Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Neft Fondundan “Bitcoin” açıqlaması – “Böyük risklər daşıyır”

Tarix 15.12.17, 17:16

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan hökumətinin Bitcoin daxil kriptovalyutalra yatırım etməsi ilə bağlı çağırışlar səslənir. Bəzi Bitkoin istifadəçiləri ehtimal edir ki, bu sahəyə vaxtında yatırım etməklə indiyədək ölkəyə böyük vəsait gətirmək mümkün idi.

Amma ölkənin əsas investoru sayılan Neft Fondu bildirilib ki, fond bu bazarı izləsə də, onun böyük risklər daşıdığını və gələcəyi ilə bağlı “ciddi sualların olduğunu” hesab edir.

Fonddan bildirilib ki, ARDNF-in əsas fəaliyyəti vəsaitlərin idarə edilməsi sahəsidir və bir institusional investor olaraq Fond da dünya maliyyə bazarlarını, o cümlədən yeni trendləri daima izləyir və öz investisiya strategiyasında bunları nəzərə alır.

Ayrılıqda kriptovlayutalar bazarı xüsusi olaraq izlənilmir, lakin onların ümumi inkişaf trendləri, hazırki investor bazası, fərqli investorların bu barədə fikirləri öyrənilir, müvafiq araşdırmalar aparılır.

Fonddan xatırladıblar ki, ARDNF-nin investisiya fəaliyyəti, Azərbaycan Prezidenti tərəfindən təsdiq edilən İnvestisiya Qaydaları, İnvestisiya Siyasəti kimi müvafiq aktlarla tənzimlənir: “Amma bu sənədlərdə də nə potensial maliyyə aktivi, nə də valyuta kimi kriptovalyutalar yer almır və hal-hazırda da bununla bağlı hər hansı bir dəyişiklik nəzərdə tutulmur”.

Fondun ekspertləri kriptovalyutalar bazarı ilə bağlı mövqelərini də açıqlayıblar: «Ümumiyyətlə hal-hazırda kriptovalyutalar dayanıqlı bir maliyyə aktivi və ya valyuta kimi hər hansı bir fundamental dəyərə əsaslanmır və bu alətlərə daha çox individual investorlar tərəfindən spekulyativ məqsədlərlə yatırımlar edilir. Təbii ki, çox yüksək volatillik, bu bazarın tənzimlənməməsi və istər dövlət, istərsə də maliyyə qurumlarının yüksək çinli rəsmiləri tərəfindən daima bu barədə narahatlıqlar onların gələcəyi ilə bağlı əsaslı suallar yaradır”. /Fed.az




Xəbərin oxunma sayı : 352




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap