Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Kərbala ziyarətindən sui-istifadə edənlər - Zəvvarlar arasında qərəzli təbliğat kimə və nəyə lazımdır?

Tarix 29.11.17, 20:57

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, hər il şiələr Aşura mərasimində İmam Hüseynin (ə) şəhadətinin 40-cı gününü  – “Ərbəin”i xüsusi tədbirlərlə keçirməyə üstünlük verirlər və bu zaman dünya ölkələrindən milyonlarla insan İraqa – Kərbəlanı ziyarətə axışır.

Müşahidələr və rəsmi statistika göstərir ki, Kərbəlanı ziyarət edənlərin sayı hər il sürətlə artır və bu artımda da İraqdan daha çox, şiəliyi rəsmi dövlət siyasətinə çevirmiş İran xüsusi rol oynayır. Kərbəlaya səfərlərin təşkilindən tutmuş, zəvvarların təhlükəsiz hərəkətinə, yerləşmələrinə və ziyarətlərinədək əsas işlərə məhz İrana bağlı qurumlar və şəxslər nəzarət edir.

Bu il noyabrın ilk ongünlüyündə Kərbəlada keçirilən mərasim də zəvvarların çoxluğu ilə yadda qalıb. Deyilənə görə, 30 milyona yaxın adam ziyarətə qatılıb və onların da əksəriyyəti digər ölkələrdən gələnlər olub.



Bizim ölkədən – Azərbaycandan Kərbəlaya gedənlərin sayı da kifayət qədər çox olub. Əlbəttə, əhalimizin öz dini dəyərlərini qoruması və ona sahib çıxması çox yaxşı haldır, ancaq “kənar müdaxilələr”, bu inanclardan maraqlı qüvvələrin sui-istifadə cəhdələri olmasa…

Təəssüf ki, hər il olduğu kimi, bu il də azərbaycanlıların Kərbəla ziyarəti xoşagəlməz müdaxilələrlə, “kənar təsirlərlə” yadda qalıb.

Ziyarətdən yenicə dönən zəvvarlarımızın sözlərinə görə, Azərbaycandan gedənlərin bu dəfə çox olduğunu görən bəzi “din adamları” fürsəti fövtə verməyərək, ziyarətə gələnlər arasında  əməlli-başlı anti-Azərbaycan təbliğatı aparmağa çalışıblar. Xüsusən də hüquq-mühafizə orqanlarının 2 il əvvəl Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat müzakirəyə çıxarılaraq, dövlətin gördüyü nizamlayıcı tədbirlər “şiələrin sıxışdırılması, təqib olunması” kimi qələmə verilib.

Zəvvarların dediyinə görə, bu təbliğatda Rusiyada yaşayan, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Fəxri İlyasov, İranda təhsil alan Azər Cəbiyev, Famil Cəfərov adlı şəxslərin birləşdiyi qrup daha fəal olub.

Bundan başqa, hətta Nəcəf və Kərbəlada bir neçə yerdə divarlara Taleh Bağırzadənin, Mövsüm Səmədovun, eləcə də Nardaran əməliyyatı zamanı tutulanların şəkilləri yapışdırılaraq, onları “Azərbaycandakı islam mücahidləri”, “Azərbaycan şiələrinin liderləri” kimi təqdim ediblər.

Müsəlman Birliyi Hərəkatının üzvləri isə Nardaran əməliyyatı zamanı ölənlərin övladlarını da özləriylə götürərək, onları səfər boyu zəvvarlara “şəhid övladları” kimi tanıtdırıb, hakimiyyəti sərt tənqid ediblər…



Səfərlərini İranın bir neçə şəhəri üzərindən salanlarla isə Ərdəbil və Qumun Azərbaycan əleyhinə danışmaqda ixtisaslaşmış mollalarıyla, o cümlədən adı Azərbaycan ictimaiyyətinə yaxşı tanış olan Ədəbilin imam-cüməsi Seyid Həsən Amuli ilə görüşlər təşkil edilib, həmin görüşlərdə Azərbaycan əleyhinə sərt ifadələr işlədilib, xüsusən də hüquq-mühafizə orqanlarının Nardaranda keçirdiyi əməliyyat pislənərək, hakimiyyət-vətəndaş münasibətlərində ziddiyət yaradılmasına səy göstərilib, Azərbaycan dövlətinin öz vətəndaşlarının qayğısına qalmadığı, həbsə atdığı vurğulanıb.

Təəssüf ki, həmin “din xadimləri”nin bütün bu fəaliyyətlərində aydın bir xətt aşkarca nəzərə çarpıb: Azərbaycanda vətəndaş-hakimiyyət münasibətlərinə inamsızlıq toxumu səpmək, ziddiyyət, qarşıdurma yaratmaq, vətəndaşlarımızın dini duyğularından, məzhəb təəssübündən istifadə etmək, yararlanmaq, özlərini onların himayəçisi kimi təqdim etməklə, əməkdaşlığa cəlb etmək…



Ümid edirik ki, tez-tez ortaq din, dil, mədəniyyət, adət-ənənə, mənşə, mənəviyyat, coğrafiya birliyindən danışan bəzi “din təəssübkeşləri”, gec-tez, bu siyasətə son qoyacaq və Azərbaycana ona, həqiqətən, ən yaxın qonşu, dost və qardaş ola biləcək bərabərhüquqlu müstəqil dövlət kimi yanaşmağı bacaracaqlar…

Strateq.az






Xəbərin oxunma sayı : 499




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap