Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Erməni soyqırımı”nı tanıyan Misirin heyfalma cəhdi – Ehramlar ölkəsində türk sultanlarına qarşı “küçə savaşı“ - ARAŞDIRMA

Tarix 23.02.18, 20:10

Font ölçüsü : - / +
bitmap-img6


Rami Cəlal

“Al-Monitor”

Qahirə valisi Atif Əbdül Hamid fevralın 6-da paytaxtın Əl-Zəytun rayonunda I Səlim küçəsinin adının dəyişdiriləcəyini açıqlayıb. Yeni ad hələ bilinmir, amma başqa Osmanlı padşahının şərəfinə olması da mümkün deyil.

I Səlim Osmanlı İmperatorluğunun doqquzuncu hökmdarı və 1517-ci ildə Ridaniya döyüşündən sonra Misiri fəth edən 74-cü xəlifə olub. “Yavuz” ləqəbi ilə də tanınan Səlim hərbi uğurları ilə bərabər, nə qəzəbinə tuş gələn vəzirlərə, nə də fəth etdiyi şəhərlərin sakinlərinə aman verməsi ilə məşhurdur.

Məlum küçənin 1805-1848-ci illər arasında, küçələrə hökmdarların adları verilməsi barədə qərar çıxaran Məhəmməd Əli paşa dövründə bu cür adlandırıldığı düşünülür.

Küçə adını dəyişdirmək qərarı Qahirədəki Hilvan Universitetinin tarix professor Məhəmməd Səbri əd-Dalinin problem haqqında məqaləsinin dərcindən və valilikdən dəyişiklik tələb etməsindən sonra çıxarılıb. Əd-Dali bildirib ki, Misiri fəth edənil və 400 il Osmanlı İmperiyasının bir əyalətinə çevirən , torpaqlarını müdafiə edən minlərlə misirlini qətlə yetirən bir şəxsin adını küçəyə vermək düzgün addım deyildi. Səlim, həm də son Məmlük sultanı Tuman Bəyi edam edən və Misir ordusunu ləğv edən tarixi şəxsdir.

Əl-Zəytunun bələdiyyə rəhbəri, general-mayor Hişəm Əbdül Həmid hazırda yerli sakinlər, ziyalılar və tarixçilərlə birgə yeni ad seçmək üçün ictimai müzakirələr aparır.

Hilvan Universitetinin fəlsəfə fakültəsində müasir tarix professoru Asim ad-Dəsuqi "Al-Monitor"a deyib: "Qərar ölkəni işğal edən və qırğınlara yol verən fatehlərin şərəfinə küçə və meydanların adlandırılması səhvini düzəltmək mənası daşıyır. I Səlimlə 640-cı ildə Misirin ilk müsəlman fəthinə rəhbərlik edən və Bizans imperiyasına qarşı mübarizə aparan, lakin misirlilərin qətlində əli olmayan Əmr ibn As arasında böyük fərq var".

O əlavə edib: "I Səlimin qatil olduğunu iddia edən təkcə Misir deyil. Əslində, 901-ci ilə 928-ci illər arasındakı dövrü "Badai əl-zuhur fi vəqayi əl-duhur" (qısaca “Zəmanə hadisələri” – tərc.) adlı kitabında işıqlandıran Misir tarixçisi Məhəmməd ibn İyas da I Səlim əsgərlərinin məscidlərdə misirlilər və məmlüklərlə döyüşərkən, törətdiyi qətliamı, hətta misirliləri minarələrdən atdığını qeyd edib. Belə bir zalımın adını necə əbədiləşdirə bilərik?"

Dəsiqi qeyd edib ki, etiraz I Səlimin xarici mənşəli olması ilə bağlı deyil. Tarixçi bəşəriyyətə xidmət edən xarici xadimlərin, məsələn, 1828-ci ildə Kəsr əl-Aynda Tibb Məktəbini təsis edən fransız həkim Antuan Klot kimi şəxslərin şərəfinə küçələrin və meydanların adlandırılması ilə bağlı heç bir problemin olmadığı fikrini müdafiə edib. O, küçə adları və meydanların daha geniş şəkildə yenidən qiymətləndirilməsinə çağırış edib.



“Əl-Əhram” Siyasi və Strateji Araşdırmalar Mərkəzində Türkiyə üzrə tədqiqatçı Kərəm Səad üçün isə bu qərar iki ölkə arasındakı gərgin əlaqələrin rəmzidir. Səad “Al-Monitor”a bildirib: "Məlum qərar 2013-cü ildə “Müsəlman Qardaşlar”ın qanundan kənar elan edilməsi və Əbdülfəttah əl-Sisinin iqtidara yiyələnməsindən sonra pisləşən Misir-Türkiyə münasibətlərindən ayrı nəzərdən keçirilə bilməz. Türkiyə bu dəyişikliyi hərbi çevriliş kimi dəyərləndirdi və hələ də bu dəyərləndirməyə təkid edir. Nəticədə, iki ölkə arasında diplomatik əlaqələr qırıldı, hər iki ölkə səfirlərini geri çağırıb münasibətləri müvəqqəti işlər vəkilləri səviyyəsində saxlamağa başladı. Misir və Türkiyə arasında iqtisadi əlaqələr də pisləşib, siyasi təzyiqlər isə güclənib. Məsələn, Misir üç il əvvəl “erməni soyqırımı”nı tanıyıb və Türkiyənin Suriyadakı hərbi əməliyyatlarına etiraz edib”.

Səad qeyd edib ki, "Misir-Türkiyə münasibətləri bir çox mənfi hadisələrdən zərər görüb və bu gərginlik Türkiyədə və ya Misirdə küçə və meydan adlarının dəyişdirmə səviyyəsinə çatıb". Düşmənçilik yerli təbliğatda da geniş istifadə olunur. "Sisi seçki prosesi ilə əlaqədar böyük siyasi müzakirələr əsnasında mart ayında təkrarən prezident seçilməyə çalışır. Bununla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan 2019-cu ildə Türkiyədə parlament və prezident seçkiləri ilə əlaqədar bu siyasi iqlimdən faydalanır".

Tədqiqatçı dəyişən küçə və meydan adlarının Yaxın Şərqdəki təsir sahələri uğrunda rəqabətlə bağlı olması fikrindədir. 2014-cü ildən etibarən enerji resurslarından faydalanmaqda Misir Kipr və Yunanıstanla əməkdaşlıq, Şərqi Aralıq dənizi hövzəsində Türkiyənin təsirini məhdudlaşdırmaq və mübahisəli sahələrdə strateji, hərbi və iqtisadi hərəkətlərinə mane olmaq üçün müttəfiqlik edir.

Eyni zamanda, Türkiyə Qırmızı dənizdəki hərbi təsirini genişləndirmək üçün Səvakin adasında, Sudanla birlikdə hərbi baza qurur.

Misir hakimiyyət orqanları müsəlman xəlifələri olduqları üçün geniş şöhrət qazanmış türk sultanlarının imicini ləkələmək bu yaxınlardan etibarən əks-təbliğat aparır. Səadın fikrincə, küçə adlarını dəyişməyə dair son addım da Türkiyənin simasına palçıq atmaq cəhdidir.

Analitik əlavə edib ki, Türkiyə öz imicini gücləndirmək üçün öz yumşaq gücündən istifadə edir, regional və beynəlxalq nüfuzunu artırır. Osmanlı sultanlarının şöhrəti məşhur türk televiziya serialları vasitəsilə hər bir misirlinin evinə girib. Məsələn, Osmanlı sultanını mədh edən "Ərtoğrul" serialı Misirdə ən yüksək tamaşaçı reytinqinə malikdir.

Tədqiqatçı deyib: "Misirin də Türkiyədə yumşaq gücü var, lakin eyni şəkildə istismar edilmir. Türkiyənin müsəlman dünyasına uyğun olan türk serialları, dini və tarixi filmləri ixrac edir. Bununla da Türkiyənin müsəlman dünyası üçün lider və özünün xəlifə olduğuna dair Ərdoğan ideologiyası təbliğ edilir. Amma Türkiyə ilə müqayisədə, Misir 7 min ildən çox tarixi və intellektual irsə sahibdir. Dünyanın ən qədim mirasının üçdə ikisi ona məxsusdur. Lakin Misir öz rolunu gücləndirə biləcək yumşaq gücdən istifadə etmir".

İncəsənət tənqidçisi Tariq əl-Şənavi isə "Al-Monitor"a deyib: "Küçələrin adlarını dəyişmək yeni bir şey gətirməyəcək. Əgər yeni ad güclü və ürəyə yatan olmayacaqsa, insanlar həmişə ilkin adı xatırlayacaqlar. Misal üçün, kral Faruqun anasının adını daşıyan Məlikə Nazlı meydanı 1952-ci ilin inqilabından sonra monarxiyanın izlərini aradan qaldırmaq üçün Ramzes meydanına çevrildi. İnqilabi rəhbərlik bu adı zehinlərə yeritmək üçün hətta məkanda firon Ramzesin möhtəşəm heykəlini ucaltdı…"

Tərcümə: Strateq.az





Xəbərin oxunma sayı : 739




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap