Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

NATO Rusiyanın zərbələrini dəf edə biləcəkmi?– Soyuq müharibəyə qayıdış (Təhlil)

Tarix 19.11.17, 18:48

Font ölçüsü : - / +
bitmap-img6


Daha çox insan və daha çox resursun olmasına baxmayaraq, döyüş qabiliyyətinin zəif və səmərəsizliyi ona gətirib çıxaracaq ki, Rusiya tərəfindən ehtimal olunan hücüm zamanı NATO bunu dəf etməkdə çətinliklə qarşılaşacaq. Ona görə də, alyansın öz fəaliyyətində və komanda strukturunda islahat aparması vacibdir. Elə məhz bu mövzu ilə əlaqədar 8-9 noyabr tarixində NATO müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşündə islahat planları müzakirə edilib. Bu nədir? Soyuq müharibəyə qayıtmaqdırmı? Alyansın liderləri belə olmadığını iddia edirlər. Çox güman ki, burada söhbət “aktivləşmədən” və “yenidən özünə qayıtmaqdan” gedir. NATO-nun baş katibi “21-ci əsrin reallığına və dəyişən şəraitə adaptasiya olunmaq”dan danışır.

Baş verənlərin bu cür anlaşılması Krımın ilhaqı və 2014-cü ildə Ukraynanın şərqində müharibənin başlanması nəticəsində yaranıb. Bu hadisələr Çernoqoriya da daxil olmaqla, alyansın bütün 28 ölkəsini təəccübləndirib. Onlar Rusiya qoşunlarının belə sürətlə hazırlanmasına inanmayıblar. NATO ölkələri rusların 2008-ci ildə başladıqları modernləşməni dəyərləndirə bilməyiblər.

İslahata başlamazdan öncə çatışmazlıqların üzə çıxarılması lazımdır. Almaniya mətbuatına sızan məlumata görə ”məxfi” sənədlərdə çatışmazlıqların sayı kifayət qədər çoxdur. Şübhəsiz ki, bu təsadüfi ola bilməz.
Berlin divarının çökməsindən sonra bu şəhər komanda strukturunun formalaşması və möhkəmlənməsi üçün ən əlverişli paytaxtlardan biridir. 1980-ci illərdə Almaniyada 23 000 əsgər vardı, bu gün Monsdakı (Belçika) və Brunssumedəki (Niderland) hərbi qərargahlarda 6800 nəfər var.

Əsas funksiyalara qayıtmaq

Strategiya üzrə müşavirlər tərəfindən yazılmış ”Şimali Atlantika İttifaqının müdafiə qabiliyyəti və geniş qabaqlayıcı tədbirlər görülməsindəki tərəqqi barəsində hesabat” həlledici sənəd sayılır. Bu sənədin ictimailəşməsi ordu sıralarındakı hərbçilərin sayının və müdafiə büdcəsinin artırılmasından yan keçməyə ümid bəsləyən alyansın bəzi üzvlərinə qarşı təzyiqlərin gücləndirilməsinə yönəlib.

Soyuq müharibənin sonunda NATO-nun 33 komanda strukturu vardı. İndi onların sayı yeddidir. Bu, heyətin radikal azaldılmasının nəticəsidir və sovet blokunun dağılmasından sonra “sülhdən daha çox fayda götürmək” və alyansın fəaliyyətinin yeni sahələrini prioritet etmək ideyasından irəli gəlib. Həmin prioritetlər sırasına NATO-nun ənənəvi fəaliyyət radiusundan kənarda (Kosovo, Əfqanıstan, Liviya) əməliyyatlar həyata keçirmək daxildir.

Rusiyanın Ukraynda elan etmədiyi müharibə bütün düzülüşü dəyişdi. Bu, kollektiv müdafiə və qabaqlayıcı tədbirlərin görülməsi kimi alyansın əsas funksiyalarının geri qayıtmasına gətirib çıxardı. Polşa və Baltik ölkələrinin israrı ilə şərq sərhədlərində, hər birində min əsgər olmaq şərtiylə, alyansın gücləndirilmiş hərbi bölümləri yerləşdirildi.

Və burada alyansın real səmərəliliyi özünü büruzə verdi. Belə ki, NATO-nun Rusiya ordusundan əsgər sayına görə dörd, tank və təyyarə sayına görə üç dəfə artıq qüvvəyə malik olmasına baxmayaraq, belə görünür ki, alyans gücləri Rusiyanın hücumunu dəf edə bilməyəcək qədər ağır və ləngdir.

Maraqlıdır ki, bu yaxınlarda dərc edilmiş hesabatın müəllifləri də, məhz elə bu cür düşünürlər. Onlar göstərirlər ki, ciddi münaqişə olacağı təqdirdə qərargah zabitlərinin azlığı və təchizatdakı ciddi çatışmazlıqlar üzə çıxacaq (Avadanlığın sürətli daşınması üçün qatarların çatışmaması, tankların gedəcəyi yol və körpülərin yoxluğu və.s). Bunlardan savayı, bürokratik süründürməçilik də orduların hazır vəziyyətə gətirilməsini yubada bilər. Məruzədə həmçinin bu yaxınlarda Amerikan eskadrilyası ilə baş verən xoşagəlməz hadisə xatırlanır. Belə ki, Rumıniya və Bolqarıstan (alyansın iki üzvü) sərhəddi arasında pasport və silahların yoxlanılması zamanı amerikalı əsgərlər iki saat gözləmək məcburiyyətində qalıblar.

Kiberməkanı tutmaq

Ekspertlər hesab edirlər ki, NATO soyuq müharibənin qurtarmasından sonra “atrofiyaya uğrayıb”. Ona görə də, nazirlər tərəfindən baxılan modernləşmə bir sıra praktik addıma təkan verməlidir. Görüləcək tədbirlər, “hərbi Şengen”də daxil olmaqla, Avropa Birliyi ilə müştərək hazırlanmalıdır. Bu orduların və avadanlıqların yerdəyişməsini yüngülləşdirməlidir. Komandanlıq gücləndirilməli və iki yeni struktur yaradılmalıdır.

Bunlardan biri – “arxa cəbhə” adıyla mobilliyə və düşmənə qarşı əks reaksiyanın verilməsi qabiliyyətinin artırılması üçün təchizata cavab verməlidir. Hal-hazırda hətta, 2004-cü ildə formalaşdırılmış çoxmillətli dəstələrdən ibarət çevik hərəkət gücləri ləngimələrdən tamamilə qurtula bilməyəcəklər. Digər yeni struktur isə, təhlükəsizliyin təmininə, yaxşı rabitəyə və Atlantikada Avropa ilə ABŞ arasındakı təchizatın güvənli şəkildə çatdırılmasına cavab verməlidir. Bu sahə əsas sayılır, çünki Rusiyanın dənizlərdəki fəaliyyətləri əhəmiyyətli dərəcədə güclüdür.

Stoltenberq tərəfindən bəyan edilmiş sonuncu prioritet –kiber təhlükəsizlikdir. Kiberməkan indi torpaq, dəniz və hava məkanları ilə birlikdə NATO-nun fəaliyyət sferasındadır. Burada söhbət alyansın hücum imkanları ilə təchiz olunmasından getmir. Söhbət əsas dövlətlərin (ABŞ, Böyük Britaniya və Fransa) alyans missiyası altında imkanlarının birləşdirilməsindən gedir.

Və nəhayət, NATO 1987-ci ildə ABŞ və Rusiya arasında bağlanmış orta mənzilli nüvə silahları barəsindəki müqavilənin pozulması ilə əlaqədar Rusiyaya sonuncu xəbərdarlığını edib. Çünki Rusiya öz ərazisinin cənubunda yeni qanadlı raketlər yerləşdirir(azpolitika.info)

(“Le Monde”-Fransa)






Xəbərin oxunma sayı : 457




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap