Selena Qomez sinəsini böyütdü - Fotolar Demet Akalının villası müsadirə olundu Pərvin Abıyevadan “Səni deyirlər” rəqsi - VİDEO Azərbaycanlı modelin geyimi başına bəla oldu - Şərhləri bağladı
Axtar
 
  • / Maqazin / — 14 Sentyabr 2018

    Selena Qomez sinəsini böyütdü - Fotolar

  • / Maqazin / — 10 Sentyabr 2018

    Demet Akalının villası müsadirə olundu

  • / Maqazin / — 07 Sentyabr 2018

    Pərvin Abıyevadan “Səni deyirlər” rəqsi - VİDEO

  • / Maqazin / — 06 Sentyabr 2018

    Azərbaycanlı modelin geyimi başına bəla oldu - Şərhləri bağladı

  • / Maqazin / — 05 Sentyabr 2018

    Azərbaycanlı aktirsa: “Mənə kişi lazımdır” – Fotolar

  • / Maqazin / — 31 Avqust 2018

    Nəsrin bu dəfə bədənini göstərdi - 50 min insan bəyəndi

Varlılar pul qazanmağa görə istedada yox, şansa borcludur – Alimlərdən gözlənilməz elmi araşdırma

Tarix 11.03.18, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


“İşində yaxşı uğur qazanmış insanların əksəriyyəti digərlərindən nə istedadına, nə ağlına, nə də iş qabiliyyətinə görə üstün deyillər. Bu şəxslər uğurlarına görə təsadüfi şansa borcludurlar”.

Strateq.az bildirir ki, bu barədə İtaliyanın Kataniya Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində belə qənaətə gəliblər. Məlumatı “Science Alert” portalı yayıb.
Alimlər dünyadakı real var – dövlətin bölgüsü modeli əsasında həyatın detallı təsviri olan komputer simulyasiyasını yaradıblar. Bu virtual məkanda bütün var-dövlətin 85 faizi reallıqda olduğu kimi dünya əhalisinin 10 faizinə məxsusdur. Lakin simuliyativ modelləşmədə istedad, intellekt və iş qabiliyyəti bütövlükdə bütün insanlar arasında bərabər bölünüb. Əvvəlcə komputer min nəfər orta səviyyədə bacarığı olan insanları modelləşdirib.  Bu halda modelləşdirilmiş heç bir agent digərindən ağıllı və əməksevər olmayıb. Onların qazancı bərabər bölünüb.

Bundan sonra modelə virtual iştirakçıların bəxtləri gətirəcəyi halda öz rifah halını yüksəltməyə imkan verəcək bir sıra təsadüfi hadisələri daxil ediblər. Virtual nəticələr belə olub: Reallıqda olduğu kimi virtualda da 20 faiz insan 80 faiz var-dövlətin sahibi olub. Simulyasiya oyununu bir neçə dəfə təkrarlayıblar. Nəticələr dəyişməyib.

Alimlər qeyd ediblər ki, bu zaman uğur əldə etmiş insanlar heç də ən istedadlı şəxslər olmayıb. Əksinə, orta imkanlara malik olan 20 faiz iştirakçı uğur qazanıb: “Bizim tədqiqatlar uğur qazanmağın əsasında duran xidmətlər sisteminə yeni tərəfdən baxmaq imkanı verib. Eyni zamanda bu tədqiqat insanların digərlərindən sadəcə şansın gətirdiyi var-dövlətə görə üstünlük əldə etmə riski ilə  bağlı məlumat öyrənmə imkanı yaradır”.



Xəbərin oxunma sayı : 448

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda