Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Kərkük məğlubiyyətinin altqatı:məqsəd muxtariyyət başçısı Məsud Bərzanini devirməkdir – Təhlil

Tarix 20.10.17, 0:49

Font ölçüsü : - / +
bitmap-img6


Şiə silahlı birləşmələri ilə birgə hərəkət edən İraq ordusu stratejicə önəmli, İraq Kürdüstanı hökumətinin nəzarətindəki Kərkük əyalətinin qaytarılması üzrə əməliyyatın başa çatdığını elan edib.

Müstəqil kürd dövləti tərəfdarlarının və xüsusən də İraq kürdlərinin lideri, ABŞ-ın müttəfiqi Məsud Bərzaninin mövqeyini sarsıdan Kərkükün itirilməsi İranın gizli iştirakıyla baş verib. Kürdlərin Kərkükdən sıxşdırılıb çıxarılmasında əsas rolu əməliyyata İslam İnqilabı Keşikçiləri Korpusunun rəhbərlərindən biri Qasım Süleymaninin əməliyyata komandirlik etməsi oynayıb. İraqda ABŞ-ın bölgədəki mövqeyinə kəskin zərbə vuran blitskriq Tehranın Amerikanın güclənən basqısı və 2015-ci il nüvə sazişini yenidən nəzərdən keçirmək cəhdlərinə cavabıdır.

İraq komandanlığı dünən son illər ərzində kürdlərin əlində olan mübahisəli rayonlara nəzarətin bərpası üzrə bazar ertəsi başlanmış əməliyyatın bitdiyi haqda rəsmən məlumat verib. Blitskriq nəticəsində İraq Kürdüstanı ilə həmsərhəd iki şimal əyalətində – Kərkük və Naynəvada yerləşən ərazilər Bağdadın idarəçiliyinə keçib. Kürd muxtariyyətinin başçısı Məsud Bərzanini pis durumda qoyan əməliyyat, demək olar, qansız keçib: qarşıdurmanın yalnız birinci günündə müqaqvimət göstərən peşmərgə kürd dəstələri sonra mövqelərini döyüşsüz təhvil verərək tərk edib. Beləliklə İraq baş naziri Heydər əl-Abadinin hərəkətlərinin sürəkli qarşudurmaya və ölkənin parçalanmasına səbəb olacağı haqda əndişələr hələlik doğrulmur.

İraq kürdlərinin lideri Məsud Bərzani NRT telekanalına müsahibədə karbohidrogenlərlə zəngin Kərkük əyalətinin itirildiyini şərh edərək baş verənləri “Kürdüstandakı məlum siyasi qüvvəyə mənsub bəzi rəhbərlərin qəbul etdiyi birtərəfli qərarın nəticəsi” adlandırıb.

O, söhbətin hansı qüvvədən getdiyini dəqiqləşdirməyərək yalnız etiraf edib ki, kürd dəstələrinin geri çəkilməsi zəiflik və ya ağciyərliyin təzahürü deyil, məcburi addım olub.

İraq Kürdüstanı parlamentini təmsil edən Vaqdi Süleyman fikrini xeyli açıq şəkildə ifadə edib. O, RİA Novosti-yə bildirib ki, Kərkükün itirilməsi kürd muxtariyyətinin iki əsas hərbi-siyasi qüvvəsindən biri – Kürdüstan Vətənsevərlər Birliyi tərəfindən “bütün kürd xalqına xəyanət nəticəsində” baş verib.

Xatırladaq ki, ikinci qüvvə muxtariyyətdə Məsud Bərzaninin başçılıq etdiyi hakim Kürdüstan Demokratik Partiyasıdır.

Vaqdi Süleymanın sözlərinə görə, İraq hökuməti təmsilçiləri, Kürdüstanm Vərənsevərlər Birliyi rəhbərliyi və keçən həftənin axırında İraqa gəlmiş İran İslam İnqilabı Keşikçilərinm Korpusunun (İİKK) tərkibindəki “Əl-Qüds” xüsusi bölməsinə komandirlik edən general Qasım Süleymaninin qatıldığı “bölgə dövlətlərinin iştirakı ilə böyük sui-qəsd baş verib”.

Cənab Süneymanın məlumatına əsasən, bazar ertəsi başlanmış hərbi əməliyyatdan əvvəlki pərdəarxası danışıqların mövzusu “Kərkük əyalətinin döyüşsüz təhvil verilməsi” olub. Nəticədə Vətənsevərlər Birliyindən ibarət peşmərgə dəstələri partiya rəhbərliyinin əmrinə tabe olub və mövqelərini İraq güclərinə verərək onu tərk ediblər.

Tehranda İran izi haqda versiyanı təkzib etməyə tələsiblər. İranın ruhani rəhbərinin müşaviri Əliəkbər Vilayəti dünən bəyan edib: “İran Kərkükdəki əməliyyatda iştirak etmir”.

Lakin Kərkükdəki əməliyyatın İraq Kürdüstanı lideri Məsud Bərzanini vəzifədən kənarlaşdırmaq qəsdilə çoxgedişli kombinasiyanın tərkib hissəsi olduğu haqda versiya dünən yeni təsdiqini tapıb. İraq Kürdüstanı parlamentinin spikeri Yusif Muhəmməd Kərkük itirildikdən sonra cənab Bərzanini muxtariyyəti yönəltmək iqtidarsızlığında ittiham edərək postundan getməyə çağırıb. Parlamentin spikeri muxtariyyət liderinə üz tutub: “Siz məğlubiyyəti etiraf etməli və xalqımızdan əl çəkərək ona öz taleyini həll etmək imkanı verməlisiniz”.

Rusiya Dövlət Humanitar Universitetinin tarix, politologiya və hüquq fakültəsinin professoru Qriqori Kosaç “Kommersant”-a izah edib: “İraq hökumətinin Kərkük üzərində nəzarəti bu qədər sürətlə bərpası İranın fəal rolu olmadan mümkün deyildi. Tehran qonşu dövlətin şimalında keçirilən əməliyyatda birbaşa iştirakı ilə dərhal bir neçə dovşanı öldürür. Birincisi, İraq kürdləri arasındakı ziddiyyətlərlə oynayaraq onların ABŞ başda olmaqla beynəlxalq koalisiyanın dsətəklədiyi rəhbərliyinin mövqeyini zəiflədir. İkincisi, həm də Vaşinqtonun müttəfiqi sayılan Bağdadı özünə daha yaxına çəkir. Üçüncüsü, İraqda strateji əməliyyat meydanı yaradaraq, İrana basqını gücləndirən və 2015-ci il nüvə sazişini yenidən nəzərdən keçirməyə cəhd göstərən Vaşinqtonla yeni qarşıdurmaya hazırlaşır”.

Sergey Strokan

kommersant.ru, 19.10.2017

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 421




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap