Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Daha iki nazir müavini vəzifələrindən kənarlaşdırılıb – Yeni nazirlikdə dəyişikliklər

Tarix 22.01.18, 19:29

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz ki, prezident İlham Əliyev 12 yanvar 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturunu təsdiq edib.

Bu sənədin təsdiq olunması ilə ləğv olunmuş Nəqliyyat Nazirliyində nazir müavini vəzifələrini tutmuş Arif Əsgərovla Musa Pənahovun talelərinə də aydınlıq gəlmiş olub. Onlar nazir müavini statusunu itiriblər.

Xatırladaq ki, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdikdən sonra Nəqliyyat Nazirliyində rəhbər vəzifələrdə çalışmış bir sıra vəzifəli şəxslərlə bağlı qeyri-müəyyənlik yaranmışdı. Bu sıradan Musa Pənahovla Arif Əsgərovun məsələləri də açıq qalırdı. Lakin unikal.org xəbər verir ki, Nazirliyin yeni strukturunun təsdiq olunması ilə Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini vəzifələrini tutmuş İltimas Məmmədovla Elmir Vəliyev kimi, Musa Pənahov və Arif Əsgərov da rəhbərlikdən kənarda qalıblar.

Xatırladaq ki, artıq Əli Abdullayev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin rabitə sahəsi üzrə müavini vəzifəsinə təyin olunub. Nəqliyyat üzrə müavin vəzifəsi isə hələlik boşdur. İstisna deyil ki, bu vəzifəyə məhz Musa Pənahov təyin olunacaq.

V.Nəsibov
AzPolitika.info



Xəbərin oxunma sayı : 1333




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap