Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Baş ağrısı ilə təzyiq: səhv bilinənlər - Həkim şərhi

Tarix 22.11.17, 17:09

Font ölçüsü : - / +
bitmap-img6


Pasientlər gəlir, deyir, “həkim, təzyiqimin nə vaxt qalxdığını hiss edirəm, çünki başım ağrıyır”. Demək olar ki, 1 əsrə yaxındır, baş ağrısı və təzyiq arasında əlaqə mübahisəsi davam edir və bu, müxtəlif tədqiqatların mövzusu olub

Fikri ilk dəfə 1913-cü ildə Nyu York şəhərindəki bir xəstəxanada işləyən Teodor Ceynvey adında bir həkim yazdığı bir məqalə ilə ortaya atıb. Onun xəstələrində arterial təzyiqin bədxassəli növü var idi, əksəriyyətində böyük təzyiq >230 mmHg idi, ona görə də yanıldıcı bir fikir yaymasına səbəb olub. 1995-ci ildə nəticəsi yayınlanmış və 22 min həkim üzərində aparılmış, “Həkimlərin Sağlamlıq Tədqiqatı” adlı çalışmada təzyiqi olanla olmayanların baş ağrısı arasında fərq aşkar edilməyib. 2002-ci ildə Norveçdə 23 minə yaxın insan üzərində aparılmış 13 illik tədqiqatda arterial hipertenziya ilə baş ağrısı arasında əlaqə sübuta yetirilməyib.

Arterial təzyiq mülayim və orta dərəcəli, hətta çox yüksələndə belə, adətən baş ağrısı verməz. Ona görə təzyiqi “səssiz qatil” adlandırırlar. Təzyiq xəstəliyi olmayan birində bədənin müxtəlif yerində ağrı olması, eləcə də baş ağrısı olması təzyiqi bir qədər yüksəldər. Bu, ağrı vaxtı qanda stress hormonlarının yüksəlməsi ilə əlaqəlidir və təzyiq də cavab olaraq qalxar. Məsələn, tutaq ki, bir xəstə dizindən əməliyyat olub, əməliyyat yeri ağrıyır, nəticədə təzyiq qalxacaq. Baş ağrısı arterial təzyiq çox yüksələndə (böyük təzyiq > 180 mmHg, ya da kiçik təzyiq >110 mmHg olanda), hipertenziv kriz hallarında olar. Arterial təzyiqin bəzi səbəbləri, məsələn böyrəküstü vəzin şişi, hamiləlikdə olan bədxassəli təzyiq ciddi baş ağrısı verər. Ona görə də hamiləlikdə yüksək təzyiq və baş ağrısı varsa ginekoloqa müraciət etmək lazımdır. Arterial təzyiqi >180/110 olan və baş ağrısı olan birində təngnəfəslik, sinə ağrısı, ürək bulanması, qusma, görmə bulanıqlığı, şüur dəyişikliyi varsa dərhal xəstənin həkiminə, ya da Təcili Tibi Yardım Stansiyasının “103” nömrəsinə zəng vurulmalıdır.

Ümumiyyətlə, cəmiyyətimizdə təzyiq haqqında çox yayılmış, çox bilinən, amma səhv fikirlər, “dedi-qodular” dolaşır. “Başım ağrımır, deməli, təzyiqim normaldır” -səhvdir. “Təzyiqim yoxdur, olsa başım ağrıyar”-səhvdir. “Təzyiqim 10 mmHg yüksələn kimi hiss edirəm”- səhvdir. “160 mmHg mənim “raboçi” təzyiqimdir”-səhvdir. “Raboçi təzyiq” deyilən bir anlayış yoxdur. “Bədənim yüksək təzyiqə öyrəşib, mənə təsir eləmir”-səhvdir. “Başım ağrıyanda təzyiqimi ölçürəm, yüksəksə təzyiq dərmanımı içirəm”- səhvdir. “Təzyiqim yüksələndə limon yeyirəm, salır”- səhvdir. “Dərmanlara inanmıram, mən təzyiqimi bitkilərlə müalicə edirəm”- səhvdir. “Təzyiqim normallaşdı, day dərman içmirəm”- səhvdir. “Təzyiq dərmanlarımı illərdir içirəm, dəyişmək lazımdır, bədənim öyrəşər”- səhvdir. “Təzyiqin müalicəsində əsas dərmandır, duzu azaltmaq, yemək-içmək, hərəkət etmək təsir eləmir”- səhvdir. “Ürək təzyiqim yüksək olur”- o nədir? Böyük və kiçik təzyiq var, ya da elmi dildə sistolik və diastolik



Xəbərin oxunma sayı : 259




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap