Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Almaniyada erməni iş adamlarıyla birgə biznes quran icra başçısı kimdir?

Tarix 24.01.18, 6:34

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, 25-ci ildir işğal altında olan Kəlbəcərin məşhur Zod qızıl mədənlərinin birbaşa Rusiya tərəfindən istismar edilməsi haqda informasiyalar yayılıb. Bu haqda son günlər qanunsuz olaraq Ermənistan ərazisindən Azərbaycan torpaqlarına daxil olan rus səyahətçi blogerlərdən biri məlumat verib.

Əslən Kəlbəcər rayonuyla qonşu qədim Göyçə torpağındakı Zod kəndindən olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev moderator.az-a açıqlamasında məsələyə münasibət bidlirib. Həmin açıqlamadan bir hissəni cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
“Əgər bu gün Azərbaycanda icra başçılarından biri Almaniyanın Köln şəhərində erməni iş adamlarıyla birgə böyük poliklinika açırsa, ermənilər, əlbəttə ki, Qarabağda istədiklərini edəcəklər… Belələri bir deyil, iki deyil… Azərbaycan dövlətindən taladıqları milyardlarla pulları xaricdə ermənilərlə birgə yeyib-dağıdırlar… Elə bu yaxınlarda vəzifəsindən azad edilmiş Fazil Məmmədov… Neçə xarici ölkədə fabrik, zavod, otel açıb…. Bunların heç biri Qarabağ haqqında, işğal altındakı torpaqlar haqda düşünmür… Belələri Azərbaycan dövlətinə yalnız gəlir mənbəyi kimi baxır, milyardları talayıb xaricdə erməni qohumlarıyla şərik biznes qurub kef edirlər… Ona görə də belə korrupsionerlər, işdən azad edilmiş rüşvətxor məmurlar təcili şəkildə həbs oedilməli, ölkədə sağlam bir mühit yaradılmalı, milli ruh yüksəldilməli, televiziyalarımız yarımçılpaq qadınlardan azad edilməli, bütün təbliğat torpaqlarımızın azadlığına yönəldilməlidir. Yalnız bu halda biz torpaqlarımızı işğaldan azad edə bilərik…”



Xəbərin oxunma sayı : 973




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap