Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Ağalarovun Putinə çatdırdığı məktubu xüsusi prokuror araşdırır

Tarix 10.03.18, 22:57

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-da Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsini və Donald Trampın komandasının Moskva ilə gizli əlaqələrini araşdıran xüsusi prokuror Robert Müllerin komandası azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun Putinə çatdırdığı məktubu araşdırır. Virtualaz.org xəbər verir ki,  bu barədə “The Washington Post” sənədlə tanış olan bir neçə mənbəyə istinadla yazır. Həmin məktub Tramp tərəfindən 2013-cü ildə göndərilmişdi

Qəzet qeyd edir ki, bu Trampın Rusiya prezidenti ilə birbaşa əlaqə qurmağa yönəlmiş ilk cəhdi olub. Həmin məktubda Tramp Putini Moskvada keçiriləcək “Dünya gözəli” yarışmasına dəvət edirdi. Ağalarov isə həmin yarışmanın təşkilatçısı idi. Həmin məktubun məzmunu barədə məlumat verilmir. Amma məlumdur ki, o vaxt Tramp Tvitter-də belə yazmışdı: “Necə düşünürsünüz, Putin Moskvada keçiriləcək “Kainat gözəli” müsabiqəsinə gələcək? Əgər gəlsə o mənim ən yaxşı dostum olacaq”.

Bildirilir ki, Putin əvvəlcə dəvəti qəbul edib, amma son anda yarışmaya qatılmayıb və Trampa “dost məktubu” göndərib. Trampın vəkili isə qəzetin informasiyasını “absurd” adlandırıb, bildirib ki, həmin məktubun məzmunu ilə tanış deyil.

Bundan əvvəl xüsusi prokuror Robert Müllerin 2017-ci ilin yanvarında, Trampın səlahiyyətlərinin icrasına başlaması ərəfəsində Seyşel adalarında onun nümayəndəsinin Kremlə yaxın nüfuzlu şəxslə gizli görüşünü araşdırdığını yazmışdı. Həmin görüşdə Trampın komandası ilə Rusiya arasında gizli əlaqə kanalının qurulması müzakirə olunub.

Bu arada Ağ evdəki mənbələr bildirir ki, Tramp Müllerlə əməkdaşlıq etməyə və onun suallarına cavab verməyə  hazırdır. Bir şərtlə ki, xüsusi prokuror Rusiya təhqiqatını tez yekunlaşdırsın.











Xəbərin oxunma sayı : 424




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap