Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Dünyanın ən böyük elektron ticarət şirkəti hansıdır?- “Amazon”u geridə qoydu

Tarix 11.10.17, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


Çinin elektron ticarət nəhəngi “Alibaba” rəqibi “Amazon”u (ABŞ) üstələyərək dünyanın ən böyük elektron ticarət şirkəti ünvanına sahib olub.

Azərtac Çin KİV-lərinə istinadla xəbər verir ki, ötən gün birjada aksiyalarının qiyməti 1,2 faiz qalxan “Alibaba”nın bazar dəyəri 472,1 milyard ABŞ dollarını ötüb. Paralel olaraq “Amazon”un aksiyalarının qiyməti 0,87 faiz ucuzlaşaraq ümumi bazar dəyəri 471,9 milyard dollara düşüb.

Mütəxəssislər bu uğuru “Alibaba”nın elektron ticarət bazarında son iki ildə sürətlə irəliləməsinin məntiqi nəticəsi kimi dəyərləndirirlər. Cari ilin yanvarından bəri Nyu-York Fond Birjasında “Alibaba” 100 faiz dəyər qazandığı halda, “Amazon”da bu göstərici cəmi 30 faiz olub. Çin şirkətinin xalis gəliri iyun ayında ötən ilin eyni dövrü ilə müqayisədə 96 faiz artaraq 2,1 milyard dollara çatıb. “Alibaba”nın elektron xidmətlərindən yararlananların sayı 466 milyon nəfərə çatıb ki, bu da Çin əhalisinin təxminən üçdə birini təşkil edir.



Xəbərin oxunma sayı : 172




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap