Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Qadını döyərək öldürüb, sonra onunla cinsi əlaqədə olub - Bakıda dəhşətli qətlin təfərrüatları

Tarix 20.11.17, 1:28

Font ölçüsü : - / +
bitmap-img6


Bakıda qətl törətməkdə ittiham edilərək həbs edilən şəxslərin məhkəməsi davam edir.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Dimitri Razumni və Samir Zeynikovun cinayət işi üzrə məhkəmə iclası keçirlib.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttiham aktında yazılır ki, qətl hadisəsi bu il aprelin 30-da Səbail rayonu Neftçilər prospektində baş verib. Rusiya vətəndaşı Samir Zenyukov tanışı Dmitri Razummı ilə bir evdə yaşayıb.

Səfil həyat tərzi sürən şəxslər tanışları Yelena Sandrandinovanı yaşadıqları mənzilə gətiriblər. Yeyib-içdikdən sonra Samir Zenyukov Yelena ilə cinsi əlaqədə olmaq istəyib. Rəsmi ittihama görə, mərhum Yelena buna etiraz edib və evin dəhlizinə çıxıb. Samir Zenyukov da Yelenanın arxasınca dəhlizə çıxaraq onun baş və bədən nahiyələrinə yumruq və təpiklə vurub.

İttihama görə, Dmitri Razumnı da dostu Samirə kömək edərək qadını döyərək soyundurub və divana uzadıb. Bu zaman qadın özündən gedib. Samir Zenyukov Yelenaya seksual xarakterli hərəkətlər edib və yatıb.

Картинки по запросу

İttiham aktında qeyd olunur ki, gecə saat 4 radələrində Samir yenidən yuxudan oyanaraq Yelena ilə cinsi əlaqə olmaq istəyib. Amma bu zaman qadının öldüyünü bilib. O, dostu ilə birlikdə qadının paltarlarını əyninə geyindirək evdən çölə çıxardaraq həyətə qoyublar.

Yelena Sandrandinovanın meyiti sakinlər tərəfindən aşkarlanıb və polisə məlumat verilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Samir Zenyukov və Dmitri Razumnıy həbs edilib.

Musavat.com təqsirləndirilən şəxslərin istintaqa ifadəsini əldə edib. Dmitri Razumnıy ittihamla özünü təqsirli bilmədiyini deyib. 

Daha əvvəl də oğurluğa görə həbsxana həyatı yaşadığını deyən D.Razumnıy fərdi olaraq rəssamlıq və keramika işləri ilə məşğul olduğunu söyləyib. 2009-cu ildə valideynlərini itirən D.Razumnıy konkret olaraq yaşadığı ünvanın olmadığını bildirib. O, Samir Zenyukovu 2009-cu ildən tanıdığını və onunla dostluq etdiyini söyləyib.

“Samirin evində yaşayırdım. Birlikdə yeyib-içirdik. Bir gün Samir tanışı Allaya zəng etdi. Dedi ki, yeyib-içirik, sən də gəl. Samir 20 manat verdi ki, Allanı gedib evindən gətirim. Mən də gedib gətirdim. Yeyib-içdik, mən Alla ilə cinsi əlaqədə oldum. Axşam Samir Allaya dedi ki, rəfiqən varsa, dəvət elə gəlsin. Alla da Yelenanı gətirdi. Birlikdə yeyib-içdik. Birlikdə oturub söhbət edirdik. 

Hamımız sərxoş idik. Samir Yelenaya cinsi əlaqədə olmağı təklif etdi. Amma Yelena buna etiraz etdi”- deyə təqsirləndirilən şəxs ifadəsində deyib. 

D.Razumnıyın danışdıqlarından hadisəsinin daha dəhşətli təfərrüatları üzə çıxıb. Məlum olub ki, Samir Zenyukov Yelenanı döyüb, ölümünə səbəb olduqdan sonra onunla cinsi əlaqədə olub: “Yelananın Samirə yox deməsi gərginlik yaratdı. Samir Yelenaya rus dilində söydü. 

Yelena da Samirin anasını söyüb otaqdan çıxdı. Samir Yelenanın arxasınca gedərək onu qapıda tutdu. Mən Yelenanın qışqırtısına getdim. Samir Yelenanın sifətinə yumruq zərbələri vururdu. Mən də Yelenaya “dostumu niyə söyürsən” deyib, bir iki yumruq vurdum. Yelenanın sifəti qan içində idi. 

Samir onu vurmağa davam edirdi. Yerə yıxılan Yelenaya Samir təpiklə də vurmağa davam edirdi. 

Sonra Samir gördü ki, Yelena tərpənmir. Birlikdə onu qucağımıza alıb otağa gətirdik. Üzünə su vurduq. Hamama salıb üzünün qanını təmizlədik. Paltarları batmışdı deyə onu soyundurub, divana uzatdıq. Fikriləşdik ki, birazdan oyanacaq. Mən Alla ilə uzanmışdıq. Samir də lüt soyunub Yelenanın yanında uzandı. Bir otaqda uzandığımızdan Samirin etdiklərini görürdüm. Samirin Yelena ilə cinsi əlaqədə olduğunu gördüm. Amma Yelena tərpənmirdi. Gecə 3-4 olardı ki, oyandıq. Yelenanın yenə hərəkət etmədiyini görüb, öldüyünü bildik. Samir dedi ki, aparaq parka qoyaq. Məndə də dedim ki, kameralar çəkir. Sonra Yelenanı həyətə qoyduq. Çantasını da yanına apardıq. Səhər polislər qapını döydü. Nəyə gəldiklərini bildik. Samir dedi ki, yatın. Mən otaqda olan “şkaf”a girdim. Sonra polsilər evə girib bizi tapdı”.

Картинки по запросу Bakıda dəhşətli qətlin təfərrüatları

Samir Zenyukov isə istintaqa fərqli ifadə verib. O söyləyib ki, Yelena adlı qadın onlara gəlib, birlikdə yeyib-içiblər. Amma bir neçə saat sonra Yelana evi tərk edib.

“Yeleanaya zəng gəldi. Getmək istədiyini dedi və getdi. Biz axşam yenidən araq almaq üçün marketə düşmək istədik. Qapını açanda Yelenanın yerdə uzandığını gördük. Onu evə gətirib əl-üzünü yuduq. Nə qədər gözləsək də ayılmadı. Sonra proeblem olacağından qorxuq onu həyətə apardıq. Mən onunla cinsi əlaqədə olmamaımşam. Onu ilk dəfə idi görürdüm”.

Qeyd edək ki, təqdirləndirilən şəxslər Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 120.2.1 (bir qrup şəxs tərəfindən adam öldürmə) , 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə), 120.2.6 (zorlama ilə adam öldürmə), 120.2.9 (köməksiz vəziyyət olan şəxsi öldürmə), 29.149.2.1 ( bir qrup şəxslə zorlamaya cəhd), 29.149.2.4 (xüsusi amansızlıqla zorlamaya cəhd), 150.1 (sexsual xarakterli hərəkət törətmək), və 150.2.4-cü (xüsusi amansızlıqla seksual xarakterli hərəkət) maddələri ilə ittiham edilirlər.







Xəbərin oxunma sayı : 2992




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap