Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ölkə iqsadiyyatı böhrandan çıxa bilmir – Neftdən asılılıq, fəlakətli monopoliya, yüksələn inflyasiya... – TƏHLİL

Tarix 28.10.17, 4:25

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan iqtisadiyyatında tənəzzül davam edir və əsasən ona görə ki, hökumət vəziyyəti yarımtədbirlər vasitəsi ilə sabitləşdirməyə çalışır. 

İlin son üç rübü göstərdi ki, Azərbaycan iqtisadiyyatı hələ də tənəzzüldən çıxmayıb. Yəqin ki, bu il, beynəlxalq maliyyə təşkilatlarının proqnozlaşdırdığı kimi, 1-1.1% artımla başa çatacaq.

Buna baxmayaraq, üç rübün iqtisadi göstəriciləri bütövlükdə makroiqtisadi göstəricilərın əksəriyyəti üzrə tənəzzülün dayanmağa başladığını nümayiş etdirir. Hətta son iki ildə fəlakətli surətdə azalan investisiyalarda, nəhayət, aşağı sürüşmə dayanıb (artım tempi 100,1%).

İlin əvvəlindən xarici ticarət balansında müsbət saldo saxlanılır və burada profisit (mədaxilin məxaricdən çox olması, qalıq) səkkiz ay ərzində $1 mlrd. 992 mln. təşkil edib.

İlin dörddə üçü ərzində strateji valyuta ehtiyatları, $42 mlrd.-a çatıb, hərçənd aydındır ki, bu vəsaitin bir hissəsi büdcə və iri dövlət əhəmiyyətli layihələrə yönəldiləcək. Bu barədə prezidentin yaxın vaxtlarda ARDNF-nin büdcəsinə etdiyi dəyişikliklər xəbər verir.

Qeyri-neft sektorunun 2,6% artımı, əlbəttə, yaxşı göstəricidir, lakin qeyd edək ki, bu artımın 9-10% təşkil etdiyi illər də olub. Fəqət bu, ölkənin neftdən asılılığını azaltmayıb, çünki o artım, əsasən, artan neft gəlirləri fonunda dövlətin infrastruktura yönəltdiyi investisiya və əhalinin yüksələn gəlirləri ilə bağlı idi. Hətta statistika manipulyasiyalarının mümkünlüyünü istisna edərək, vurğulayaq ki, neft sektorunun ÜDM-in formalaşmasında payı artaraq, ilin əvvəlindəki 34,3%-dən onun ilk üç rübündə 37,2%-ə çatıb. Neftdən qurtulmaq hələlik mümkün olmur, biz hələ neft-qaz sektorunun ixracdakı 87% payı və ya onun ölkənin büdcəsindəki payından danışmırıq.

 

Kiçik sahibkarlıq kənarda qalıb

 

Bu il iqtisadiyyatda hökumətin ona əsaslanaraq fəaliyyətini qurduğu bir oriyentiri var idi – Azərbaycanın 2025-ci ilədək inkişafının Strateji Yol Xəritəsi. Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi yarımillik monitorinq barədə hesabat açıqlayıb və daha beş strateji istiqaməti qiymətləndirib. Məlum olub ki, Strateji Yol Xəritəsinin ən yüksək göstəricisi "Yol Xəritəsi Perspektivləri" üzrə – 62% əldə edilib, ən aşağı göstəricisi isə kiçik və orta sahibkarların əmtəə istehsalı (ixracın yalnız 3%) və telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə – hər ikisində 27% – olub.

Görünür, 2004-2014-cü illərdə heç bir ciddi islahatların aparılmadığının etiraf edilməsindən başlamaq lazımdır.

Hökumət yalnız böhran baş verəndən sonra mahiyyətinə görə yeni institusional addımlar atmağa başladı. İdarəetmə sahəsində bu, Maliyyə Bazarlarına Nəzarət Palatasının təsis olunması, gömrük və vergi xidmətlərinin islah edilməsi, bir sıra nazirliklərin birləşdirilməsi, ictimai (publik) hüquqi şəxslərinin yaradılmasıdır. Bu ildən etibarən investisiya təşviqi və ixrac təşviqi mexanizmləri işləməyə başlamışdır. Hökumət yeni vəziyyətlərə daha cəld reaksiya göstərməyə başlayıb. Bank sektorundakı böhran göstərdi ki, əmanətçi Əmanətlərin Sığortalanması Fondu tərəfindən kifayət qədər qorunur. Lakin, nəhayət, hökumət kreditorların qorunması üzrə növbəti məntıqi addımı atdı. Azərbaycanın Kredit Zəmanət Fondu yaradılır.

 

İnflyasiya gəlirləri heçə çıxardır

 

Ən böyük cari problem ölkədə inflyasiyanın yüksək olmasıdır. Bunun ziyanı təkcə əhalinin sosial vəziyyətinin pisləşməsi ilə məhdudlaşmır. Əhalinin malik olduğu gəlirlər səkkiz ayda 7,4% olduğu halda inflyasiya 14% idi, yəni o, əhalinin, demək olar ki, bütün yeni gəlirlərini "yeyir". Üç böhranlı ildə əhalinin yaşayış səviyyəsi iki dəfə aşağı düşüb.

İnflyasiya həm də bankların faiz dərəcələrinə və bunun vasitəsilə biznesə də mənfi təsir göstərir. İnflyasiyanı cilovlamağa çalışaraq, AMB iqtisadiyyatda pul təklifini məhdudlaşdırır, bu isə iqtisadi vəziyyəti daha da ağırlaşdırır.

Neftə olan qiymətlər kifayət qədər rahat idi. Odur ki, iqtisadiyyatın nə üçün artıma nail ola bilmədiyi haqda sualın cavabını cəmiyyətdəki iqtisadi münasibətlər sahəsində axtarmaq lazımdır. İqtisadiyyatın irəli sıçrayış etməsi üçün ölkədə iqtisadi münasibətlərin bütün sisteminə yenidən baxmaq, korrupsiyaya, inhisarçılığa, insafsız rəqabətə qarşı qəti mübarizə aparmaq lazımdır.

Hətta tipik olmayan, demək olar ki, gündəlik hadisələrdə belə hökumət qanunun aliliyini, xüsusi mülkiyyətin qorunmasını təmin edə bilmir və eyni zamanda, xarici investorların ölkəyə gələcəyinə ümid bəsləməkdə davam edir. Məişət korrupsiyası azalıb, fəqət digər səviyyələrdə isə korrupsiya kəskin artıb.

 

İqtisadiyyat ABB və MTN sindromunun girovu olub

 

İqtisadiyyat Azərbaycan Beynəlxalq Bankında (ABB) ağlasığmaz səviyyədə oğurluq, keçmiş Milli Təhlükəsizlik Nazirliyi və Rabitə Nazirliyində, yəni iqtisadiyyatın əsas sahələrində reket və korrupsiya kimi iqtisadi sarsıntıların nəticələrindən hələ də xilas ola bilmir. Faktiki olaraq, söz idarəetmədə sistem nasazlığından gedir, ona görə də bu təşkilat və nazirliklərin nəzarət strukturlarının diqqətindən necə kənarda qaldığı aydın deyil. Bunun nəticələri – hökumətin ölkənin Mərkəzi Bankı qarşısında öhdəliklərinin artmasından tutmuş bu yaxınlarda ABB-nin kreditorlara borclarının yenidən strukturlaşdırılmasına (bu, ölkənin xarici borcu həcminin əhəmiyyətli dərəcədə artıracaq) qədər – uzun müddət hiss olunacaq.

Korrupsiyanı cilovlamağa çalışaraq hökumət nağd pul dövriyyəsinin azaldılması üzrə mühüm addımlar atıb. O, qeyri-rəsmi məşğulluq üzərində nəzarətin gücləndirilməsi hesabına gizli iqtisadiyyatın miqyasını azaltmağa çalışır. Bundan sonra növbəti addımın – məmurların gəlirlərinin rəsmən bəyan edilməsi tətbiqinin – atılacağı məntiqi tədbir olardı. Amma burada düz on ildir ki, heç bir şey baş vermir. Gəlirlərin bəyan edilməsi haqqında qərarın qarşısı alınır. Görünür, hökumət prezident seçkiləri ərəfəsində bürokratiyanın loyallığını itirməkdən qorxduğu üçün buna göz yumur.

 

Fəlakətli inhisarçılıq

 

İnhisarçılıq iqtisadiyyata çox zərərli təsir göstərir. Kənd təsərrüfatı iqtisadi siyasətin diqqət mərkəzindədir. Dövlət onun inkişafı üçün bütün mümkün yardımı göstərir, Azərbaycanın aqrar məhsullarının ixracı artıb. Lakin ÜDM-in ilk doqquz ay ərzində artımı gözlənildiyindən az oldu – 2.6%. Burada artıma nail olmaq cəhdləri kifayət qədər xaotikdir: məsələn, pambıq istehsalına əsaslanmanın kəskin surətdə artması digər bitkilər üçün nəzərdə tutulmuş əkin sahələrini və mal-qara üçün ayrılan otlaqları artıq azaldır. Fermer təsərrüfatlarının inkişafı praktik olaraq dayandırılıb.

 

İnvestoru tovlamaq mümkün deyil

 

Normal rəqabətin olmadığı bir ölkəyə heç bir investoru tovlayıb cəlb etmək mümkün deyil. Beş il çəkən fasilədən sonra hökumət yenidən Rəqabət Məcəlləsinin qəbul edilməsinin zəruri olduğunu başa düşüb. Bu, müxtəlif sahələr – energetika, rabitə və s. – üçün müstəqil tənzimləyicilərə də aidir.

Gələcək iki ildə iqtisadiyyatın inkişaf perspektivləri çox yaxşıdır. Düzdür, daha böyük bir artım olmayacaq. Məsələn, adambaşına düşən ÜDM-in $8,050 həcmində ən böyük göstəricisi 2014-cü ilin sonunda qeydə alınıb. Halbuki, BVF-nin proqnozlarına görə, hətta 2022-ci ildə adambaşına düşən ÜDM yalnız $5,840 təşkil edəcək.

 

Yenidən xəyallara qapılmaq olmaz

 

Yenicə Azəri-Çıraq-Günəşli üzrə konsorsiumun fəaliyyətinin 2050-ci ilə qədər uzadılması barədə müqavilə imzalanıb, gələn il "Şahdəniz-2"dən Cənub Qaz Dəhlizi ilə qazın ilk göndərişləri başlayacaq, oktyabrın sonunda Bakı-Tiflis-Qars dəmir yolu isitsmara verilir. Buraya yeni sənaye müəssisələrinin işini, dövlətin yaratdığı sənaye və aqrar zonaların fəallaşdırılması əlavə edilməlidir. Amma neft gəlirlərinin artacağı ilə bağlı xəyallara bir daha qapılmaq olmaz. Dekabr ayında, çox ehtimal, ABŞ Federal Ehtiyatlar Xidməti yenidən uçot dərəcəsini artıracaq, bunun ardınca isə neft qiymətləri aşağı düşəcək. Dünya iqtisadiyyatının artmağa başladığına baxmayaraq, neftə olan tələbat aşağı olaraq qalır və təsadüfi deyil ki, OPEC ABŞ hökumətindən neft hasilatını azaltmağı xahiş edib. Qərbin kəmiyyət yüngülləşdirilməsi siyasətindən imtina etməsi xarici borcları bahalaşdıracaq.

"Turan"ın Analitik Xidməti

Strateq.az



Xəbərin oxunma sayı : 1114




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap