Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Jirinovski: “Azərbaycan Rusiyanın tərkibinə daxil edilməlidir”

Tarix 21.10.17, 0:11

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanlılar və ermənilər arasında yaşanan Dağlıq Qarabağ münaqişəsi ərəblərlə yəhudilərin Qüds uğrunda mübahisəsini xatırladır

Onlar özləri bu münaqişəni heç vaxt həll edə bilməyəcəklər. Yalnız üçüncü tərəfin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması mümkündür.

Oxu.Az-ın xəbərinə görə, bu barədə Moskva-Bakı nəşrinə müsahibəsində Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.

Deputat qeyd edib ki, Rusiya İmperiyası və SSRİ-nin tərkibində sərhədlər tam aydın deyildi və inzibati bölgünün elə bir əhəmiyyəti yox idi:

“Ermənilər Bakıda, azərbaycanlılar isə Ermənistanın müxtəlif rayonlarında yaşayırdılar. Lakin sonradan sərhədlər müəyyənləşdi və hər iki ölkə Dağlıq Qarabağı öz ərazisi kimi təqdim etdi. Onlar heç vaxt razılığa gələ bilməyəcəklər. Qarabağ dağlıq ərazidir və çox balacadır. Qüds kimi - orada ərəblər və yəhudilər arasında həmişə münaqişə olacaq. Bu səbəbdən Qarabağda xarici hakim lazımdır -  bu yalnız Moskva ola bilər, çünki onların hər ikisi rus dilində danışırlar. Analoji münaqişələr Dnestryanı, Abxaziya və Cənubi Osetiyada da var. Bu dörd yerdə SSRİ-nin tərkibində problem yox idi, onlar İttifaqdan ayrılan kimi ara qarışdı. Biz əmin ki, SSRİ-nin sərhədləri könüllü və ya referendum vasitəsi ilə bərpa edilməlidir. Keçmiş dövlətlərin hamısı Rusiyanın tərkibinə daxil olunmalıdır. Yalnız bundan sonra sülh olacaq, bütün münaqişələr öz həllini tapacaq və böyük ölkənin bütün xalqları sabahdan qorxmayaraq rahat yaşayacaqlar”. 



Xəbərin oxunma sayı : 196




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap