Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub Hüseynin anası Rozanı məhkəməyə verir Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu” Azərbaycanlı model ilk onluğa düşdü – FOTO
Axtar
 
  • / Maqazin / — 17 İyun 2018

    Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub

  • / Maqazin / — 17 İyun 2018

    Hüseynin anası Rozanı məhkəməyə verir

  • / Maqazin / — 06 İyun 2018

    Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu”

  • / Maqazin / — 04 İyun 2018

    Azərbaycanlı model ilk onluğa düşdü – FOTO

  • / Maqazin / — 04 İyun 2018

    Özünüz soyunursuz cəhənnəmə, üzümüzün abrını soyundurmayın!

  • / Hadisə / — 03 İyun 2018

    Yarım milyonluq üzüyünü restoranda unutdu

“Kim şikayət edir məndən? Qanunsuz iş görməmişik!” – Fazil Məmmədovdan SƏRT AÇIQLAMA

Tarix 15.02.18, 0:05

Font ölçüsü : - / +
bitmap-img6


Ötən il hüquqi şəxslərdən və sahibkarlardan daxil olan 278 şikayətdə vergi, hüquq-mühafizə, şəhər və rayon icra hakimiyyəti orqanlarının, ayrı-ayrı vəzifəli şəxslərin sahibkarların işinə maneələr yaratmasından narazılıq bildirilib və kömək istənilib.

Bu barədə Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş Şöbəsinin müdiri Süleyman İsmayılov məlumat verib.

Onun sözlərinə görə, sahibkarlar bəzi hallarda vergi orqanlarının onlara əsassız olaraq külli miqdarda borc yazmasından, buna görə fəaliyyətlərini dayandırmağa məcbur olduqlarından, Vergilər Nazirliyinin Bakı Şəhəri Lokal Gəlirlər Departamenti tərəfindən bank hesablarının bloklanmasından, qanunsuz sərəncamların tətbiq edilməsindən və digər məsələlərdən narazılıqlarını bildirdiklərini qeyd edib.

AzFakt.com-un məlumatına görə, Prezident Administrasiyasına edilən şikayətlərlə bağlı “Bizim Yol” keçmiş vergilər naziri Fazil Məmmədovdan münasibət öyrənib. Keçmiş nazir heç bir halda qanundan kənar iş görülmədiyini bildirib:

“Kim şikayət edib məndən? Bu nədir yazırsız… Heç kimin hesabı qanunsuz dondurula bilməz. Heç kimə əlavə borc yazıla bilməz. Kimə nəsə yazılıbsa, o da qanun çərçivəsində yazılıb. Kiməsə qanundan kənar nəsə yazılıbsa, bundan mənim xəbərim yoxdur. Kim edib cəzasını almalıdır”.

Xatırladaq ki,  hazırki Vergilər naziri Mikayıl Cabbarov da əvvəlki rəhbərliyin fəaliyyətini tənqid etmiş, vergi ödəyicilərindən qanunsuz ödənişlər tələb olunduğunu bildirmişdi. Fazil Məmmədovun bu açıqlamasını müəyyən qədər onun M.Cabbarova da cavabı kimi qiymətləndirmək olar. 



Xəbərin oxunma sayı : 1012

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda