bildirir.

Arzu İsmayılovanın vəkili Samet Çaylan isə deyib ki, onun müdafiə etdiyi şəxs borc pul istəmək üçün təcavüzçünün evinə gedib, orada zorakılığa məruz qalıb. “Təcavüzçü hələ azadlıqda dolaşmaqdadır. Onun barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsadət qaldırmışıq”-vəkil deyib.

Qeyd edək ki, son illərdə qazanc dalınca və fahişəliklə məşğul olmaq üçün minlərlə azərbaycanlı qadının Türkiyəyə getdiyi məlumdur. Onların bir çoxu zorakılığa məruz qaldırılıb, cinayətlərə qurban gedib. Azərbaycan hüquq-mühafizə orqanları müntəzəm olaraq qadınların Türkiyədə seksual istismara məruz qoyulmasını təşkil edən insan alverçilərini yaxalayır. (virtualaz.org)



Xəbərin oxunma sayı : 181




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap