Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Gömrük rüsumları bazarı çökdürür – Tikinti materialları fantastik bahalaşdı

Tarix 22.10.17, 23:15

Font ölçüsü : - / +
bitmap-img6


Son iki ildə manatın devalvasiyası ilə parael olaraq qiymətlər qalxanda, əhali düşünürdü ki, milli valyutamızın məzənnəsi sabitləşsə qiymətlər də stabilləşər.

Lakin son 9 ayın təcrübəsi göstərdi ki, vəziyyət heç də düşünüldüyü kimi deyil. Bu ilin fevral ayından etibarən manatın məzənnəsi dollar qarşısında 1.70 ətrafında sabitləşsə də, qiymətlər durmadan artmaqda davam etdi. Xüsusən də gündəlik tələbat məhsullarının , dərmanların, xaricdən idxal olunan məişət əşyalarının, avtomobillərin və onların ehtiyat hissələrinin qiymətində , o cümlədən xidmət sektorunda artım özünü göstərdi.

Həmçinin tikinti sektoru da bu prosesdən kənarda qalmadı. Doğrudur, ölkədə gedən tikinti prosesinin zəifləməsi, tələbatın azalması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi bu malların qiymətinin çox da bahalaşmasına imkan vermədi. Lakin artıq paytaxt Bakıda yeni tikinti bumu gözlənilir. İstismar müddəti bitmiş köhnə binaların sökülüb yerində hündürmərtəbəli binaların tikilməsi prosesinə start verilib. Bu amil də tikinti materiallarına tələbi artırıb.

Bəs görəsən, hazırda qiymətlərlə bağlı vəziyyət necədir? Tikinti materiallarının qiymətində ucuzlaşma, yoxsa bahalaşma müşahidə olunur?

Musavat.com-un müxbiri bu suallarla paytaxtın tikinti materialları satışını həyata keçirən ən böyük bazarı – “Dərnəgül bazarı”na baş çəkib.

Bildiyiniz kimi, Dərnəgül bazarı paytaxtdakı tikinti materiallarının qiymətini müəyyən edən topdansatış mərkəzidir. İstər sadə insanlar, istərsə də şirkətlər ən ucuz və keyfiyyətli material üçün buraya üz tuturlar. Bazarda divar boyasından mismara kimi hər cür tikinti materialının yerli və xarici növlərinə rast gəlmək mümkündür.

Müşahidələrimiz zamanı gördük ki, Dərnəgül bazarında alıcılıq ötən aylarla müqayisədə zəifləyib. Günorta saatları olmasına baxmayaraq, müştəri qıtlığı müşahidə olunur.

Bazardakı satıcılarla həmsöhbət olduq. Onların sözlərinə görə, son iki ayda qiymətlər qalxdığından əhalinin acılıq qabiliyyəti azalıb: “2 aya yaxındır ki, bazarda qiymətlər artmağa başlayıb. Artım daha çox yağların bahalaşması ərəfəsinə təsadüf etdi. Məlumdur ki, bir sahədəki bahalaşma digər sahələrə də yansıyır. Demək olar ki, əksər tikinti materiallarının qiymətində artım var. Bu isə müştərilərin qıtlığına səbəb olur. Mağazanı səhər saat 8-dən açmışıq, cəmi 3 müştərimiz olub. Bazara gələnlər ancaq qiymətlərdən xəbər tutub, gedirlər.”.

Satıcılar bahalaşmanın səbəbini gömrük rüsumları ilə əlaqələndirdilər: “ Xaricdən gələn malların bahalaşması gömrük rüsumu ilə əlaqəlidir. Ən xırda detalın belə üzərinə elə rüsum qoyurlar ki, bazarda üstünə əlavə qiymət qoya bilmirik. Müştəri qaçmasın deyə qazanc üçün qəpik-quruş artırırıq. Misal üçün kiloqramı 1 manat 35 qəpiyə olan mismarın üzərinı 10-15 qəpik qoyuruq. Yerpulunu, gündəlik xərcləri hesablayanda çox az məbləğdə qazancımız olur”.

Dərnəgül bazarında daha çox taxtanın, armaturun, kirəmitin qiymətində kəskin bahalaşma var.

Taxta satışı ilə məşğul olan sahibkarlar yay aylarından bəri 50 manata yaxın qiymət artımı olduğunu bildirdilər: “Kubmetri 260-270 manata təklif edilən taxta, indi 315-320 manata təklif edilir. Yay aylarında taxtanın kubmetri 250-260 manata satırdıq. Yaydan bəri 2-3 dəfə bahalaşma oldu. Bu bahalaşmanın da əsas səbəbi ölkə ərazisinə gətirilən mallara qoyulan rüsumlardır. Bazarın durğunlaşmasının əsas səbəbi də bununla bağlıdır. Tikinti aparmaq istəyənlər qiymətlərin ucuzlaşmasına ümid edirlər. Zarafat deyil, taxtanın 1 “kub”unda 50 manat ciddi fərqdir. Ölkədə istehsal olunan 12-lik armaturun qiyməti 63 qəpik, Rusiyadan gələn 14-lük armaturun qiyməti isə 80 qəpiyə təklif olunur.

Satıcılarla söhbət zamanı yerli istehsal olan armaturların qiymətində cüzi bahalaşma olduğunu öyrəndik. Rusiyadan gələn malların qiymətində isə 10-12 qəpik artım var.

Kirəmitlərin qiymətində də kəskin bahalaşma müşahidə olunur. Çin istehsalı olan və kvadratmetri əvvəllər 4 manata təklif olunan kirəmit, 6 manata – 6 manat 50 qəpiyə təklif olunur. Əvvəllər 7 manata təklif olunan Rusiya istehsalı kirəmitlərin qiyməti isə indi 9 manat 80 qəpikdir.

Ölkədə istehsal olunan tikinti materiallarının qiymətində də bahalaşma var. Plastik borular və kafelin qiymətində 50 qəpik artım müşahidə olunur. “Gilan” istehsalı olan və 1 kvadratmetri 9 manat 50 qəpiyə təklif olunan kafel indi 10 manata təklif olunur.

Rusiyadan idxal olunan mallar 1 manat civarında bahalaşıb. Aqlay və mərmərin qiymətində elə də artım müşahidə olunmur.

Qiymətlər 45 manatdan 200 manatadək dəyişir. Satıcılar gömrük xərclərinin artdığını vurğulayaraq, müştəriləri itirməmək üçün malların üzərinə cüzi miqdarda qiymət qoyduqlarını bildirdilər: “Gömrük rüsumları artan zaman bizim büdcəmizə ciddi zərər vurur. Tutaq ki, kvadratmetri 40 manata aldığımız mərmərin üzərinə bu dəfə 10 manat qoymuruq, müştəri itirməyək deyə 5 manat əlavə edirik. Bu cür vəziyyətdən çıxmağa çalışırıq”.

Qeyd edək ki, artımın əsas səbəbi gömrük sisteminin şəffaflaşmasıdır. Əgər əvvəllər ölkəyə idxal olunan malların bir qismi qeydiyyata alınır, digəri hissəsi isə qeyri-rəsmi şəkildə ölkəyə buraxılırdısa, artıq bütün məhsullar rəsmi qeydiyyatdan keçir.

Nəticədə idxalçı şirkətin gömrük xərcləri artır. Bundan əlavə, gömrük rüsumlarının da yüksək olduğu məlumdur. Xüsusən yerli istehsalı olmayan məhsullar üzrə Azərbaycan xarici bazarlardan asılıdır. Bu halda yüksək rüsumların tətbiqi həmin malların yerli bazarda baha satılmasına gətirib çıxarır.

fecb6e7f3438
cafcfbb6edc1
a6075a6acf61




Xəbərin oxunma sayı : 289




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap