Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Robert Prosineçki Azərbaycan millisi ilə bağlı qərarını açıqlayıb

Tarix 11.10.17, 16:30

Font ölçüsü : - / +
bitmap-img6


Robert Prosineçki futbol üzrə Azərbaycan milli komandasının sükanı arxasında qalmamağa qərar verib.

“Report” xəbər verir ki, bu barədə 48 yaşlı mütəxəssisin özü index.hr saytına müsahibəsində bildirib.

R.Prosineçki yaxın günlərdə danışıq aparmaq üçün Azərbaycana səfər edəcəyini söyləyib. Xorvatiyalı baş məşqçi hazırkı işini davam etdirəcəyi fikrində olmadığını vurğulayıb: “AFFA ilə vəziyyətə aydınlıq gətirmək üçün bir neçə gündən sonra Azərbaycanda olacağam. Yeni təkliflər üzərində çalışacağam. Çox güman ki, Azərbaycanda qalmayacağam”.
Xorvatiyalı mütəxəssis Sloveniya yığmasının baş məşqşçisi postuna dəvət almasına da münasibət bildirib. O, yayılan xəbərləri təkzib edib: “Almaniyadan dünən gecə qayıtmışam. Zaqrebə gəlməyim 12 saatımı aldı. Xəbərləri qəzetdən oxudum. Ola bilər ki, məni Sloveniya millisində görmək istəyirlər. Amma hazırkı anadək heç kim mənimlə əlaqə saxlamayıb. Bu, sabah da baş verə bilər. Ona görə də heç nə deyə bilmərəm”.
R.Prosineçki dünya çempionatının “pley-off” mərhələsinə yüksələn Xorvatiya millisində baş məşqçi dəyişikliyinin əleyhinə olduğunu söyləyib. Onun sözlərinə görə, Zlatko Daliç komandaya Ukrayna üzərində qələbə qazandıra bilibsə, yenə şans qazanmalıdır. Təcrübəli mütəxəssis həmvətənlərinin “pley-off”da Şimali İrlandiya ilə üz-üzə gəlmə ehtimalına da münasibət bildirib. O, seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda yer almış britaniyalıların Xorvatiya ilə qarşılaşmada heç bir şansa malik olmadığını söyləyib: “Düzdür, Şimali İrlandiya yaxşı komandadır, güclüdür, yüksək keyfiyyətli və mütəşəkkil komandadır, onlara qarşı oynamaq çətindir. Amma Xorvatiya yoldaşlıq görüşündə bu kollektivi yenmişdi. Fikrimcə, biz güclüyük və “pley-off”da rəqib Şimali İrlandiyaya olsa, Rusiyanı görəcəyik”.
Qeyd edək ki, 2014-cü ildən Azərbaycan millisinə rəhbərlik edən R.Prosineçkini müqaviləsinin müddəti dekabrda başa çatır.



Xəbərin oxunma sayı : 157




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap