Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Atletiko”nun ümidi “Qarabağ”a qalıb

Tarix 22.11.17, 16:40

Font ölçüsü : - / +
bitmap-img6


“Roma” ilə İtaliyada keçirdiyimiz oyundan sonra rəqib çox “artırıb”. Bu sözləri “Atletiko”nun baş məşqçisi Dieqo Simeone deyib


“Qarabağ”ın Çempionlar Liqasındakı rəqiblərindən olan İspaniya nəhəngi bu gün V tur çərçivəsində “Roma” ilə üz-üzə gələcək. Madridliləri növbəti mərhələ şansını davam etdirmək üçün “Vanda Metropolitano” stadionunda yalnız qələbə qane edir. Simeonenin komandası qarşıdakı iki görüşdə qələbə qazansa belə, 1/8 finala vəsiqə qazanıb-qazanmamağı “Qarabağ”dan asılı olacaq.

Ancaq argentinalı mütəxəssis Azərbaycan çempionunun çıxışı barədə düşünmədiklərini bildirib: “Roma”nın futbolçuları nə etdiklərini yaxşı bilirlər və bunun uğurlu yol olduğuna inanırlar. Qələbə qazandıqca özlərinə inamı daha da artır. Rəqibin heyətində Daniele De Rossi kimi təcrübəli futbolçu var. Hansı ki, bu vəziyyəti idarə edəcək səviyyədədi. Biz hazırda yalnız özümüz barədə düşünməliyik. Bundan sonra “Qarabağ”ın nəticəsinə baxmaq olar. Ümumiyyətlə, “Qarabağ”ın hansı nəticəni göstərməsindən asılı olmayaraq, öz oyunumuza köklənməliyik. Çox az vaxtımız qalıb. Həyatı gözəlləşdirən məqamlardan biri də bəzən gözlənilməz hadisələrin baş verməsidi. Biz də qarşıdakı iki matçda qələbə qazanmaq üçün bütün gücümüzü ortaya qoyacağıq”.

Qeyd edək ki, sona 2 tur qalmış “Atletiko” 3 xalla C qrupunda 3-cü pillədə qərarlaşıb. Lider “Roma”nın 8, “Çelsi”nin 7, “Qarabağ”ın isə aktivində 2 xal var. (APA)



Xəbərin oxunma sayı : 160




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap