Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

ABŞ Suriyada saxta dövlət – Suriya Kürdüstanı yaratmağa girişib –Təhlil

Tarix 16.01.18, 21:08

Font ölçüsü : - / +
bitmap-img6


Marina Baltaçeva, Nikita Kovalenko

vzqlyad.ru, 15.01.2018

ABŞ-ın indiki prezidenti “İŞİD-in canını alandan” sonra Suriyadan getməyi seçkilərdən qabaq vəd etsə də, gerçəklikdə əksi alınıb. Əslində, Vaşinqton yeni saxta dövlət – Suriya Kürdüstanı qurmağa başlayıb və artıq sərhədləri qorumaq üçün 30 min süngülük təhlükəsizlik qüvvələri hazırlayır. Rusiya ekspertləri ABŞ-ın cəhdini Yaxın Şərqdə “sərhədlərin yenidən çızılması” kimi dəyərləndiriblər.

Suriyanın SANA dövlət informasiya agentliyi xəbər verir – Dəməşq bazar ertəsi ölkənin şimali-qərb sərhədlərində Birləşmiş Ştatların “Sərhədlərin təhlükəsizliyi qüvvələri” formalaşdırmaq haqda qərarını pisləyib.

Suriya XİN-də ABŞ-ın niyyətini “suverenliyə və Suriyanın ərazi bütövlüyünə qarşı yolverilməz təcavüz və beynəlxalq hüququn yaramazcasına pozulması” kimi təsvir ediblər. Ölkə hökuməti habelə beynəlxalq birliyi “Birləşmiş Ştatlar administrasiyasının təkəbbürlü və hegemonçu siyasətinə” son qoymağa çağırıb.

Ankara və Moskvada da Vaşinqtonun Suriyada öz himayəsi altında kürdlərdən və onlara müttəfiq ərəblərdən yeni ordu qurmaq qərarından qəzəbləniblər. Amerika koalisiyası təmsilçisi Tomas Vil sözarası xatırladıb ki, İŞİD-in darmadağınından sonra Pentaqonun Suriyada qalmağa birbaşa heç bir hüququ olmayacaq. Lakin o, Vaşinqtonun yad ölkədə saxta ordu yaratmaq kimi bu cür geniş jetsləri hansı hüquqi əsasda özünə rəva bildiyi haqda izahat verməyə girişməyib.

Xatırladaq ki, ABŞ başçılığı altındakı beynəlxalq koalisiya Suriyada yeni hərbi strukturu – Sərhədlərin Təhlükəsizliyi Qüvvələrini (STQ) elan edib. Koalisiyanın “Defense Post” nəşrinin istinad etdiyi mətbuat xidməti təmsilçisi Tomas Vil məlumat verib: “Koalisiya Suriyanın yeni sərhədlərin təhlükəsizlik qüvvələrinin yaradılması və öyrədilməsi üzərində Suriya Demokartik Qüvvələri (SDQ) ilə birgə işləyir”.

Vil deyib: “Mahiyyət üzrə yeni güc strukturu üçün baza SDQ-nin sərhəd təhlükəsizliyi qüvvələri qismində yeni missiyaya qruplaşdırılacaq 15 minə yaxın təmsilçisidir, çünki onların İŞİD-ə qarşı mübarizəsi başa çatır”. O, əlavə edib ki, təxminən, 230 nəfər artıq “ilk sinfi”, yəni hazırlığın birinci səviyyəsini keçib.

Koalisiya STQ-nin sayını haradasa 30 min nəfər planlaşdırır. Ekspertlər bu gün SDQ qruplaşmasının sayını da əksəriyyəti kürd könüllülərindən ibarət 30-40 min döyüşçü kimi dəyərləndirirlər.

Vil əlavə edib ki, “təhlükəsizlik qüvvələri” Fərat çayı vadisində – SDQ tabeliyindəki ərazinin qərb yaxası, həmçinin İraq və Türkiyə sərhədi boyunca yerləşəcək.

ABŞ-ın təşəbbüsü Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu günlərdə türk hərbçilərinin həftə ərzində Suriyanın şimali-qərbində kürdlərə tabe Mənbic və Afrin bölgələrində əməliyyata başlaya biləcəyi haqda məlumatından sonra səslənib. Ərdoğanın mətbuat katibi İbrahim Kalın Vilə etiraz edib: “ABŞ terrorçu təşkilatı qanuniləşdirən addımlar atır – bu, rahatsızlıq doğurur”.

Ankara “terrorizmlə hər cür mübarizə” hüququnu özündə saxlayır – özü də həm ölkə daxilində, həm də hüdudlarından kənarda. RİA Novosti Kalına istinad edir: “Türkiyə öz güvənliyinin təminatı üçün bütün tədbirləri görəcək”.

Hərbi ekspertlər ehtimal edirlər ki, İŞİD yaraqlıları tam əzilməyincə özəl sərhəd qüvvələri həqiqətən də gərək olacaq. “Suriyada sərhədlərin təhlükəsizliyi qüvvələrinin yaradılması birinci növbədə İraq sərhədinə toxunur, – İnnovasiyalı İnkişaf İnstitutu Yaxın Şərq münaqişələrinin araşdırılması bölməsinin rəhbəri Anton Mardasov “Vzqlyad” qəzetinə izah edib və xatırladıb. – Sərhədin başqa hissəsində artıq çoxdan “Amerika yanğın dəstələri” yaradılıb və kürd-Türkiyə kəskinləşməsi zamanı bir anda ortalığa çıxırlar. Onlar bu ərazinin ciddi atəşə tutulmasına qarşı zamindirlər”.

Onun fikrincə, Suriya-İraq sərhəd zolağı sağ qalmaq baxımından İŞİD üçün önəmli bölgədir. Bura dərin uçuntular, mağaralarla dolu, nəzarət edilməsi çətin səhra sahələridir. Bu tunellərdə vaxtilə “əl-Qaidə” məskən salıb. Mardasov qeyd edir – Amerika ordusu İraq müharibəsi zamanı yaraqlıları oradan çıxarmağa çalışarkən hiss olunacaq itkilər verib. “Orada qalan yaraqlıları effektli şəkildə ələ keçirmək üçün ərazini yaxşı tanıyan, təzələnmiş sərhəd gücləri lazımdır, – ekspert vurğulayıb. – Oranı hətta başqa əyalətlərdə yaşayan suriyalıların da hamısı tanımır, çünki yetərincə məxsusi yerdir”.

Amerikalılar “şaqqalamağa” girişiblər
 
Vaşinqtonun qərarına qarşı kəskin etirazlar bazar etəsi Rusiya parlamentində də səslənib. Ankaradakı kimi Moskvada da hesab edirlər ki, STQ-nin yaradılması ərəb respublikasının şimalında gələcək saxta kürd dövlətinin yaradılmasına ilk addım olacaq. Federasiya Şurası informasiya siyasəti üzrə komitənin sədri Aleksey Puşkov xəbərdarlıq edib ki, Ştatların Suriyanın şimalında öz himayəsi altında təhükəsizlik qüvvələri yaratması respublikanı faktiki parçalamağa yoldur. O öz Twitter-ində yazıb:

“ABŞ rəsmən vahid Suriyanın lehinədir. Əməldə parçalanması uğrundadır”.

Onun yuxarı palata üzrə həmkarı, beynəlxalq komitənin başçısı Konstantin Kosaçev qeyd edib ki, ABŞ-ın bu cür hərəkətləri BMT Nizamnaməsini pozur. Senator RİA Novosti-yə bildirib ki, İŞİD-lə mübarizə birtərəfli və uzlaşdırılmamış fəaliyyətə tab gətirmir. Onun sözlərinə görə, amerikalılar bunda “2014-ün avqustunda terrorçulara qarşı öz mübarizəsini açmağa başlayanda” buna dəfələrlə əmin olmalıydılar”.

Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitə başçısı Leonid Slutski (RLDP) bildirib ki, ABŞ-ın planları Bəşər Əsədi devirməkdə əvvəlki planlardan xəbər verir.

“İnterfaks” Slutskidən sitat gətirib: “Koalisiyanın yeni qüvvələri hansı məqsədlərlə yaradılır? Hələ bunu demirik ki, Qərb hərbi qüvələrinin Suriya ərazisində olmasının davamı onun suverenliyini pozur. Bu cür xətt sübut edə bilər ki, ABŞ-ın gerçək məqsədi beynəlxalq terrorizmlə mübarizənin davamı deyil, rejimi istənilən qiymətə dəyişdirməkdir”.

Onun aşağı palata üzə həmkarı, müdafizə üzrə komitə rəhbəri Vladimir Şamanov (“Vahid Rusiya”) isə ABŞ və tərəfdaşlarının hərəkətini beynəlxalq qaydalar baxımından “ədəbsizlik” adlandırıb və bildirib ki, “onların anlaşılmaz maraqların müdafiəsi üzrə donuz davranışı artıq nəzakətin bütün məqbul çərçivələrini aşıb”.

Amerikanın hərəkəti Rusiya maraqlarına birbaşa ziddir, buna görə də, Şamanov vəd edib: sözsüz, “biz və Suriyada durumun sabitləşməsi üzrə həmkarlarımız hansısa tədbirlər görəcəyik”.

Dəməşq də naz etməməlidir

Anton Mardasov hesab edir ki, əksinə, Vaşinqtonun qərarı dolayısilə hətta Moskvaya da sərfəlidir, çünki indi əsas vəzifə Dəməşqi ərəb cəmiyyətinin müxtəlif kəsimlərilə barışdırmaq olur, STQ-nin formalaşması Bəşər Əsədi dialoqda daha üzüyola edəcək.

Həmsöhbətimiz əlavə edir – amerikalılar bu amildən Dəməşqə basqı üçün yararlanacaq ki, o, kürdlərlə anlaşsın. Mardasov gileylənir: “Dəməşqi siyasi tənzimləməyə meylləndirmək zəruridir, çünki indi bizim BMT-dəki təmsilçilərimiz də qeyd edirlər ki, Dəməşq son uğurlar fonunda yuvasına çəkilib və bəzi qərarları açıq şəkildə sabotaj edir”.  

Hərbi ekspert həmçinin hətta Amerika əsgərlərinin Suriyada olmasını faydalı sayır. Ekspert əmindir ki, amerikalıların gedişi heç kimə lazım deyil. O, yada salır ki, ərəb tayfalarının Dəməşqlə “tarixən çox mürəkkəb münasibətləri var”.

Onun fikrincə, STQ-də isə “əlbəttə, kürd amili güclüdür”, amma unutmağına dəyməz ki, ona ərəb tayfaları da daxildir.

Ekspert xülasə edir: “Dəməşq bütün bu şərq ərazilərinə nəzarət etmək iqtidarında deyil. Ora şiə birləşmələriylə nəzarət etmək təhlükəlidir – bütün radikal ünsürlər öz auditoriyasını genişləndirmək üçün təbliğat amilindən istifadə edirlər. Buna görə də bu torpaqlara həqiqətən də nəzarət edəcək çox ciddi qüvvələr lazımdır”.

Tomas Vil adına sərhəd

Diqqətlə baxılsa, Tomas Vilin bəyanatında adı çəkilən hüdudlar SƏR-in məhz şimal hissəsini çevrələyir. Bu qayda ilə güman etmək olar ki, bu, ərazisi yuxarıda göstərilən sərhədlərin daxilində yerləşən qondarma ŞSF ideyasının sonrakı inkişafı olacaq.

Din və siyasət İnstitutunun prezidenti, şərqşünas Aleksandr İqnatenko “Vzqlyad” qəzetinə bildirib: “Bu bildirir ki, Birləşmiş Ştatlar Suriya ərazisində nəsə bir anklav formalaşdırır. Hazırda söhbət saxta dövlət qurumlarının yaradılmasından gedir”.

O xatırladıb ki, kürdlərin özləri Suriyanın şimalında Şimali Suriya Federasiyasını (ŞSF) elan edərək artıq bu cür prosesə başlayıblar. İqnatenko qeyd edir – istisna etmək olmaz ki, yaradılan anklav nəticədə ancaq kürdlərin olacaq. Ancaq ekspertin fikrincə, daha çox həm kürd, həm ərəb, həm assurların olacaq. Bu, SDQ-yə daxil olan bütün qruplaşmalardır. O, qeyd edir ki, ŞSF-nin yaradılması və inzibati yönəldilməsində həm ərəblər, həm də müxtəlif millətlərdən xristianlar iştirak edirlər, amma üstünlük kürdlərə qalır. Lakin İqnatenko əmin deyil ki, məsələ ŞSF-nin Dəməşqdən rəsmən ayrılmasına qədər gedib çıxacaq, çünki Suriyanın bölünməsi bütün iştirakçılar üçün gözlənilməz nəticələrə səbəb olar, müharibə xeyli illər uzana bilər.

Ekspert göstərib: “Böhrana dəxli olan bütün fəal qüvvələr Suriyanın bütövlüyündən danışdığından, ola bilsin, variantlardan biri Suriyanın federallaşdırılması və ya hətta konfederallaşdırılması olardı. İstisna etmək olmaz ki, Soçi prosesində söhbət bundan gedəcək”.

Xarici işlər naziri Sergey Lavrov da bazar ertəsi bildirib ki, Vaşinqton Suriyanın ərazi bütövlüyünün saxlanmasını istəmir. Nazir qeyd edib: “Hərfən dünən ABŞ-ın nəsə sərhəd təhlükəsizliyi zonaları yaratmaqda Suriyanın demokratik deyilən qüvvələrinə yardım etmək təşəbbüsü haqda elan olunub. Bu, böyük hesabla Türkiyə və İraq sərhədləri boyunca böyük bir ərazinin ayrılmasını bildirir”.

Tərcümə Strateq.az-ındır.



Xəbərin oxunma sayı : 376




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap