Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Türkiyə tribunalarında “Qarabağ” plakatı

Tarix 23.10.17, 5:34

Font ölçüsü : - / +
bitmap-img6


“Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında yazdığı təhqiredici yazıya Türkiyə klublarının azarkeşlərindən reaksiya gəlib.

“Qafqazinfo”nun məlumatına görə, “Trabzonspor” və “Bursaspor” klublarının azarkeşləri tribunada A4 vərəqlərinə yazılmış “Qarabağ” plakatını nümayiş etdiriblər.

Klubların azarkeş qrupları tərəfindən verilən açıqlamada Mövlud Tezeli qınadıqlarını və “Qarabağ”ın yanında olduqlarını bildiriblər.

Bundan başqa, Türkiyənin 3-cü liqasının 2-ci qrupunda baş tutan “Turqutluspor” – “Kayseri Ərciyəsspor” matçında azarkeşlər Azərbaycan və Türkiyə bayraqları qaldırıblar. Həmçinin, “Ən kasıb, ən gülməli, ən əzik inad “Qarabağ” qürurumuzdur” şüarı yazılmış plakat açıblar. Lakin polisin müdaxiləsindən sonra plakat tribunadan götürülüb. Buna görə polis və azarkeşlər arasında qısa mübahisə yaşanıb.

Nəhayət, “Qarabağ”a dəstək heç-heçə başa çatan "Qalatasaray"-“Fənərbağça" derbisində də nümayiş etdirilib. Bu dəfə dəstək "Qalatasaray" fanatlarından gəlib.

Qeyd edək ki, M.Tezelin yazısı saytdan çıxarılıb və o, Azərbaycan xalqından və “Qarabağ” azarkeşlərindən üzr istəyib.

bitmap-img6






Xəbərin oxunma sayı : 562




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap