Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Mərkəzi Asiya İŞİD-in hədəfində:Əfqanıstanın şimalında neft-qaz hasil edir və yerli gənclərdən döyüşçü toplayır – Araşdırma

Tarix 12.12.17, 21:06

Font ölçüsü : - / +
bitmap-img6


Viktoriya Panfilova

Nezavismaya gazeta, 11.12.2017


Bu gün (dünən-red.) Aşqabadda Mərkəzi Asiya ölkələri və Əfqanıstan xarici işlər nazirlərinin görüşü baş tutub. Onlar bölgədə əməkdaşlıq və güvənlik məsələlərini müzakirə edib və iki konfransa qatılacaqlar. Əfqanıstanda böyük radikal qüvvələrin yenidən qruplaşması, hərbi əməliyyatların ölkənin şimalına keçməsi, narkotrafikin böyüməsi təkcə bölgə üçün deyil, həm də Rusiya üçün təhlükəyə çevrilir.

Suriya və İraqda İŞİD-ə qarşı əməliyyatın bitməsi başqa bölgələrdə sabitsizləşmə təhdidini yüksəldir – döyüşçülər yeni fəaliyyət yönləri və hərbi əməliyyatların başqa ölkələrin ərazisinə keçirilməsi üçü planlar hazırlayırlar.

Tacikistan XİN başçısı Sirociddin Aslov Əfqansıtanda radikal qruplaşmaların fəallığının artmasıyla bağlı narahatlığını ifadə edib. XİN mətbuat xidmətinin məlumatına əsasən, o bu günlərdə Vyanada ATƏT-ə  üzv ölkələrin xarici işlət nazirləri Şurasının toplantısının açılışında bildirib ki, “Əfqanısanda iri radikal qüvvələrin üsyanları, İŞİD döyüşçülərinin ölkənin şimalında peyda olması Tacikistan və ATƏT-in cənub hüdudları üçün də ciddi təhlükəyə çevrilib”. “Biz bir qonşu kimi etibarlı sülhdə, siyasi sabitlikdə və Əfqanıstanın iqtisadi bərpasında  maraqlıyıq”, – deyə Aslov bildirərək ümidini ifadə edib ki, “Əfqanıstan bölgəsəl ticari-iqtisadi inteqrasiyaya cəlb olunacaq”.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu Mərkəzi Asiya və Əfqanıstan problemlərinin araşdırılması Mərkəzinin direktoru Andrey Kazantsev “NG”-yə deyib: “Təhlükəsizlik planında Rusiya və sovetsonrası ölkələrin narahatlığını digərləriylə yanaşı daha çox məhz Əfqanıstan doğurur. Əfqanıstanın daxilində həm də radikal döyüşçülərin bir neçə toplanma istiqaməti var, şimal isə bunlardan biridir. Mərkəzi Asiya ölkələrindən radikallar, Çindən uyğurlar və çeçenlər bura axışırlar. Sonuncular “Xorasan” İŞİD-də çox idi. Döyüşçülərin çoxu Suriyada “ən-Nusra” hərəkatı sıralarında vuruşublar”.

Ekspertin fikrincə, bu terrorçu qurumlar ciddi təhlükə təşkil edir, çünki Əfqanıstan və Mərkəzi Asiyada götürdükləri zonalar var. Ekspert hesab edir: “Tacikistan və Qırğızıstan KTMT-yə daxildir və uyğun olaraq Rusiya tərəfdən müəyyən müdafiə zəmanətinə malikdir. Özbəkistanın yetərincə güclü ordusu və Əfqanıstanla uğurla qorunan kiçik sərhəd sahəsi var. Bölgədə zəif yer Türkmənistan-Əfqanıstan sərhədidir. Türkmənistanın neytral statusu var, ölkə hansısa hərbi-siyasi blokun üzvü ola bilməz və buna görə də hərbi yardım göstərilməsi məsələsi yalnız Aşqabadın özəl müraciətindən sonra həll oluna bilər. Buna görə də bölgə ölkələrinin güvənliyinin təmini üzrə bölgəsəl səylər Mərkəzi Asiyanın bütün ölkələrinin və birinci növbədə neytral dövlət kimi Türkmənistanın sabitləşdirilməsində böyük rol oynaya bilər”.

Kazantsev qeyd edir ki, ciddi problem yaranacağı halda Aşqabad BMT-yə müraciət edə bilər, lakin sülhməramlı missiyanın keçirilməsi üçün inandırıcı əsas lazımdır. Döyüşçülərinn sərhəd yanına toplanması isə hələ müraciət üçün səbəb deyil.

Bu arada Əfqanıstanın şimal bölgələrindən gələn xəbərlər nikbinliyi artırmır. Əfqan jurnalisti Əbu Müslüm Şirzad öz facebook səhifəsində xəbər verib ki, Əfqanıstanın şimal əyalətlərində guya neft və qaz axtarşıyla məşğul olan Fransa və Əlcəzair döyüşçüləri qeydə alınıb. Əfqanıstanın Fransa və Sudan yaraqlılarının Türkmənistanla həmsərhəd Dərzab və Kuştəpə qəzalarında neft və qaz hasilatını qaydaya salmağa çalışdıqlarını iddia edən yerli rəsmiləri də oxşar məlumatla çıxış ediblər. “Pajhwok” informasiya resursunun məlumatına əsasən, Cauzcan əyalətində İŞİD döyüşçülərinin öyrədilməsi üçün 300-ə yaxın gəncin hazırlıq keçdiyi gizli mərkəzlər fəaliyyətdədir. Dərzab qəzasında administrasiya rəisi vəzifəsini icra edən Baz Məhəmməd Dəvar danışıb ki, İŞİD bu yaxınlarda Moqul kəndində böyük yığım təşkil edib, cavanları, xüsusən də hələ 20 yaşa çatmayanları öz sıralarına çağırıb. Əyalət qubernatoru Lütfulla Əzizi bildirib ki, İŞİD Quştəpə və Dərzab qəzalarında, demək olar, bütün məktəbləri bağlayıb. Dərzab əyalət şurasının üzvü Həlimə Sədəf qeyd edib ki, “Kənd yerində adamların İŞİD-in tələblərini qəbul etməkdən savayı seçimi yoxdur”.

Tacikistan eksperti İlhom Nazriyev “NG”-yə xəbər verib: “İŞİD döyüşçüləri Türkmənistan istiqamətində möhkəmlənirlər. Onlar öz hakimiyyət orqanlarını yaradırlar. Azdan-çoxdan bacarıqlı yerli hakimiyyətin sayəsində vəziyyətin nisbətən sabit olduğu Bəlx əyaləti Özbəkistanla həmsərhəddir. Antihökumət qrupların durumu qarışdırmaq üçün bütün cəhdlərinin qarşısı hələlik uğurla alınır. Radikal qruplar Taciksitanla həmsərhəd əyalətlərdə hələlik qüvvə toplayırlar. Ötən istirahət günlərində Qunduz əyalətində hökumətin xüsusi bölmələri döyüşçülərin həmləsini dəf etməyə nail olub”.

O həmçinin xatırladıb ki, bu günlərdə qaçaqmalçılar dəstəsinin Əfqanıstan tərəfdən Tacikistan ərazisinə silahlı keçid cəhdinin qabağı alınıb. Döyüş toqquşması zamanı sərhəd dəstəsi komandiri, polkovnik Xayriddin Əhtəmov həlak olub, dörd sərhədçi yaralanıb. Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, döyüş yerində dörd “Kalaşnikov” avtomatı və 33 kq narkotik aşkarlanıb.

Nazriyevin fikrincə, Əfqanıstanın sərhədyanı qəzalarında yerli narkotik dəstələriylə İŞİD tipli radikal qruplaşmaların qovuşması gedir. Onun sözlərinə əsasən, Tacikistan sərhədçiləri bu ilin əvvəlindən narkotik qaçaqmalçılarının 10-dan çox silahlı keçid cəhdinin qabağını alıblar. Ekspert hesab edir – bu ondan xəbər verir ki, narkotik dəstələri narkotik kuryerlərinin döyüş dəstələrinə çevrilir. Onun fikrincə, sərhədyanında durum ağırlaşacaq, çünki Əfqanıstanda tiryək istehsalı çoxalır. BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin məruzəsinə əsasən, 2017-cı ildə xaş-xaş əkini sahələri 63% – 328 min ha-ya qədər böyüyüb ki, bu da əlavə 9 min ton narkotik istehsal etmək imkanı verir. Bu, Əfqanıstanın bütün tarixi boyu mütləq rekorddur. Son dərəcə təşviş doğurandır ki, əvvəlki illərdə xaş-xaşı Gilmənd əyalətində – ölkənin cənubunda yetişdirərdilər, amma indi Əfqanıstanın şimal əyalətlərində də bu işlə məşğul olurlar. Bu isə bildirir ki, narkokuryerlər lazım olacaq.

Nazriyev hesab edir: “Əfqanıstanda durumun kəskin şəkildə pisləşməsi gələn ilin yaz və yayına proqnozlaşdırılır. O cümlədən qarşıdakı prezident seçkilərinə görə. Hazırda Mərkəzi Asiya respublikaları ilə həmsərhəd bölgələrdə möhkəmlənən silahlı qruplar bundan istifadə edəcək”.

Tərcümə Strateq.az-ındır.          



Xəbərin oxunma sayı : 394




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap