Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur “Maşın” şoudan MTRŞ-yə cavab
Axtar
 
  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

  • / Maqazin / — 14 Oktyabr 2017

    Maral Tahirqızı həbsdən azad olundu

Kim ailəsinin növbəti varisi? – Şimali Koreya lideri ən inanılmış adamı kimi, bacısını irəli çəkir - TƏHLİL

Tarix 10.10.17, 14:15

Font ölçüsü : - / +
bitmap-img6


Rassel Qoldman

“New York Times” (ABŞ)


Kim Çen In kiçik bacısını Şimali Koreyanın ən əhəmiyyətli siyasi orqanına irəli çəkib. Bu, ailə üzvləri ilə münasibətləri tez-tez qeyri-şəffaf və bəzən ölümcül olan Şimali Koreya lideri tərəfindən atılan nadir addımdır.

Koreyanın hakim İşçi Partiyası təbliğat şöbəsinin rəhbəri və Kimin hökumətində təmsil olunan yeganə yaxını – bacısı Kim Yo-Çonq Siyasi Büroya üzv seçilib. Onun vəzifə irəliləyişi dövlət tərəfindən idarə olunan Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən oktyabrın 8-də elan edilib.

Xanım Kim, güman ki, 28-30 yaşındadır, bu, onu güclü, lakin gizli qərarvermə orqanının ən gənc üzvü edir. Onun təşviqi lap əvvəldə ata – Kim İr Çenin İşçi Partiyasının baş katibi seçildiyi günün 20-ci ildönümündən bir gün əvvəl baş verib.

Kim Yo-Çonq tez-tez dövlət idarələri, hərbi birliklər və müəssislərə səfərlər zamanı qardaşını müşayiət edərkən gözə dəyir. Kimin ətrafında çoxluq təşkil edən yüksək səviyyəli generallar və partiya katiblərindən fərqli olaraq, xanım Kim tez-tez sərbəst hərəkət edən funksioner kimi rəsmi xəbərlərin şəkillərində görünür.

Bacı-qardaşın anası Ko Yonq-hui, Kim Çen İrin üçüncü arvadı idi. Xanım Kimin liderlə qan qohumluğu partiyanın elitası arasında ona yüksək status verir. Rəsmi xəbər agentlikləri tez-tez bu xanım danışarkən üst səviyyəli səlahiyyətlilərin ona cani-dildən qulaq asdığını göstərir.

Onun vəzifə irəliləyişi Şimali Koreya ilə Birləşmiş Ştatlar arasında artan gərginlik dövründə baş verir, çünki Kim Çen In nüvə silahı və beynəlxalq normalara zidd olan ballistik raketləri sınaqdan keçirir.

Qardaşına inamı xanım Kimi ailənin digər üzvlərindən fərqləndirir, buna görə də, onlardan bəzilərinin öldürüldüyü güman olunur.

Kim Çen İrin ilk oğlu – Kimin qardaşı Kim Yonq-nam fevral ayında Kuala-Lumpur hava limanında beynəlxalq müqavilə ilə qadağan edilmiş nadir kimyəvi zəhərlə öldürülüb.

İkinci oğul olan Kim Çen Çol sonuncu dəfə 2015-ci ildə Londonda, Erik Kləptonun konsertində görünüb, ancaq haqqında başqa heç nə bilinmir. Onun nə üçün hakimiyyətə gətirilmədiyi qeyri-müəyyəndir.

Kim ailəsinə pərəstişə baxmayaraq, onun üzvləri haqqında çox az məlumatlar var. Dövlət mediası bəzən Kim Çen Inın arvadı Ri Sol-Yunu göstərir. Ən böyüyünün 6 yaşı olduğuna inanılan üç uşağı haqqında, faktiki, heç nə bilinmir.

Ola bilsin ki, Kim gözlənilmədən ölkəni idarə edə bilməməsini nəzərə alıb, sülalə ardıcıllığını təmin etməyi düşünür. Bəlkə də xanım Kimin yüksəlişi qardaşının pərişanlıqdan qorunma zəmanətidir.

Kimin bibisi Kim Kyon-hui – yüksək səviyyəli partiya səlahiyyətlisi və Kim Çen İrin tərəfdaşı bir neçə ildir gözə dəymir, xəstəliyinə və ya ev həbsinə məruz qaldığına dair ziddiyyətli məlumat var. Onun əri, dördulduzlu general Çan Sonq-taek əks-inqilabi fəaliyyət ittihamı ilə 2013-cü ildə edam olunub.

 Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 229

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda