Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Qubada ayı ovlayanlar saxlanıldı

Tarix 23.11.17, 3:21

Font ölçüsü : - / +
bitmap-img6


Quba rayonunda ayı ovlayanlar saxlanılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan virtualaz.org-a verilən məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahdağ Milli Parkının Quba rayon ərazisində reyd keçirən zaman 3 atlının yüklü halda hərəkət etdiyini görüb onları saxlamaq istəsələr də, sonuncular atların üzərindəki yüklərini ataraq oradan uzaqlaşıblar.

Baxış zamanı kisələrin içində adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na düşmüş qonur ayının kəsilmiş başı, dərisi, hissələrə bölünmüş əti və ov alətləri aşkar edilib.

Toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkarlar barəsində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə yerli hüquq-mühafizə orqanlarına göndərilib.

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ayını qanunsuz ovlamış şəxslər müəyyən ediliblər.

Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Qonaqkənd kənd sakinləri Fariz Rəhmanovun, Aydın Nəsirovun və Pirməmməd Nemətovun ovu birgə etdikləri məlum olub.

Onlardan ov zamanı istifadə etdikləri “İJ” markalı ov tüfəngi və 6 ədəd patron götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.



Xəbərin oxunma sayı : 160




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap