Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Fazil Məmmədovun “qara kassası“ ölkədən qaçıb! – “Yeni nazir 1 milyard dolların yerini tapmalıdır”

Tarix 24.12.17, 21:31

Font ölçüsü : - / +
bitmap-img6


Fazil Məmmədovun vergilər naziri postundan qəfil çıxarılması gündəmin əsas mövzularından biri olaraq qalmaqdadır. İlin başa çatmasına günlər qalmış dövlət büdcəsinin gəlirlərinin toplanmasına məsul olan bir strukturun rəhbərinin dəyişdirilməsi gözlənilməz olduğundan, bunun səbəbləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülür. 

Düzdür, AzPolitika.info hələ bu ilin yayında mötəbər mənbələrdən əldə etdiyi bilgiyə əsaslanaraq, Fazil Məmmədovun səhhəti ilə bağlı istefaya göndərlməsini xahiş etdiyinə dair məlumlar yaymışdı. Ancaq ortada olan məlumatlar, müşahidələr işdən çıxarılmasının Fazil Məmmədovun özü üçün də gözlənilməz olduğunu göstərir. Yəni, onun məhz ərizəsi nəzərə alınaraq səhhəti ilə bağlı işdən çıxarılması versiyası artıq aktuallığını itirib.

Odur ki, 17 ildən artıqdır vergilər naziri postunu “işğal edən” Fazil Məmmədovun hansı səbəbdən tutduğu postdan kənarlaşdırılması ətrafında müzakirlər və araşdırmalar davam edir. Hazırda əsas versiya kimi Fazil Məmmədovun da “maliyyə xəyanətinə” yol verdiyi, iş adamlarından büdcəyə ödəmək adı ilə yığılan pulların əhəmiyyətli bir hissəsinin gizli yollarla xaricə çıxarıldığına dair faktların aşkarlanması göstərilir. Dəqiq rəqəm olmasa da, söhbətin ən azı 1 milyard dollardan getdiyi məlumdur. Bu pulların Fazil Məmmədovun yaxın ətrafı tərəfindən ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü və sonradan dünyanın bir çox yerlərində, o cümlədən Şərqi Avropa ölkələrində iri biznes layihələrinə, daşımaz əmlakın alınmasına yatırıldığı bildirilir.

“AzPolitika.info”ya verilən məlumata görə, neftin qiyməti düşdükdən sonra bir çox digər strukturlar kimi, Vergilər Nazirliyinin də malityyə fəaliyyətinin araşdırılmasna başlanılıb. Daha dəqiqi, Vergilər Nazirliyi tərəfindən iş adamlarından toplanan pulların dəqiq hesab-kitabı aparılıb. Bəzi məlumatlara görə, belə araşdırmaya Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi, vaxtilə vergilər nazirinin müavini işləmiş Natiq Əmirovun verdiyi bəzi məlumatlar zərurət doğurub…

Related image

Məhz bu araşdırmalar nəticəsində son illər iş adamlarından yığılmış milyard dollardan artıq “cirkli pul”un ölkədən çıxarılaraq, ofşor zonalarda yaradılan şirkətlərə ötürüldüyü, coxgedişli kombinasiyalar vasitəsilə “yuyularaq” Avropada və dünyanın bir çox yerində biznesə yatırıldığı məlum olub. Düzdür, bu əməliyyatların bilavasitə Fazil Məmmədovun təşəbbüsü ilə, yoxsa onun etibarından sui-istifadə edən yaxın ətrafı tərəfindən həyata keçirildiyi hələlik dəqiq məlum deyil. Ancaq istənilən halda bunun məsuliyyətini Fazil Məmmədov daşıdığından o, vəzifədən azad edilib. “Maliyyə xəyanətinə” yol verənlər arasında yalnız Fazil Məmmədovun biznes layihələrini reallaşdıranlar deyil, onun təqdimatı ilə təyin edilən bəzi icra başçılarının da olduğu bildirilir…

Hazırda yeni nazir Mikayıl Cabbarovun qarşısında qoyulan əsas vəzifələrdən biri də, məhz Vergilər Nazirliyinin xətti ilə yığılaraq müxtəlif yollarla xaricə çıxarılmış bu pulların geri qaytarılmasını təmin etməkdir. Cabbarovun bu çətin vəzifənin öhdəsindən necə gələcəyini söyləmək çətin olsa da, milyard dollardan artıq vəsaiti ölkədən və “ortadan” çıxaranlarla bağlı artıq cinayət işinin açıldığına dair məlumatlar var.

Image result for Mikayıl Cabbarov Fazil Məmmədov

Belə ki, “AzPolitika.info”ya verilən məlumata görə, Vergilər Nazirliyinin xətti ilə iş adamlarından yığılan qeyri-rəsmi pulların ölkədən çıxarılmasında nazirliyin keçmiş əməkdaşları, Fazil Məmmədoun etibarlı kadrları olan Fəxrəddin Qəmbərovun və Qafar Qurbanovun adları hallanır. Ölkədən çıxarılan və “it-bata” düşən böyük pulların da bu şəxslərin, xüsusən də Fəxrəddin Qəmbərovun “əlindən keçdiyi” bildirilir. Bəs kimdir bu adamlar?

Uzun illər prokurorluq orqanlarında işləyən Fəxrəddin Qəmbərov F.Məmmədovun yaxın dostlarından biri kimi tanınıb. Məhz bu dostluğa görə F.Məmmədov onu ən “pullu” vəzifələrdən birinə – Vergilər Nazirliyi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini vəzifəsinə təyin edib. Ancaq idarəyə faktiki rəhbərliyi o həyata keçirib. Bununla paralel sabiq nazir Qərb bölgəsində olan biznesinin idarə edilməsini də ona etibar edib. F.Məmmədov bərkdən-boşdan çıxan dostuna 2005-ci ildə mandat almağa da çalışıb. Ancaq Fəxrəddin Qəmbərov 103 saylı Gədəbəy seçki dairəsindən deputat seçilməyə yaxın olsa da, Konstitusiya Məhkəməsi onunku da daxil, 6 seçki dairəsinin nəticələrini ləğv edib.

Bundan sonra Qərb bölgəsindən olan F.Qəmbərovu F.Məmmədov bölgənin mərkəzi şəhərinin – Gəncənin İcra Hakimiyyətinin başçısı postuna gətirmək istəyib, ancaq buna da nail ola bilməyib.

Ölkəyə neftdən böyük pullar daxil olduqdan sonra bir çox məmur kimi Fazil Məmmədov da xaricə “açılmağa” başlayıb. Verginin iş adamlarından yığdığı qeyri-rəsmi pulların əhəmiyyətli hissəsi xaricdəki böyük biznes layihələrinə yönəldilib. Bu zaman “çirkli pulların” ofşor şirkətlər vasitəsilə “yuyularaq” Avropada təmiz sərmayə kimi biznes layhihələrinə yatırılmasına ehtiyac yaranıb. F.Məmmədov təbii ki, bu işi etimad göstərdiyi şəxslərə, o cümlədən F.Qəmbərova həvalə edib. Onu formal olaraq özünə müşavir təyin edərək (ötən ilin ortalarına qədər adı müşavirlərin siyahısında gedirdi- müəl.), xaricdəki biznes layihələrini reallaşdıracaq şirkətlərin başına gətirib.

скачанные файлы

F.Qəmbərovun ölkədən çıxarılan “çirkli pul”ları hansı vasitələrlə “təmizləyərək” biznes layihələrinə yönəltdiyi, “it-bata” düşən 1 milyard dollardan artıq vəsaitin nə qədər hissəsinin onun üzərində olduğuna dair dəqiq bilgilərimiz yoxdur. Ancaq ötən il “Azadlıq radiosu”nun yayımladığı araşdırmadan belə məlum olur ki, F.Qəmbərov “böyük oyunçu” olub. Onun kənd təsərrüfatı xammalı və mal-qaranın, toxuculuq xammalı və yarımfabrikatlarının, eləcə də yanacaq, metal filizi və s.-in satışı üzrə biznesi var. Radionun məlumatına görə, Britaniya qaynaqları Fəxrəddin Qəmbərovun 2009-cu ilin yanvarında “FG Trade İnternational Limited” şirkətini qurduğunu bəyan edir: “Bundan sonra sirkətin səhmləri əldən-ələ keçsə də, o, 2013-cü ilin iyununda yenidən həmin qurumun tam sahibinə çevrilir; əvvəlcə səhmlərin 100 faizi “Triangle Investments & Development LTD” şirkətinə ötürülür, bir il ötəndən sonra səhmlərin dörddə biri Fəxrəddin Qəmbərova qaytarılır. 2011-ci ildə 50 faizlik səhm zərfi “Akasa Associates SA” şirkətinin mülkiyyətinə verilir, növbəti il “Triangle Investments & Development LTD” 25 faizlik hissə zərfini Fəxrəddin Qəmbərova qaytarır. Nəhayət, 2013-cü ildə ötür-ötür oyununu başa çatır – o şirkətdən “Akasa Associates SA” da çıxır. Hazırda Fəxrəddin Qəmbərov şirkətin tam sahibidir. Bu illər ərzində şirkətə litvalı xanım direktor – Lina Rimkute rəhbərlik etməkdədir. Hesabatlara görə, “FG Trade İnternational Limited” şirkətinin ticarəti Körfəz ölkələrinədək uzanır. Onun Qətər dövlətində “FG Capital LLC” törəmə şirkəti də var”.

Göründüyü kimi, Fəxrəddin Qəmbərov xaricdə qurduğu şirkətlər və ötür-ötür oyunları vasitəsilə verginin iş adamlarından qeyri-rəsmi topladığı pulları dünyanın bir ucundan o biri ucuna səpələyib. MTN-dəki təmizləmlərdən bir müddət sonra isə Fəxrəddin Qəmbərovun Bakı ilə əlaqələrini kəsərək, “yoxa çıxdığı” bildirilir. Hazırda Fəxrəddin Qəmbərovla bağlı cinayət işinin açıldığı və axtarışa verildiyi də verilən məlumatlar sırasındadır.

fazil_m767_431-1512558372

Fazil Məmmədovun xaricdəki biznes layihələrini idarə edənlərdən biri kimi tanınan Qafar Qurbanov da əvəllər Vergilər Nazirliyində çalışıb. Sonradan Fazil Məmmədov ona biznes obyektlərinin idarə edilməsini həvalə edib. 2006-cı ilin noyabrından 2011-ci ilin aprelinədək “AtaHolding” ASC İdarə Heyətinin sədri vəzifəsində işləyib. Daha sonra isə holdinqin Müşahidə Şurasına üzv seçilib. Bir müddət sonra isə Fazil Məmmədovun ailə şirkətinə – “Synergy Group” ASC-yə transfer edilib. Elə həmin vaxtlardan Qafar Qurbanov “Triangle Group”un İdarə Heyətində təmsil olunur.
Çoxsaylı şirkətlərin idarə olunmasına qatılan Qafar Qurbanov 2015-ci ilin oktyabrında qurulan “Oldbourne & Oldbourne Hospitality Limited” şirkətinə də başçılıq edir. “Anglia Real Estate Portfolios limited”in (Guernsey) təsis etdiyi bu şirkətin otelçilik sahəsində çalışacağı güman edilir. Eyni zamanda Qafar Qurbanov Litvada maliyyə vasitəçiliyi sahəsində çalışan “4 In” şirkətinin də rəhbəridir.

Onun adı Monteneqronun Kumbor adasından tutmuş,  Londonda dəyəri 100 milyonlarla dollar olan layihələri həyata keçirən şirkətlərin sahibi kimi hallanır. Düzdür, Qafar Qurbanovun “maliyyə xəyanətinə” yol verdiyi və  onunla bağlı cinayət işininin açılıb-açılmadığı barədə məlumat yoxdur. Ancaq o da “kiçik oyunçu” olmayıb.  Azadliq radiosunun araşdırmasına görə, Qafar Qurbanov 2008-ci ildən bəri Metin Güvener adlı şəxslə 50/50 prinsipi ilə qurduğu “Triangle Investments & Development Limited” şirkətlər qrupu vasitəsilə dünyanın müxtəlif ölkələrində 100 milyonlarla dollarlıq layihələr həyata keçirir.  Kifayət qədər iri bir şirkət olan “Triangle Investments & Development Limited”in törəmə qurumlarının Britaniya və Azərbaycanda, Baltikboyu respublikalarda və Balkanlarda, eləcə də bəzi MDB ölkələrində əmlak və biznes maraqlarının olduğu məlumdur. Onun tərkibində Britaniyada, Türkiyədə, Belçikada, Litvada və sair ölkələrdə yaradılmış şirkətlər Azərbaycanda verginin qeyri-rəsmi yığdığı pullar hesabına əmlakar, biznes strukturları almaq, müxtəlif layihələr həyata keçirməklə məşğul olublar.

Qrupun təkcə Litvada iki lüks otelinin olduğu bildirilir. Eyni zamanda Qrupa daxil “Triangle (Property) Limited” şirkətinin Türkiyənin İstanbul, Ankara və İzmir şəhərlərində,  İngiltərənin paytaxtı Londonda, Fransada  və  hətta ABŞ-da müxtəlif daşınmaz əmlakdan ibarət portfelinin də olduğu məlumdur. 

Düzdür, sözügedən şirkətin səhmlərinin hamısı 2014-cü ilin aprelində Britaniya və Fransa arasındakı Guernsey offşor bölgəsində yaradılmış “Triangle Holdings Limited” şirkətinə satılıb. Ancaq Qrupun korporativ saytından məlum olub ki, qurucu və sahiblər yenə Qafar Qurbanov və Metin Güvenerdir. Yəni şübhə yoxdur ki,  bu satışda formal xarakter daşıyıb, hansısa əməliyyatların izini itirmək və ya  yeni çoxgedişli kombinasiyalar qurmaq məqsədilə həyata keçirilib.

Hansı ki, bu cür əməliyyatlar və çoxgedişli kombinasiyalar nəticəsində ölkədən çıxarılan milyard dollardan artıq vəsait “yoxa çıxarılıb”. Bu pullar iş adamlarını soyaraq, bəzən iş yerlərinin, biznes obyektlərinin bağlanılması hesabına əldə edilib. Bu isə Fazil Məmmədovun və komandasının yalnız dövlətin milyard dollarlarla pulunu xaricə çıxarmaqla deyil, həm ölkədə işgüzar mühiti məhv etməklə, iş adamlarını didərgin salmaqla Azərbaycana  böyük zərbə vurduğunu söyləməyə əsas verir.





Xəbərin oxunma sayı : 2107




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap