Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda kriminal qruplaşmalar arasındakı hesablaşmada yaralanan şəxs danışdı - məhkəmə işi

Tarix 09.10.17, 20:14

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda kriminal qruplaşmalar arasındakı silahlı atışmadan sonra həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdən sonra həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Təqsirləndirilən şəxslər Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovdur.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında silahlı insident zamanı xəsarət aldığı bildirilən Bəhruz Rəfiyevi tibbi ekspertizadan keçirlməsi ilə bağlı rəy verən ekspert Alim Hüseynov ifadə verib.

B.Rəfiyev heç bir tibbi müayinədən keçirilmədiyini, əlinin yarasını da özü məhəllədə bağladığını deyib. O bildirib ki, nə saxlanılarkən, nə də ondan sonra müayinə olunmayıb: "Mən Kürdəxanıya bu vəziyyətdə getmişəm".

Ekspert bildirib ki, təqsirləndirilən şəxsin Travmatologiya İnstitutunda müayinədən keçirilməsi ilə bağlı arayış olub: "Arayış var idi. Bəhruz Rəfiyevi gördüyümü xatırlamıram. Çünki uzun müddət keçib".

Ekspertə sual verilib ki, səhhəti ilə bağlı rəy verdiyi şəxsi müayinədən keçirmədiyi, əlindəki sarğıya baxmadığı halda necə rəy verib.

Suala ekspert belə cavab verib: "İnstitutdan arayış olduğu üçün biz onu yenidən müayinə etmədik. Əli sarğılı idi. Qanaxma ehtimalı olduğu üçün əlini açıb baxmadıq".

Daha sonra məhkəmədə sənədlərin tədqiqi mərhələsi davam edib. Məhkəmədə elan edilib ki, təqsirləndirilən şəxslər daha əvvəl də müxtəlif cinayət əməllərinə görə məhkumluq həyatı yaşayıblar.

Murtuza Tağıyevin vəkili müdafiə etdiyi şəxslə bağlı məhkəməyə sənədlər təqdim edib. Həmin sənədlərdə M.Tağıyevin güləş idman növü üzrə Azərbaycanda və beynəlxalq yarışlarda göstərdiyi nailiyyətlərlə bağlı məlumatlar yer alıb.

Hakim məhkəmə istintaqının yekunlaşması ilə bağlı tərəflərin fikrini öyrənib. Dövlət ittihamçısı məhkəmə istintaqının yekunlaşmasını istəyib. Vəkillər isə vaxt istəyib. Növbəti məhkəmə prosesi oktyabrın 16-na rəyin edilib.

Xatırladaq ki, silahlı insident aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182 (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.

Bildirək ki, restorandakı silahlı insidentin Rövşən Lənkəranski və "Lotu Qulu"nun adamları arasında baş verməsi haqda mətbuatda məlumatlar yer almışdı. Ancaq "Lotu Qulu"nun yaxın ətrafı bu məlumatı təkzib ediblər. Bununla belə, silahlı insidentin kriminal qruplaşmalar arasında hesablaşma olması istisna edilmir.

Qeyd edək ki, bu atışmadan sonra Bakının müxtəlif rayonlarında kriminal aləmlə əlaqələrdə şübhəli bilinən onlarla şəxs saxlanılmışdı.



Xəbərin oxunma sayı : 196




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap