Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub Hüseynin anası Rozanı məhkəməyə verir Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu” Azərbaycanlı model ilk onluğa düşdü – FOTO
Axtar
 
  • / Maqazin / — 17 İyun 2018

    Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub

  • / Maqazin / — 17 İyun 2018

    Hüseynin anası Rozanı məhkəməyə verir

  • / Maqazin / — 06 İyun 2018

    Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu”

  • / Maqazin / — 04 İyun 2018

    Azərbaycanlı model ilk onluğa düşdü – FOTO

  • / Maqazin / — 04 İyun 2018

    Özünüz soyunursuz cəhənnəmə, üzümüzün abrını soyundurmayın!

  • / Hadisə / — 03 İyun 2018

    Yarım milyonluq üzüyünü restoranda unutdu

Bakıda gizli qumarxana aşkarlandı

Tarix 09.03.18, 14:25

Font ölçüsü : - / +
bitmap-img6


Qeyri-qanuni təşkil olunan qumarxana, kazino, totalizator və bu kimi oyunların keçirildiyi obyektlərin fəaliyyətinin qarşının alınması istiqamətində daxili işlər orqanlarının əməkdaşları tərəfindən növbəti əməliyyat tədbiri keçirilib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çay evlərindən birində pul uduşlu qumar oyunlarının təşkil edilməsi barədə əməliyyat məlumatı daxil olub.

Keçirilən təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində qeyd edilən obyekt nəzarətə götürülüb və həmin çay evində qumar oyunlarının keçirildiyi sübuta yetirilib. Əməliyyat-axtarış tədbiri nəticəsində həmin obyektdə pul uduşlu qumar oyunları təşkil etməkdə şübhəli bilinən Bakı şəhər sakini Mübariz Quliyev və orada qumar oynayan şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Çay evinə baxış keçirilən zaman qumar oyunlarında istifadə olunan əşyalar, pul vəsaitləri və iş üçün maraq kəsb edən digər maddi sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş İdarənin İstintaq şöbəsinə göndərilib











Xəbərin oxunma sayı : 406

loading...

Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda