Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Ordu ilə bağlı şok qərar! – Bundan sonra daxili siyasi sabitliyi də qoruyacaq!

Tarix 13.12.17, 22:05

Font ölçüsü : - / +
bitmap-img6


Silahlı Qüvvələr təyinatı ilə bağlı olmayan vəzifələrin də icrasına cəlb ediləcək  

Azərbaycan Silahlı Qüvvələrinə ölkə daxilində siyasi sabitliyi, ictimai asayişi və daxili ictimai təhlükəsizliyi təmin etmək həvalə olunur. APA-nın məlumatına görə, bu, yenidən hazırlanmış “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cü (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsində əks olunub.

Maddədə bildirilir ki, Silahlı Qüvvələr ölkədə daxili siyasi sabitliyin, Konstitusiya quruluşunun, ictimai asayişin qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində iştiak edir.

Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi Milli Məclisin qərarına əsasən həyata keçiriləcək. Bu barədə “Silahlı Qüvvələr haqqında” yeni hazırlanmış qanun layihəsinin 13-cü maddəsinin (Silahlı Qüvvələrin hərbi qulluqçuları tərəfindən hərbi xidmət vəzifələrinin icrası) 13.3-cü bəndində qeyd edilib.

Modern.az-ın məlumatına görə, yeni qanun layihəsində bildirilib ki, Silahlı Qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsi müvafiq icra hakimiyyəti orqanının təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisin qərarına əsasən həyata keçiriləcək.

Qeyd edək ki, hazırki “Silahlı Qüvvələr haqqında”  qanunun 2-ci maddəsində göstərilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri öz təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisinin qərarına əsasən cəlb oluna bilərlər.

Qanun layihəsi Milli Məclisin dekabrın 15-də keçriləcək iclasında ikinci oxunuşda müzakirə ediləcək.

sq-1-15108345751513163863





Xəbərin oxunma sayı : 766




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap