Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Eldar Mahmudov yenidən istinqda! – Çovdarov sabiq nazirin əleyhinə ifadə verib! (FOTOLAR)

Tarix 15.12.17, 20:12

Font ölçüsü : - / +
bitmap-img6


Sabiq Milli Təhlükəsizlik naziri Eldar Mahmudov bu gün yenidən Baş Prokurorluğun Ağır Cinayətlərə qarşı İstintaq İdarəsində ifadə verib.

“AzPolitika”ya daxil olan məlumata görə, bu dəfə sabiq nazir oğlu Anar Mahmudovun biznesi, ölkədən çıxardığı külli miqdarda pulla bağlı sorğu-sual edilib. A.Mahmudovun ölkədən xaricdəki şirkətlərinin adına çıxardığı vəsaitin ümumi məbləği 1 milyard dollardan artıq olub.

“Azadlıq” isə məlumat verib ki, artıq Akif Çovdarov da Eldar Mahmudovun əleyhinə ifadə verməyə başlayıb. Belə ki, Eldar Mahmudov oğlu Anar Mahmudovun adına Almaniyada qeydiyyatdan keçirilən şirkətin bank hesablarına köçürülən 1 milyard dollarla bağlı dindirilərkən, bu əməliyyatların şəffaf olduğunu və razılaşdırıldığını bildirib. Amma bu günkü istintaq prosesində yenilik üzə çıxıb. Belə ki, artıq azadlıqdan məhrum edilmiş general Akif Çovdarovun Eldar Mahmudova qarşı verdiyi ifadələr işdə yeni təfərrüatlar yaradıb. Akif Çovdarov bir neçə yüz milyon dolların taleyi ilə bağlı suallara cavab verərkən, bu pulları müxtəlif zamanlarda şəxsən Eldar Mahmudova təhvil verdiyini iddia edib.

E.Mahmudovun bugünkü istintaqdan çıxarkən çəkilmiş fotolarını təqdim ediirik:

25394261_160823758008123_541458373_n
25395134_160823761341456_998978608_n
25437268_160823754674790_2126169805_n




Xəbərin oxunma sayı : 1714




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap