Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Sahibkarlar üçün güzəştli biznes kreditinin həcmi artırıla bilər – Milli Fond

Tarix 11.03.18, 19:42

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2018-ci il üçün biznesin güzəştli kreditləşməsinin həcmini artıra bilər.

Bu barədə Trend-ə SKMF-un direktoru Şirzad Abdullayev məlumat verib. Azərbaycanın 2018-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinə əsasən, bu il SKMF xətti ilə 170 milyon manat dəyərində güzəştli kreditlərin ayrılması planlaşdırılır.

"Bizim əlavə maliyyə vəsaitlərimiz var. Yəni, biz öz tərəfimizdən 2018-ci ildə maliyyələşdirilmənin həcmini 200 milyon manatadək artıra bilərik. Bu məsələdə hər şey banklar və sahibkarlar arasında razılaşmalardan asılıdır", – deyə o qeyd edib.

SKMF direktoru həmçinin əlavə edib ki, təlabatın yarandığı halda güzəştli kreditləşmənin həcmi artırıla bilər.

Qeyd edək ki, SKMF 1992-ci ildə yaradılıb.Sahibkarlara kreditlərin verilməsi müvəkkil banklar və bank olmayan kredit təşkilatları vasitəsi ilə həyata keçirilir. 2017-ci ildən başlayaraq SKMF güzəştli kreditləşdirilməni yalnız qaytarılmış vəsaitlər hesabına ayırır. 1992-2017-ci illər ərzində sahibkarlara SKMF xətti ilə ümumi dəyəri 4,5 milyard manat təşkil edən layihələrin həyata keçirilməsi məqsədi ilə 2,1 milyard manat məbləğində güzəştli kreditlər verilib. Kreditlər 34 600 sahibkara təqdim olunub.



Xəbərin oxunma sayı : 355




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap