Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Məşhur verilişlə bağlı qalmaqal – “Birinciliyin mənə verilməsi üçün Mübariz Əsgərovla anlaşmışdıq”

Tarix 05.02.18, 22:56

Font ölçüsü : - / +
bitmap-img6


“Hər yerindən duranı məhkəməyə versək, gərək heç bir iş görməyək”

Bu dəfə Mübariz Əsgərova “qulp” qoşulur

Şair Rauf Qərib ARB telekanalında yayımlanan “Xalqın şairi” verilişi haqqında qalmaqallı status yazıb.

Minval.info xəbər verir ki, şair Rauf Qərib Alagöz özünün facebook səhifəsində ARB telekanalında yayımlanan “Xalqın şairi” verilişi və aparıcısı Mübariz Əsgərov haqqında söz-söhbətlərə səbəb olan status paylaşıb.

Onun sözlərinə görə Mübariz Əsgərova veriliş haqqında ideyanı o verib. Şair iddia edir ki, mükafata Şəkidəki bağ evini qoyacağını söz verib və birinciliyin ona verilməsi üçün Mübariz Əsgərovla razılaşıb.


Lakin qısa müddət sonra Rauf Qərib Alagöz razılaşmaya müxalif çıxıb, iştirak etməyəciyini, evi də verməyəcəyini deyib. Ona görə də verilişin final mərhələsi mart ayına saxlanılıb: 

“Bunu yazmağı özümə borc bildim, artıq dayana bilmirəm. Etiraf edirəm ki, Mübarizə “Xalqın Şairi” ideyasını mən vermişdim. Hətta Şəkidə bir bağ evimin olduğunu, müsabiqəyə o evi qoyacağımı, axırda da qalib məni etməsi gərəkdiyini demişdim, razılaşmışdıq. Həm o reklam tutub pul qazanacaqdı, həm də mən “Xalqın Şairi” olacaqdım.

Müsabiqə başlayandan sonra nəsə fikrimi dəyişdim və müsabiqəyə qatılmayacağımı, evi də verməyəcəyimi dedim. Bundan sonra ev verə bilməyəcəklərini anlayıb, öz dost-tanışlarından birini birinci edib, söhbəti bağlamağa çalışdılar, amma hay-küy düşdü.

Gördülər bu da olmur, ona görə şounun final mərhələsini guya mart ayına saldılar ki, unudulub getsin. Bunun üçün müsabiqəyə qatılan bütün iştirakçılardan üzr istəyirəm”.

Mübariz Əsgərov qalmaqallı ittihamlara cavab verib. O, minval.info-ya açıqlamasında bildirib ki, verilişin ideyası 3-4 il əvvəl onun ağlına gəlib:

“Bu zamana kimi bir çox layihə həyata keçirtmişəm, hamısının da ideyaları özümə aid olub. Mənim dünya görüşüm və təhsilim heç o səviyyədə deyil ki, başqalarının ideyalarını oğurlayım, insanları aldadım. Aparıcısı olduğum verilişlər insanların maariflənməsinə və yaradıcı fəaliyyətlə məşğul olan şəxslərin tanıdılmasına yönəlib. Xalqın şairi verilişi də ucqar kəndlərdə yaşayan, heç kimin tanımadığı neçə-neçə şairi efirə çıxardıb, özünü ifadə etməsinə şərait yaradıb.

Bu layihə haqqında sosial şəbəkələrdə qərəzli yazılar paylaşan şəxslərin çoxu da “Xalqın şairi”ndə iştirak edənlərdir, onları insaflı olmağa səsləyirəm. Verilişin ideyası üç-dörd il əvvəl ağlıma gəlib”.

M.Əsgərov Rauf Qəribi səsləndirdiyi ittihamlara görə məhkəməyə verməyəcəyini də deyib:“Hər yerindən duranı məhkəməyə versək, gərək heç bir iş görməyək”.






Xəbərin oxunma sayı : 514




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap