Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Ərdoğan Suriya qaçqınlarının Türkiyədən vətənlərinə qayıtması barədə

Tarix 24.11.17, 20:01

Font ölçüsü : - / +
bitmap-img6


“İdlibdəki nəzarət və müşahidə məntəqələrinin oxşarının Afrində yaradılması üçün dostlarımızla birgə fəaliyyətimizi davam etdirəcəyik”

“Haber7” bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani ilə keçirdiyi üçtərəfli görüşün nəticələrini şərh edərkən deyib.

R.T.Ərdoğanın sözlərinə görə, Soçidə Suriyanın ərazi bütövlüyü və siyasi birliyi məsələsi ilə bağlı razılıq əldə ediblər. Onun sözlərinə görə, əsas hədəfləri böhranın Suriya xalqı tərəfindən qəbul ediləcək davamlı və etibarlı siyasi həllini tapmaqdır. Dövlət başçısı bildirib ki, Suriya Milli Konqresinə dəvət ediləcək şəxslərlə bağlı qərarı isə Türkiyə, Rusiya və İran verəcək: “Soçidəki toplantıda Afrin məsələsinin müzakirəsi bizim həm Rusiya, həm də İranın bu məsələ ilə bağlı yanaşması baxımından çox əhəmiyyətli idi. İdlibdəki kimi nəzarət və müşahidə məntəqələrinin Afrində yaradılması üçün dostlarımızla birgə fəaliyyətimizi davam etdirəcəyik. Bizlər yolumuzu qətiyyətlə davam etdirəcəyik. Əsl sahiblərinin Afrinə dönməsi ilə şəhərin demoqrafik quruluşu da qaydasına düşəcək. Afrinin əhalisinin 50 faizi ərəblərdən, 30 faizizi kürdlərdən qalanı isə türkmənlər və başqa etnik qruplardan ibarətdir. Sakinlərin qaçqın düşərgələrindən şəhərə qayıtması Afrinin əsl sahiblərinə qovuşması olacaq. Bu məsələ İdlib üçün də keçərlidir. Türkiyədəki idliblilərin torpaqlarına dönməsi də əvvəlkki demoqrafik quruluşun bərpasaı deməkdir”.

Qeyd edək ki, R.T.Ərdoğan əvvəlcədən elan etmişdi ki, noyabrın 22-də Soçidə keçiriləcək üçtərəfli görüşdə Suriyanın İdlib və Afrin bölgələrindəki vəziyyəti də müzakirə edəcəklər.

Xatırladaq ki, oktyabrın 7-də Türkiyə Silahlı Qüvvələrinin İdlibdə 200 əsgəri yerləşdirilib, onların 120-si xüsusi təyinatlıdır. Türkiyənin 8 tankı və 50 zirehli nəqliyyat vasitəsi də Suriya ərazisindədir.

Türkiyə hərbçiləri İdlibin daxilinin, Rusiya isə ətrafının təhlükəsizliyini təmin edəcək. İdlib Türkiyənin Hatay, Afrin isə Qaziantep əyalətləri ilə həmsərhəddə yerləşir.



Xəbərin oxunma sayı : 262




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap