Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Prezidentin əmisi nəvəsinə 30 sutkalıq həbs - Riyad Əliyev saxlanıldı

Tarix 21.02.18, 17:38

Font ölçüsü : - / +
bitmap-img6


İş adamı, prezident İlham Əliyevin qohumu İlqar Əliyevin oğlu Riyad Əliyev saxlanılıb və 30 sutka inzibati həbs cəzasına məhkum edilib.

Bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı – polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL” markalı avtomobili saxlayıblar.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mötəbər qaynaqlardan məlum olub. Riyad Əliyevin DYP əməkdaşları ilə mübahisə etdiyi və onların qanuni tələblərinə məhəl qoymadığı üçün saxlanıldığı bildirilir.

Məlumata görə bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı – polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən “Mersedes S65 AMGL” markalı avtomobili saxlayıblar.



YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb. Polislərin bütün israrlarına baxmayaraq həmin şəxs mübahisəni davam etdirib, DYP əməkdaşlarına müqavimət göstərib. Lakin o, saxlanılıb və şəxsiyyəti aydınlaşdırılanda Bakı şəhər sakini Riyad Əliyev olduğu müəyyən edilib.

Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına “Riyad” mühafizə şirkətinin olduğu məlumdur.



Məlumata görə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib. Bu gün fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.

Bu fakt prezident İlham Əliyevin kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozanların, özbaşınalıq edənlərin məsuliyyətə cəlb edilməsinə dair DYP qarşısında qoyduğu vəzifələrin necə icra edildiyinə növbəti sübutdur. Hansı ki, bundan əvvəl yol hərəkəti qaydalarını kobud pozaraq qəzalar törədən məmur övladları, o cümlədən yüksək rütbəli şəxslərin ailə üzvləri həbs edilib, törətdikləri əməllərə görə öz cəzalarını alıblar.





Xəbərin oxunma sayı : 667




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap