Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

9 gün sonra... “Masallı Mamed” hekayəsi - FOTOLAR

Tarix 11.03.18, 18:18

Font ölçüsü : - / +
bitmap-img6


Həyatının son illərində əlində əsa olsa da, o heç vaxt yıxılmadı

Bu yaxınlarda sarsaq bir poqon adamının(onu işdən dərhal qovdular) Masallı haqda əxlaqdan kənar videosu yayılanda yadıma nədənsə, ilk olaraq “Masallı Mamed” düşdü. Masallı təkcə bütün keçmiş SSRİ-də tanınan “qanuni oğru” ilə məşhurlaşmayıb təbii, təkcə Masallı deyil, bu bölgə  elm xadimləri, tanınmış sənətkarlar, din adamları ilə tanınıb.

Amma bu məqamda məhz niyə “Mamed”in yada düşməsinə xüsusi izahat vermək lazım gəlmir. Bu yerdə məhz onun yeri, onun müdaxiləsi, sözünün ağırlığı  görünürdü axı...”Masallı Mamed”in martın bu boz günlərində yada salmağın başqa bir səbəbi də var. 9 gün sonra, martın 20-də “Masallı Mamed”in vəfatının 7 ili tamam olur.                         

Daha bir xatırlatma: 1959-cu ilin 21 martında adı sonralar keçmiş SSRİ-də yaxşı tanınan  Bəxtiyar Kərimov (“Lotu Bəxtiyar”) doğulub. Ondan bir il sonra “Masallı Mammed” kimi  tanınanacaq Məmməd Hüseynov həyata gözünü açıb. Taleləri və həyata baxışları bir-birinə çox oxşayan, dostluqları biznesə yox, təmiz sözə söykənən bu iki azərbaycanlı “qanuni oğru”nun sonu da heyrət ediləcək dərəcədə oxşardır. İkisi də 1 saylı həbsxanada dünyalarını dəyişib. Amma bu da son bənzərlik deyil. Bu gün haqqında danışacağımız “Masallı Mamed” Bəxtiyar dünyaya gələn doğma torpağında  dəfn olunub: 21 martda....

“Masallı Mamed”i yada salmağın o mənfur videotiplə əlaqələndirmək istəməzdim. Mümkündür ki, kriminal bir həyat yaşamış bir adam haqda geniş yazmaq kimlərinsə xoşuna gəlməyə də bilər. Amma etiraf etmək lazımdır ki,  tale və seçdiyi yol ona Masallının da, Azərbaycanın da sərhədlərindən kənarda tanıtmağı nəsib edib.  

4.jpg (13 KB)

***

1960-cı ilin noyabr ayının 4-də Masallıda  İsgəndər kişinin ailəsində evin ilk uşağı - Məmməd dünyaya gəldi. Ondan sonra bu ailədə daha dörd qardaş da  doğulacaqdı. Atası rayonun tanınan və imkanlı adamlarından - univermaqda müdir (şöbə rəhbəri) olub. Məmməd orta məktəbdə davakar kimi tanınıb, bu səbəbdən 10 illik orta təhsili dövründə bir neçə məktəb dəyişməli olub. Son sinfi də Masallıdan 2 kilometr uzaqlıqda yerləşən  Ərkivan kəndində  bitirib. 

1978-ci il. 18 yaş. Yeni arzular, Bakının adamı çəkən və “yeyən” şəhər həyatı onun üçün də cəlbedici idi. Bəlkə də ali məktəb, sonra...Onu isə qat-qat ağır bir məktəb, imtahandan da çətin sınaq gözləyirdi... 

Məlumata görə, atasının xanım işçilərindən biri rayon milisinin şəri ilə üzləşir. Atası qızı həbsxanadan qurtarmaq üçün onun “təqsirini” öz üzərinə götürür. Bu məsələ ilə bağlı məhkəmə prosesi davam edərkən Məmməd həmin milislə görüşür və ifadəsini geri götürməsini istəyir. Lakin... gənc Məmməd sovet milisini vurduğu üçün 3 il məcburi əməyə cəlb olunur. 

Bu olaydan heç bir il keçməmiş, üzərində cəza olan  Məmməd Bakıda ağır cinayət törədir. O, tələbə qohumu ilə şənlikdə qıza sataşan bir oğlanı bıçaqla öldürür. Üzərində şərti iş olan, üstəlik 102-ci maddə ilə də həbsə düşməsi Məmmədə  “vışka” təhlükəsi yaradır. “Vışka” ən ağır cəza-ölüm hökmü demək idi...Amma atası oğlunu güllələnmə cəzasından qurtara bilib. 15 il həbs cəzası verilən Məmməd Hüseynovu cəzasının ilk beş ilini qapalı rejimdə “krıtıda” çəkməsi üçün tarixi Şuşa türməsinə göndərilir.

Image result for masallı mamed

Həbsxanadakı özbaşınalığa və ədalətsizliyə qarşı çıxan gənc arestant ağır rejimli başqa bir sovet həbsxanasına - Qroznıya “etap” edilir..... Burada o, gələcəkdə daha da möhkəm dost olacaqları Cavanşir Ağayevlə (“Dağlı Cavaşir”) birgə cəza çəkməli olur.  Əslən Xızıdan olan Cavanşir 15 yaşında -1982-ci ilin aprel ayında 6 il müddətinə həbs edilmişdi. Cəzasını əvvəlcə Bakı, sonra isə Qroznı şəhərindəki “maloletkada”- uşaq islah əmək müəssisəsində çəkmişdi. Sonra isə onu Qroznıda  ciddi rejimli kolona göndərmişdilər. Məmmədlə həbsxanada rastlaşanda  “Dağlı Cavanşir”  hələ “qanuni oğru” titulu almamışdı. Amma kriminal aləmdə kifayət qədər nüfuzu var idi. Məmməd burada Cavanşirlə dostlaşır. Hər iki azərbaycanlı məhkum Qroznı həbsxanasında ədalətsizliyə qarşı mübarizə aparır. Qapalı həbsxanada cəzası bitdikdən sonra Məmməd Rusiyadan Bakıya, 6 saylı cəzaçəkmə müəssisinə köçürülür. Burada da həbsxana rəhbərliyinin qanunlarına tabe olmadığı üçün yenidən Rusiya həbsxanalarına göndərilir. Bu dəfə onun yeri Voloqda şəhərindəki “Sentral” həbsxanasına olur. Məmməd burada  kriminal qaydalar tətbiq edir, “obşak” yaradır və “vəziyyət”ə (“polojeniya”) nəzarət edir.  

1992-ci ildə mart ayında azadlığa çıxan və artıq “Mamed Masallınski” kimi  tanınan avtoritet doğum günündə ailə həyatı qurur. Bununla belə, kriminal həyatını da davam etdirir. 1994-cü ildə “Masallı Mamed” Moskvada yenidən həbs edilir. Moskvadakı “Nessi” ticarət yarmarkasında əməliyyat keçirən xüsusi təyinatlılar onun üzərindən heroin tapıldığını iddia edirlər. Rusiyanın ən sərt həbsxanalarından hesab edilən “Matrosskaya Tşina”da məhkumlar qiyam etdikdə onların sakitləşdirilməsində onun avtoritetinin böyük rolu olur. Bütün bunlar “qanuni oğru”ların və kriminal aləmin nüfuzlu nümayəndələrinin diqqətini cəlb edir. Məhkumlar arasındakı böyük nüfuzunu görən “qanuni oğru”lar ona kriminal aləmin ən ali titulunu təklif edir. 

mamed.jpg (28 KB)

1995-ci ildə Sabirabada “qanun oğru” Hikmət Muxtarovun -"Sabirabadlı Hikmət"in toyunda “Lotu Bəxtiyar” təklif edir ki, məhz həmin gün “Masallı Mamed”lə “Dağlı Cavanşir”ə kriminal aləmdə haqq etdikləri “tac” verilsin.  Cavanşir isə Bəxtiyara deyir ki, əvvəlcə “qanuni oğru” adın onun özünə böyük qardaş hesab etdiyi  Məmmədə versinlər. Toydan bir neçə gün sonra Bakıda dövrünün ən nüfuzlu avtoritetlərindən olan “Novxanılı Hikmət”in şadlıq sarayında əvvəl “Masallı Mamed”, sonra isə Cavanşir “qanuni oğru” adı alır. Qeyd edək ki, “Novxanılı Hikmət” hazırda Rusiyada həbsdə olan “qanuni oğru” “Novxanılı Dadaş”ın atasıdır.  Oğruların həmin toplantısında Bəxtiyardan başqa, “Sabirabadlı Hikmət”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz” kimi “qanuni oğrular” da iştirak edir. 

***

Son illər Rusiyada yaşayan “Masallı Mamed” Azərbaycana nadir hallarda gəlirdi. Uzun fasilədən sonra o, 2006-cı ilin aprel ayının 6-da qətlə yetirilən “Sabirabadlı Hikmət”in dəfnində iştirak etmək üçün Azərbaycana gəlir. Deyilənə görə, həmin vaxt Sabirabaddakı restoranların birində avtoritetlərin toplantısı olub və Hikmətdən sonra məhz “Masallı Mamed”in varis olması  müzakirəyə çıxarılıb.

Elə həmin il “Masallı Mamed” üzərində “Makarov” tipli tapança ilə həbs edilir. 2006-cı ilin sonunda “Masallı Mamed”in məhkəmə prosesi keçirilib və o, iki il altı ay müddətinə azadlıqdan məhrum edilir. Cəzasını 10 saylı müəssisədə çəkir. 

Image result for masallı mamed

2009-cu il. Azərbaycana yaxın qohumunun yas mərasimində iştirak etmək üçün Masallıya gələn “qanuni  oğru” narkotik vasitələrin saxlanmasında təqsirləndirilərək elə rayonundaca saxlanılır və  3 il müddətinə azadlıqdan məhrum edilir. 

O, nüfuzlu avtoritet kimi “srok”unu Kürdəxanı təcridxanasında çəkir. Penitensiar Xidmətin rəhbərliyi dəyişdikdən sonra isə “Masallı Mamed” 1 saylı həbsxanaya göndərilir. 

Məlumatlara görə, təcridxanada olduğu müddətdə  səhhətində həyatı üçün ciddi təhlükə olmayıb. Amma “zon”a çıxarıldıqdan sonra qəfil onun səhhəti pisləşir.  Yaxınlarının mətbuata verdikləri məlumata görə, “Masallı Mamed”in ölümünə səbəb beyninə qan sızmasıdır. 

Həyatının son illərində onun əlində əsa olsa da, o heç vaxt yıxılmadı, ömrünün sonunadək də sisteminin nəzarətindən kənarda olan “oğru” ideyasına sadiq oldu. 

“Masallı Mamed”i azərbaycanlı “qanuni oğru”ların sonuncu moğikanı hesab edənlər də var. Onun vəfatı ilə Azərbaycan kriminalının böyük bir dövrü bitdi.  “Sabirabadlı Hikmət”in qətlindən sonra əsasən Moskvada təşkilatlanan Azərbaycan kriminalları “böyük qardaş”kimi “Masallı Mamed”in ətrafında toplaşa bilərdilər. Rusiya kriminalının “xaç atası” sayılan “Ded Xasan”ın başçılığı ilə keçirilən “sxodka”da Azərbaycan kriminal qruplaşmasını “Masallı Mamed” təmsil edirdi.

Onun “böyük qardaş” kimi hədsiz nüfuzu azərbaycanlı kriminalları onun ətrafında toplanmasının mümkün edirdi. Fəqət, hələ Hikmətin qətlindən də çox əvvəl başlanmış parçalanma buna ciddi əngəl oldu.

***

Martın 20-də “Masallı Mamed”in vəfatının 7-cü ili tamam olur. Onun dəfnində yaşanan izdiham hələ də danışılır. Masallının mərkəzində yerləşən ata evinə toplaşan minlərlə adam onun tabutunu qərənfil yağışı altında şəhərin Təpə adlanan qəbiristanlığınadək apardılar. Bu “qanuni oğru”laradək Rusiyada azərbaycanlıları “qara”, “alverçi”, “bazar adamı” kimi baxırdılar. Onlar isə kimlərinsə xoşuna gəlməsə belə kriminal aləmdə Azərbaycan adına ağırlıq, çəki və düzən gətirdilər.

Musavat.com




Xəbərin oxunma sayı : 2287




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap