Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Bakıda iki şirkət arasında məhkəmə çəkişməsi - Kim haqlıdır?

Tarix 23.10.17, 21:46

Font ölçüsü : - / +
bitmap-img6


"The Baku Group Ltd" MMC "İdeal-İ İnşaat" MMC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "The Baku Group Ltd" MMC podrat müqaviləsinin ləğv edilməsi, sənədlərin əslinin və binaların idarəçiliyinin təhvil verilməsi barədə tələb irəli sürüb.

Şirkət iddiasında məhkəmədən, həmçinin ümumi tikilən və satışa yararlı olan sahənin "The Baku Group Ltd" MMC-nin payına düşən 25% hissəsinin proporsional qaydada verilməsini, əgər həmin sahələr satılmışdırsa satışdan əldə olunan pul məbləğinin və 5 milyon manat pul vəsaitinin, 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasını istəyib.

"İdeal-İ İnşaat" MMC isə qarşılıqlı iddia irəli sürüb. Belə ki, şirkət inşa edilmiş çoxmərtəbəli yaşayış binaları üzərində "The Baku Group Ltd" MMC-nin sahiblik, istifadə hüquqlarının olmaması, ərazidə tikinti işlərinin aparılmasına müdaxilə etmələrinin qadağan olunmasını tələb edib.

Məhkəmənin çıxardığı qətnaməyə əsasən, ilkin iddia qismən təmin edilib, "İdeal-İ İnşaat" MMC-nin qarşılıqlı iddiası isə təmin edilməyib.

Məhkəmə qərarından narazı qalan "İdeal-İ İnşaat" MMC apellyasiya şikayəti verib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.



Xəbərin oxunma sayı : 142




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap