Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bakı metrosunda təhlükəli anlar - Video

Tarix 24.11.17, 6:26

Font ölçüsü : - / +
bitmap-img6


Ötən gün “Qarabağ” - “Çelsi” oyunundan dönən azarkeşlər metroda həyəcanlı anlar yaşayıblar. Belə ki, Bakı metrosunda nasazlıq baş verib.

Hadisə şahidi Cavid Cavadovun bizimyol.info-ya verdiyi məlumata görə, vaqonun qapısı açıq ola-ola qatar hərəkətinə davam edib. Bu vəziyyət sərnişinlərin narahatlığına səbəb olub və hadisə şahidləri bunu lentə alıblar.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib ki, dünən gecə bu hadisə “İçərişəhər”-“Həzi Aslanov” istiqamətində 10 saylı marşrut üzrə hərəkət edən qatarda baş verib: “Hazırda məsələ araşdırılır. Aydın görünür ki, qatarın qapısında nasazlıq olub. Çünki qatarın son vaqonunun sadəcə son qapısı açıq qalıb. Qalan bütün qapılar bağlı olub. Əslində təlimat var ki, qatar tuneldə hərəkətdə olarkən maşinistin qatarı saxlamağına qəti yol verilmir. Yəni qapıda problem olanda belə qatar növbəti stansiyaya qədər hərəkət etməlidir. Həmin stansiyada əgər nasazlıq aradan qaldırılırsa, qatar hərəkətini davam etdirə bilər. Əks halda sərnişinlər boşaldılmalı və qatar xətdən çıxarılmalıdır. Hazırda hadisənin baş vermə səbəbləri və ondan sonrakı hərəkətlər araşdırılır”.








Xəbərin oxunma sayı : 1843




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap