Xalq artisti əməliyyat olundu Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb “Evli adamdır, boşatdıracaqsan” - Zaur “Maşın” şoudan MTRŞ-yə cavab
Axtar
 
  • / Maqazin / — 20 Oktyabr 2017

    Xalq artisti əməliyyat olundu

  • / Maqazin / — 18 Oktyabr 2017

    Könül Kərimova Dövlət Komitəsini məhkəməyə verib - Səbəb

  • / Maqazin / — 18 Oktyabr 2017

    “Evli adamdır, boşatdıracaqsan” - Zaur

  • / Maqazin / — 16 Oktyabr 2017

    “Maşın” şoudan MTRŞ-yə cavab

  • / Maqazin / — 14 Oktyabr 2017

    Toy vaxtını açıqladılar

  • / Maqazin / — 14 Oktyabr 2017

    Maral Tahirqızı həbsdən azad olundu

Bakıda icra başçısı müavininin oğlu yol qəzasında öldü (VİDEO)

Tarix 12.10.17, 18:26

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün Bakının Yasamal rayonunda, Tbilisi prospektində baş vermiş ağır yol-nəqliyyat hadisəsi ilə bağlı təfərrüatlar üzə çıxıb.

AzFakt.com ölkə.az-a istinadən xəbər verir ki, qəza nəticəsində faciəvi şəkildə həlak olan sürücü, 1982-ci il təvəllüdlü, İmişli rayon sakini Haqverdiyev Xalid Əlirza oğlu uzun illərdən bəri narkotik vasitələrin alüdəçisi olub.

Hətta o, idarə etdiyi avtomobildə külli miqdarda narkotik vasitə aşkarlanması səbəbindən bir neçə dəfə həbs edilib. 

FHN-nin sabiq əməkdaşı olan Xalid Haqverdiyev hadisədən əvvəl də kefli olub. Hadisədən bir neçə saat əvvəl mərhumun atası, iş adamı Əlirza Haqverdiyev oğluna zəng edərək, onlara məxsus olan “Howo” markalı yük avtomobilinin Bakıda qaldığını və onu təcili rayona gətirmək lazım olduğunu söyləyib. Xalid Haqverdiyev isə kefli halda yük maşınının sükanı arxasına keçərək, onu idarə edib. O, yük avtomobilini sürətlə idarə etdiyi üçün idarəetməni itirib. Bu zaman Xalid Haqverdiyev özünü avtomaşından aşağı atıb, xilas olmaq istəyərkən, “Howo” avtomobilinin təkərləri altına düşüb. 

Qeyd edək ki, mərhumun atası Əlirza Haqverdiyev hazırda İmişli rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqaladə Hallar Komissiyasının sədr müavinidir. Eyni zamanda, Əlirza Haqverdiyev biznes fəaliyyəti ilə də məşğul olur. 








Xəbərin oxunma sayı : 292

loading...

Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqıımızda