Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Türkiyənin yeni xarici siyasəti: müdafiədən hücuma – Davutoğlunun “sıfır problem“ doktrinasından niyə imtina olundu? - TƏHLİL

Tarix 06.02.18, 5:34

Font ölçüsü : - / +
bitmap-img6


Şəhab əl-Məkahlə

“Əl-Ərəbiyyə”


Türkiyə, Qətərin Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirlə mübahisəsini bölgədə tarixi bir fürsət qazanmaq üçün istismar etməyə çalışır. Onun regional güc arzusu iqtisadiyyatının zəifliyinə görə əldə edilə bilməyən böyük maliyyə imkanları və bir çox böhranlar, xüsusilə də ABŞ-la gərginlik ucbatından xam xəyaldır. Beləliklə, Türkiyə prezidenti Ərdoğan Qətər və Rusiya ilə əlaqələrini Ankaranın maliyyə problemləri üçün həlledici hesab edir.

Türkiyə regionda ayaq izlərini saxlayıb və 2011-ci ildə təsirini genişləndirib. Əsasən Yaxın Şərqdəki "Ərəb baharı"nın doğurduğu tarixi imkanları, Türkiyə və İran kimi, bir çox ölkələr istismar edib.

“Ərəb baharı”nın doğurduğu fürsət


Ankaraya gəlincə, “Ərəb baharı” siyasi İslam hərəkatlarına (məsələn, “Müsəlman Qardaşları”) Misir, Tunis və Liviyada hakimiyyətə gəlməyə imkan verib və Türkiyə bu hərəkatların əsas tərəfdarı olub. Digər tərəfdən, Tehran Ərəb dünyasındakı nümayişlərdən bölgədə söz sahibi olmaq və nüfuzunu artırmaq üçün faydalanıb.

Hədəflərinə və maraqlarına nail olmaq üçün Ankara bir çox regional böhranlara qətiyyətlə müdaxilə edib. Birləşmiş Ştatların strateji əlaqələri ona tam dəstəyi təmin edib. Türkiyənin uzun illər yürüdülən xarici siyasət kursundan uzaqlaşıb yeni bir yanaşma tətbiq etməsinə qədər Vaşinqton və Ankara ümumi maraqlara xidmət ediblər.

Türkiyənin Yaxın Şərqdə, o cümlədən Tunis, Liviya və Misir, eləcə də Suriyadakı proseslərdə iştirakı bir neçə il bundan əvvəl Davosda Ərdoğanla ovaxtkı İsrail prezidenti Şimon Peres arasında baş verən ictimai müzakirələr, “Mavi Mərmərə” hadisəsi və Türkiyənin bəzi ərəb nümayişlərinə yumşaq güc təsirli dəstək və bundan istifadə edilməsi səbəbinə görə artıb.

Ümumiyyətlə, Türkiyənin Yaxın Şərq və xüsusilə Ərəb dünyasında strateji perspektivini Soyuq müharibə müəyyənləşdirib. Sovet İttifaqının Yaxın Şərqdəki təsirini məhdudlaşdırmaq üçün Ankaranın strateji perspektivi formalaşdırılıb.

Ərəb milliyyətçiliyi tendensiyası da Sovet İttifaqının bölgədəki təsirini dəstəkləyən bir vasitə olub. Bu fikir Yaxın Şərq regionundan neft axınını təhlükəsiz şəkildə dünya bazarlarına çıxarmaq üçün Qərb düşərgəsinin perspektivinə əsasən şəkilləndirilib. Bu mərhələdə Türkiyə Qərb düşərgəsinin stendini qəbul edib.

İki siyasi təkan

1980-ci illərin sonundan etibarən Türk siyasətindəki dəyişikliklər aydın idi, çünki Ankaranın xarici siyasətini dəyişdirməyə yönəldən beynəlxalq və regional dəyişikliklər baş verdi. Soyuq müharibənin, ikiqütblü dünyanın sona çatması Türkiyənin Yaxın Şərqə olan baxışına təsir edib. 1980-90-cı illərdə isə Yaxın Şərqə təsir edən iki siyasi titrəyiş vardı: Sovet İttifaqının dağılması və Körfəz böhranı.

Türkiyə bu sarsıntılardan dərindən təsirlənib və Körfəz müharibəsi Türkiyənin Yaxın Şərqdəki maraqlarını artırıb.

Hər kəs bölgənin əhəmiyyətindən xəbərdardır; əsasən İraq və Suriya Türkiyə üçün mühüm əhəmiyyət daşıyır. Türk hökuməti Yaxın Şərqdəki maraqlarını daha yaxşı xidmət edən yeni bir baxışın necə inkişaf etdirilməsi lazım olduğunu düşünməyə başlayıb.

Türkiyənin "sıfır problem" siyasətinin qəbul olunmasından bir neçə il sonra, 2011-ci ildən müdafiə siyasətindən uzaqlaşıb. Bu siyasətin xaç atası sabiq baş nazir Əhməd Davutoğlu idi. Türkiyə artıq bölgə problemlərinin öz sərhədlərinə gəlişini gözləmir, əksinə, xarici siyasət kimi özünü müdafiə etməli olur. 2016-cı il oktyabrın 19-da Davudoğlu demişdi: "İndi problemləri gözləməyəcəyik, terror təşkilatlarının bizə hücum etməsini gözləməyəcəyik, amma bu təşkilatların gizləndiyi sahələrə hücum və onların bazalarını məhv edəcəyik. Onların başçılarının və onları dəstəkləyən bütün tərəflərin kökünü kəsəcəyik".

Bu, Afrinə, hətta Afrindən kənarda olan İdlibə və şərqdə İraq sərhədlərinə doğru hücum üçün qəbul edilən siyasətdir. 2016-cı ilin iyul ayının ortalarında dövlət çevrilişinə cəhddən sonra Türkiyə hücumu özünü müdafiə etmək və Ankaraya lazım olan yeni xəritələrin formalaşdırılmasına kömək etmək üçün ən yaxşı vasitə görür. Türkiyə parlamenti də Suriya və İraqda, Türkiyə sərhədləri xaricində hərbi əməliyyatları qanuniləşdirib.

Ankara öz milli maraqlarını qorumaq üçün yaxın vaxtlarda qəbul etdiyi Türk xarici müdafiə siyasəti kontekstində hərəkət edir. Bu siyasət xüsusilə də regional və fövqəlgüclərlə rəqabətdə artıq yumşaq gücün effektiv olmadığı inancına əsaslanır. Buna görə də Türkiyə bir neçə səbəbə görə hərbi alətlərini aktivləşdirməyi qərara alıb:

Birincisi, Türk silahları üçün yeni bazarlar açmaq arzusu. Türk hərbi sənayesinin həcmi 2015-ci ildə 4,3 milyard dollara çatıb, bunun 1,3 milyard dollar ixracdır.

İkincisi, yeni hərbi alət Ərəb bölgəsi və Afrikadakı mövcudluğunu gücləndirməyi və gələcəkdə, xarici siyasətinin nəticəsi olaraq, Türkiyəyə tətbiq oluna biləcək hər hansı regional və ya beynəlxalq müdaxilələrdən və ya sanksiyalarda öz iqtisadi maraqlarını və milli təhlükəsizlik maraqlarını qorumaq üçün beynəlxalq keçidlərə nəzarət etməyi hədəfləyir.

Üçüncüsü, terrorizmə qarşı beynəlxalq koalisiyada yalnız sərhədləri yaxınlığında olan terroristlərin təhdidinə qarşı deyil, müstəqillik qorxusundan İraq və Suriyadakı kürd hərəkatlarının genişlənməsini dayandırmaq.

Üstəlik, Türkiyə düşmənlərini öz təsir sahələrində mühasirəyə almaq, bəzi regional və beynəlxalq güclərin genişlənməsi əleyhinə onlara bütün logistik dəstəyi kəsmək niyyətindədir. Bununla yanaşı, Türkiyə, gələcək perspektivdə Türk hakimiyyətinə mənfi təsirlərin məhdudlaşdırılmasına doğru, xüsusilə də İran və Rusiyanın üstünlük təşkil etdiyini nəzərə alaraq, regional və beynəlxalq addımlar atmağa davam edir.

Ankaranın bu düşüncələri dünyanın yeni Soyuq müharibə, Rusiya və ABŞ gərginliyi dövründə yaranır. Yaxın Şərqdə bir çox ittifaq və oxlar peyda olur. Türkiyənin daxili kürd məsələsində, kürdlərin Suriya, İraq, İran və Türkiyədəki gələcəyi ilə bağlı Vaşinqtonla mübahisələri var. Ankara xüsusilə Türkiyə sərhədləri yaxınlığında olan ərazilərdə kürdlərin güclənməsi və nüfuzunun artmasına mane olmağa çalışır, Vaşinqton isə onları ekstremizm və terrorizmlə mübarizə strategiyasında əsas müttəfiq hesab edir; bu, amerikalılara kürdləri silahla təmin etmək və onlara təlim vermək üçün əsas yaradır.

Tərcümə: Strateq.az



Xəbərin oxunma sayı : 787




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap