|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Prezidentin köməkçisi:“Tehranda hər üç ölkə öz iradəsini ortaya qoydu“
Tarix 03.11.17, 1:50 |
|
Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Həsənov Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend-ə müsahibə verib.
AzFakt.com həmin müsahibəni təqdim edir:
– Ötən gün İranın paytaxtı Tehranda baş tutan Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün həm ölkəmiz, həm də region üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
– Son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərmişdir.
Son bir həftədə Azərbaycan Prezidenti bölgənin demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərdə bölgənin siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi, bu layihənin region ölkələrinə, ümumiyyətlə, dünyada ticari-iqtisadi əlaqələrin güclənməsinə verəcəyi dəstəklə bağlı mühüm müzakirələr aparıb.
Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü ilk növbədə regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti və qarşıda duran vəzifələri, tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək.
Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq ümumilikdə regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər.
Onu da qeyd etməliyəm ki, son dövrlərdə bölgədə reallaşdırılan həm ikitərəfli, həm də çoxtərəfli görüşlərin bir çoxunun təşəbbüskarlığı və liderliyi Azərbaycana məxsusdur. Azərbaycan, İran və Rusiya üçtərəfli görüşünün, onların arasında formalaşmış tərəfdaşlıq kursunun, həyata keçirilən və nəzərdə tutulan birgə layihələrin təşəbbüsü də Azərbaycandan gəlib və artıq öz pozitiv nəticələrini göstərməkdədir. Ona görə də, bütün digər məsələlərdə olduğu kimi, dünənki görüşdə də Azərbaycanın liderliyi özünü göstərirdi və gələcəkdə də özünü göstərəcək.
Qeyd etmək istəyirəm ki, bu tipli yeni əməkdaşlıq əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya olduğu kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaıları da artıq formalaşıb və fəaliyyət göstərirlər. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdirilədəcək. Bu formatlar bölgədə sülh, əmin-amanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək.
– Üçtərəfli görüşün yekun bəyanatında münaqişələrin regionun inkişafına maneə törətdiyi qeyd edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyi baxımından bu bəyanatı necə xarakterizə etmək olar?
– Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin imzaladığı birgə bəyannamə və səsləndirdikləri bəyanatlar bütövlükdə Azərbaycan-İran-Rusiya üçtərəfli formatının və bu formatda təmsil olunan dövlətlərin regionda və dünyada baş verən hadisələrə münasibəti kimi xarakterizə oluna bilər.
Regiondakı münaqişələr sülhün təmin olunmasına əsas maneədir. Beynəlxalq səviyyədə Yaxın Şərqdə – Suriya və İraqda, Cənubi Qafqazdakı qarşıdurmalar, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ və digər münaqişələrə nümayiş etdirilən vahid yanaşma ondan ibarətdir ki, bu tipli problemlər bütövlükdə sülhün və təhlükəsizliyin davamlı şəkildə təmin olunmasına maneədir və mütləq aradan qaldırılmalıdır. Belə mürəkkəb məsələlərin həlli üçün mütləq beynəlxalq hüquq normaları tətbiq olunmalıdır. Btün bunlar prezidentlərinin Tehran görüşündə də səsləndi.
Əlbəttə, Azərbaycan tərəfi görüşdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bunun nəticəsində özünü izolyasiya vəziyyətinə saldığını diqqətə çatdırdı. Bildirildi ki, bu münaqişə Cənubi Qafqazda və ümumiyyətlə, Xəzər-Qara dəniz hövzəsində sülh və təhlükəsizliyə ciddi təhdid yaradır. Gələcəkdə həm energetika, həm nəqliyyat, həm də təhlükəsizlik sahəsində əməkdaşlıq üçün Ermənistanın işğalçılıq siyasətindən imtina etməsi və Azərbaycanın işğal olunmuş torpaqlarından çıxaması zəruriliyini ortaya qoyuldu. Düşünürəm ki, prinsipcə bu dövlətlərin sülh və təhlükəsizlik istiqamətində mövqeləri ilə Azərbaycanın bəyanatı üst-üstə düşdü.
Qeyd edim ki, Birgə bəyannamədə iqtisadi, sosial, nəqliyyat və energetika sahəsində əməkdaşlıq və digər məsələlər də öz əksini tapdı.
– Görüşdə Şimal-Cənub, Şərq-Qərb dəhlizləri ətrafında da fikir mübadiləsi aparıldı. Bu nəqliyyat dəhlizlərinin gələcək perspektivi baxımdan Azərbaycanın mövqeyini və rolunu necə qiymətləndirmək olar?
– Tehranda Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin bir-birini tamamladığı, ətraf ölkələrə iqtisadi cəhətdən daha səmərəli imkanlar yaradacağı birmənalı şəkildə qeyd olundu. Görüşdə Bakı-Tbilisi-Qars dəmir yolu və Şimal-Cənub istiqaməti üzrə digər nəqliyyat dəhlizinin bir-birinə rəqib olmadığı vurğulandı və region ölkələrinin – İran, Rusiya və Azərbaycanın hər iki dəhlizdən öz maraqları çərçivəsində istifadə edəcəkləri iradəsi ortaya qoyuldu. Yəni həm Azərbaycan İranın və Rusiyanın mövcud nəqliyyat-tranzit infrastrukturlarından, həm də İran və Rusiya Azərbaycanın mövcud nəqliyyat-tranzit imkanlarından, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edəcəklər. Ticari-iqtisadi əlaqələrin elə istiqamətləri var ki, burada Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə daha sərfəli olacaq. Bütün bunlar bir-birinə rəqabət yaratmayan, bir-birini tamamlayan layihələr kimi dəyərləndirilir.
Tehranda Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşünün nəticəsi olaraq bu iki nəqliyyat-tranzit xəttinin bir-birinə uyğunlaşdırılması məsələsi də müzakirə olundu. Yəni gələcəkdə həm Şimal-Cənub, həm də Şərq-Qərb nəqliyyat dəhlizlərindən əlaqəli şəkildə, bir-birini tamamlayaraq istifadə olunması əzmi nümayiş etdirildi və düşünürük ki, belə də olacaq. Bütövlükdə Avropanı Asiya ilə, Şimalı Cənubla, Şərqi Qərblə birləşdirmə anlamında həmin layihələrin alternativi yoxdur. Bunlar digər layihələrlə birlikdə dünyada ticari-iqtisadi əlaqələrin daha intensivləşməsinə, daha rahat şəkildə həyata keçirilməsinə xidmət göstərir və Azərbaycan da müvafiq olaraq onların mərkəzində dayanan üç ölkədən biridir.
– İlk üçtərəfli görüşdən sonra Azərbaycan, İran və Rusiya arasında ticarət dövriyyəsinin artdığı qeyd olundu. Budəfəki görüşdən sonra da bu istiqamətdə artımla proqnoz vermək mümkündürmü?
– Tehran görüşündə ticari-iqtisadi əlaqələrin hazırkı vəziyyəti və perspektivi hərtərəfli müzakirə olundu. Azərbaycan və İran arasındakı ticarət dövriyyəsinin artım tempindən bəhs edildi. Dövlət başçıları bildirdilər ki, bu göstərici iki ölkənin iqtisadi potensialına hələ də tam cavab vermir və artırıla bilər. Məsələn, ötən il İranla Azərbaycan arasında ticarət dövriyyəsi 70 faizə yaxın artmışdı. Bu ilin 9 ayında isə 37 faiz də artıb. Rusiya ilə Azərbaycan arasında ticari-iqtisadi əlaqələr də yüksələn xətlə inkişaf edir. İki ölkə arasında ticarət dövriyyəsi cari ilin 9 ayında 60 faizə yaxın olub. Baxmayaraq ki, bu göstərici ticari-iqtisadi əlaqələrdə mühüm elementlərdən birini təşkil edən enerji daşıyıcılarının qiymətinin düşməsi fonunda müşahidə olunub.
Görüşdə hər üç ölkə öz iradəsini ortaya qoydu ki, bundan sonra da tərəfdaşlıq kursunu, bölgədə qarşılıqlı iqtisadi maraqların təmin olunması üçün həm energetika, həm nəqliyyat-tranzit, həm də təhlükəsizlik sahəsində üçtərəfli əməkdaşlıq formatını davam etdirsinlər.
Xəbərin oxunma sayı : 271
Müsahibə
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV