Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Ərdoğan Putinlə Qarabağı yalnız təkbətək görüşdə müzakirə edib” –Türkiyə səfiri

Tarix 21.11.17, 0:38

Font ölçüsü : - / +
bitmap-img6


"Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını ancaq təkbətək görüşdə müzakirə ediblər".

Bunu  açıqlamasında Türkiyənin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Diriöz bildirib.

O, noyabrın 13-də Soçidə Ərdoğanla Putin arasında yalnız təkbətək görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarının müzakirə olunduğunu söyləyib: "Bildiyiniz kimi Türkiyə və Rusiya dövlət başçıları Soçidə təkbətək və geniş tərkibdə görüşlər keçiriblər. Geniş tərkibdə görüşdə Qarabağ problemi müzakirə olunmayıb".

Türkiyəli diplomat prezident Ərdoğanın təkbətək görüşdə Dağlıq Qarabağ probleminin həllinin regionun inkişafı üçün vacibliyini Putinin nəzərinə çatdırıb: "Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Biz, bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıyıq. Münaqişənin həllinin bütünlükdə regionun inkişafına müsbət təsir edəcəyinə əminik".

H.Diriöz noyabrın 22-də Türkiyə prezidenti R.T.Ərdoğanın yenidən Rusiya səfər edəcəyini qeyd edib: "Bu dəfə Soçidə Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə üçtərəfli görüş keçiriləcək". (APA)

 



Xəbərin oxunma sayı : 463




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap