Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Bakı Rusiyanın yeni səfirini qəbul etmədi! – Moskva qərarını dəyişdi

Tarix 29.11.17, 0:37

Font ölçüsü : - / +
bitmap-img6


Rusiyanın Azərbaycandakı yeni səfiri hazırda MDB ölkələrindən birində səfir vəzifəsində çalışan diplomat olacaq. Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş Komitəsinin sədri Leonid Kalaşnikov deyib.

Onun sözlərinə görə, mətbuatda adı hallanan Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin Azərbaycanda səfir vəzifəsinə namizədliyi məsələsinə baxılmır.

“Bildiyim qədəri ilə yeni səfir hazırda MDB ölkələrindən birində səfir vəzifəsini tutan diplomat olacaq. Qabaqcadan həmin şəxsin adını açıqlamaq istəmirəm”, – deyə Dövlət Dumasının komitə sədri bildirib.

Qeyd edək ki, bu il iyulun 5-də Rusiya KİV Dövlət Dumasının Azərbaycanda səfir vəzifəsinə Rusiya Xarici İşlər Nazirliyinin Kadrlar Departamentinin direktor müavini Georgi Zuyevin namizədliyini təsdiqlədiyini yazıb.

Bu günlərdə yayılan qeyri-rəsmi məlumatlarda isə bildirilir ki, Azərbaycan G. Zuyevin səfir təyin olunması üçün aqreman verməyib.

***
218062_res_01

Rusiyanın Xarici İşlər Nazirliyi Georgi Zuyevin yeni səfir kimi təyinatına Azərbaycandan aqreman almayıb. Bu barədə virtualaz.org-a Rusiyanın Xarici İşlər Nazirliyindəki mənbələrdən bildirilib.

Qeyd edək ki, diplomatik qaydalara əsasən, səfirin təyinatından əvvəl qəbul edən tərəfdən aqreman- etimadnamə verilməsinə ilkin razılıq istənilir.

Azərbaycan Georgi Zuyevlə bağlı Rusiya Xarici İşlər Nazirliyinə aqreman verməkdən imtina edib. Virtualaz.org-a məlum olub ki, bu, Georgi Zuyevin qatı ermənipərəst mövqeyi ilə bağlıdır.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 27-də Vladimir Doroxini bu ölkənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən azad edib.

Bundan dərhal sonra məlum olub ki, onu bu postda Rusiya Xarici İşlər Nazirliyi Kadrlar departamentinin direktor müavini vəzifəsində çalışan Georgi Zuyevlə əvəz etmək istəyirlər. Yeri gəlmişkən, o da bəlli olub ki, Rusiya Dövlət Duması Azərbaycanda yeni səfir kimi G.Zuyevin namizədliyini hələ iyulun əvvəlində təsdiqləyibmiş…





Xəbərin oxunma sayı : 1039




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap