Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub Hüseynin anası Rozanı məhkəməyə verir Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu” Azərbaycanlı model ilk onluğa düşdü – FOTO
Axtar
 
  • / Maqazin / — 17 İyun 2018

    Nadirin general qızından oğlu var imiş: Nikahdankənar doğulub

  • / Maqazin / — 17 İyun 2018

    Hüseynin anası Rozanı məhkəməyə verir

  • / Maqazin / — 06 İyun 2018

    Murad Dadaşov: “Cavidan xanımların qurbanı oldu”

  • / Maqazin / — 04 İyun 2018

    Azərbaycanlı model ilk onluğa düşdü – FOTO

  • / Maqazin / — 04 İyun 2018

    Özünüz soyunursuz cəhənnəmə, üzümüzün abrını soyundurmayın!

  • / Hadisə / — 03 İyun 2018

    Yarım milyonluq üzüyünü restoranda unutdu

Dini rəhbər, yoxsa “siqaret patriarxı”- “KQB-nin Mixaylov kod adlı agentidir”

Tarix 12.03.18, 18:23

Font ölçüsü : - / +
bitmap-img6


Bolqarıstan baş nazirinin müavini Valeriy Simeonov BNT telekanalına müsahibəsi zamanı Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli “siqaret patriarxı” və “KQB-nin ikinci dərəcəli agenti”adlandırıb. Simeonov bildirib ki, Moskvanın və bütün Rusiyanın patriarxı ünvanını daşıyan Vladimir Qundyayevdən (patriarx Kirillin əsl adı) üzr istəmək niyyətində deyil. “Bu adam göydən düşməyib, Cənnətdən gəlməyib və Həzrəti İsanın göndərdiyi adam deyil. O rusiyanın siqaret patriarxı kimi tanınır”. Baş nazirin müavini sözlərinin təsdiqi kimi bəyan edib ki, Vladimir Qundyayev (patriarx Kirill) 1996-cı ildən bu günə kimi Rusiyaya 14 milyard dollarlıq siqaret və 4 milyard dollarlıq şərabı aksiz ödəmədən idxal edib. Həm də bu 4 milyard dollarlıq şərab guya kilsənin ehtiyacları üçün idxal edib. “Bu şəxsin özəl təyyarəsi var. Onun saatının qiyməti 30 min dollardır”.

Bolqar siyasətçi daha sonra bildirib ki, Vladimir Qundyayev din xadimi deyil, KQB-nin Mixaylov kod adlı ikinci dərəcəli agentidir.
Rəsmən özünü Moskvanın və bütün Rusiyanın patriarxı Kirilli adlandıran bu şəxs haqqında Rusiya müxalifətinin önəmli simaları Vladimir Qundyayev deyə bəhs edir, onun çox böyük sərvət sahibi olduğunu iddia edirdilər. İndi isə onu siqaret patriarxı və KQB-nin ikinci dərəcəli agenti adlandırdılar. Rusiya müxalifətinin lideri Aleksey Navalnı araşdırmalarının birində bu şəxsin özəl gəmisini üzə çıxarşışdı. İndi isə şəxsi təyyarəyə malik olduğu iddia edilir(azadlıq.info).







Xəbərin oxunma sayı : 706

loading...

Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda