Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakıda avtoxuliqanlıq edən məmur oğlu polisə tabe olmayaraq qaçıb - Video

Tarix 17.11.17, 14:40

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda sərxoş sürücü tərəfindən növbəti avtoxuliqanlıq və polisə tabe olmama hadisəsi qeydə alınb

Hadisə reyd aparılan zaman Nərimanov rayonu ərazisində baş verib.

“10-LJ-600” dövlət qeydiyyat nişanlı "BMW" markalı avtomobilin sürücüsü Heydər Əliyev prospektində yüksək sürətlə hərəkət edərək manevr qaydalarını pozduğuna görə, ona Yol Patrul Xidmətinin (YPX) "99-YP-481" dövlət qeydiyyat nişanlı xidməti avtomobilində olan polis əməkdaşları tərəfindən "saxla!" əmri verilib. Lakin sürücü əmrə tabe olmayıb. Polisin təqibindən sonra maşını saxlayaraq polis əməkdaşlarına müxtəlif bəhanələr gətirən sürücü onlara heç bir sənəd təqdim etməyib. Müfəttiş sürücüdən kəskin spirt qoxusu gəldiyinə görə, onu Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edib. Bu zaman sürücü heç bir söz demədən avtomobillə ərazidən uzaqlaşıb. Yenidən YPX əməkdaşları tərəfindən təqib olunan sürücü buna məhəl qoymayaraq avtomobili ilə Nizami rayonunun Çobanzadə küçəsində yerləşən restoranlardan birinin həyətinə daxil olub və maşını orada saxlayaraq restoranda gizlənib.

Sürücünün maşını evakuatorun götürə bilməməsi üçün divara və digər maşına mümkün qədər yaxın vəziyyətdə saxlamasına baxmayaraq, avtomobil çətinliklə də olsa ərazidən götürülərək cərimə meydançasına aparılıb.

YPX əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin 1984-cü il təvəllüdlü Adıgözəlov Elvin Nüsrət oğluna məxsus olduğu müəyyən edilib. Sürücü haqqında araşdırmalara başlanılıb.

E.Adıgözəlovun Dövlət Gömrük Komitəsində vəzifə sahibi olan Nüsrət Adıgözəlovun oğlu olduğu bildirilir.

"BMW" markalı avtomobilin YPX maşınları tərəfindən təqib olunduğu kadrları sizə təqdim edirik.(Report)








Xəbərin oxunma sayı : 829




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap